Bir bala görə müəllim niyə 35 faizlik artımdan məhrum olur?
Bu gün ölkədə müəllimlərin sertifikasiya imtahanı başa çatıb.

İmtahan verən şəxslərin topladıqları ballara görə maaşlarına 10, 35 faiz əlavələr ediləcək.

Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr edilməsini şərh etmişdi. O, imtahanda müəllimlərin 50 bal toplamasının yüksək nəticə hesab olunduğunu və maaşlarına 35 faiz əlavələr ediləcəyini bildirmişdi.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov isə bildirib ki, müəllim 50 bal yığıbsa, maaşına 35 faiz əlavə ona şamil edilmir:

“Müəllimlər 51 və daha yüksək bal toplayarlarsa, bu qərar onlara şamil olunur”.

Nazirlə Təhsil İnstitutunun direktorunun fərqli açıqlamaları müəllimlər arasında çaşqınlıq yaradıb və müzakirəyə səbəb olub.

Təhsil eksperti Nadir İsrafilov Oxu.Az-a açıqlamasında bildirib ki, dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı dövlətimizin sosialyönümlü siyasətinin reallaşdırılmasının növbəti mərhələsi, təhsil işçilərinə diqqət və qayğının təzahürü kimi dəyərləndirilə bilər:

“Sertifikasiyadan uğurla keçən təhsilverənlərin maaşlarına 35 faiz əlavənin ancaq 50 baldan yuxarı nəticə üçün verilməsi ilə bağlı son rəsmi açıqlama bir qrup müəllim dairələrində müəyyən narazılıq və narahatlıq yaratdı. Halbuki, Nazirlər Kabinetinin müvafiq qərarında “50 baldan yuxarı” əvəzinə “50 və daha artıq bal toplamış”lar da nəzərə alına bilərdi. İbtidai sinif müəllimlərinin imtahanında yaşanan sevinc və kədərli anlar bunu əyani şəkildə büruzə vermiş oldu. Hələ 11 minlik bir müəllim ordusunun sertifikasiyadan keçəcəyi dörd illik bir dövr irəlidədir.

Bu, maksimal 700, yaxud da 699 bal toplayan abituriyentlər arasında heç bir pedaqoqun fərq görməyəcəyi kimi, 51, yaxud da 50 bal toplayan müəllimlər arasında da heç bir şagird fərq görməyəcək. Bundan dövlətin büdcəsi də ciddi itki görməyəcək. Ancaq müəllimlər arasında motivasiya artacaq, sertifikasiyaya yanaşma müsbətə doğru başqalaşacaq.

“Qarşıda hələ 2026-cı ilədək xeyli müddət var. Həmin müddət hər şeyə aydınlıq gətirəcək, sertifikasiya ilə bağlı əlavələrdə hansısa bir dəyişikliyin edilməsinə də zərurət yarana biləcək”, – deyə o əlavə edib.
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti