Kənddəki ucuz malı biz şəhərdə niyə baha alırıqü?
Şəmkir fermerləri məhsullarını sata bilmədiklərinə görə gileylənirlər.

Mərkəzi şəhərlərdə, o cümlədən paytaxtda kiloqramı bir manat civarında olan xiyarı Şəmkirdə fermerlər 5 qəpiyə satmaq məcburiyyətindədirlər. Xaşmazda 30-40 qəpiyə olan pamidor Bakı bazarlarında 1.5 manata satılır.

İstehsalçı ilə istehlakçı arasındakı bu qədər qiymət fərqi təbii ki, müəyyən suallar doğurur:

Axı, 250-300 kilometrlik məsafədə bu qədər qiymət fərqi necə yaranır?

Mütəxəssislərin rəyinə görə burda bir neçə vacib məqam var.

Birincisi, bölgədəki məhsulun ucuz olması mövsümidir. Az vaxt keçdikdən sonra qiymətlər regionlarda da qalxacaq.

İkincisi, mərkəzi şəhərlərdəki iri ticarət mərkəzinə girmək heç də asan deyil. İri ticarət şəbəkələrinin bir qismi öz mağazalarında istehlakçıya yalnız özlərinə məxsus aqroparklarda yetişdirilən məhsulları satır. Və bu zaman da qiyməti öz istəklərinə uyğun müəyyən edir.

Digər iri ticarət şəbəkələri isə mal sahiblərindən depozit tələb edirlər. Və bir çox fermerlərin də bu depoziti ödəmək imkanı olmur. Ona görə də fermerlər iri ticarət mərkəzlərinə girməkdə çətinlik çəkirlər.

Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli bildirdi ki, son illər hökümət kənddən şəhərə layihəsi üzərində çalışsa da hələlik istənilən nəticə hasil olmayıb:

“Bu gün mərkəzi şəhərlərdəki bazarlar bütün fermerlər üçün əlçatan deyil. Ona görə də bölgələrdəki ucuz qiymətlərlə iri şəhərlərdəki baha qiymətlərlə uyğun gəlmir. Belə demək mümkünsə mərkəzi şəhərlərdəki bazarlar inhisarlaşıb. Onları məhsulla təmin edən qurumlar sindikat şəklində məzənnəni müəyyən edirlər. Beləcə, qiymət süni şəkildə formlaşır”.

Azərbaycan aqrar ölkədir. Ona görə də bu sektorda uzun illər müəyyən ənənələr formalaşıb. Həmin ənənələrdən biri də o idi ki, bir zamanlar bütün rayonlarda tədarük təşkilatları vardı.

Bu tədarük təşkilatları yerli istehsalçılarla qabaqcadan müqavilə bağlayırdılar. Və bu müqavilə istehsalçı üçün gözəl stimul idi. O bilirdi ki, yetişdirdiyi məhsul əlində qalmayacaq. Və hətta qabaqcadan tədarükçüdən avans da alırdı.
Amma bu gün bu ənənə ancaq findıqçılıq, tütünçülük, taxılçılıq, pambıqçılıq və çuğundur sahəsində qalıb. Digər kənd təsərrüfatı məhsulları üçün konkret tədarükçü yoxdur. Xüsus ilə tərəvəzçilik və meyvəçilik sahəsi əziyyət çəkir. Halbuki, fermerlərə subsidiya əvəzinə bu cür müqavilələr təklif olunsa, həm ölkədə məhsul bolluğu olar, həm də fermerin bazar problemi birdəfəlik həll edilər.

Akif Nəsirli bu məsələyə də öz münasibətini bildirib:

“Məsələ burasındadır ki, hazırda ölkəmizdə kənd təsərrüfatı məhsulları bizim təsəvvür etdiyimiz qədər də bol deyil. Məhsul azlığı da qiymətə öz təsirini göstərir. Bu gün bütün regionlarda xiyarın kiloqramı 5 qəpik deyil. Elə rayonlar var ki, orda xiyar 50-60 qəpiyə təklif olunur. Bəli, fermeri məhsul istehsalına həvəsləndirmək lazımdır. Fermerin bazar problemi olmasa, həm məhsul bolluğu olar, həm də qiymətlərdə ümumi sabitlik yaranar”. (Bizim.Media)
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti