Kirayə mənzil bazarında qıtlığın səbəbləri - Ekspertdən açıqlama 302
Kirayə mənzil bazarında ciddi qıtlıq yaşanır. Elə buna görə də artıq bəzi ev alqı-satqısı və kirayəsi ilə məşğul olan şəxslər ofislərinin girişinə "Kirayə mənzil yoxdur" elanları vurublar. Qıtlığın əsas səbəblərindən biri Bakıda söküntülərin çox olmasıdır. Digər səbəb isə tələbə faktorudur. Artıq tələbələr əvvəlki illərdəki kimi kirayə qaldıqları mənzilləri yay aylarında təhvil vermirlər. Qarşıdan sentybar gəlir və Bakıya böyük tələbə axını olacaq. Bəs tələbələr münasib qiymətə kirayə evlər tapa biləcəklərmi?
TEREF yazır ki, məsələ ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev Bakupost.az-a açıqlama verib.
Ekspert bildirib ki, ənənəvi olaraq avqustun sonundan başlayaraq sentyabrın sonuna qədər tələbələr çox ciddi problemlərlə üzləşir:
“Həm satış, həm də kirayə bazarında hər il qiymət artımı olur. Təxminən 5-6 il bundan əvvəl tələbələr şəhərin mərkəzinə yaxın ərazilərdə 100-150 manata fərdi həyət evləri tapa bilirdilər. Artıq həmin evlərin böyük hissəsi sökülüb və kirayələrdə də artımlar müşahidə olunur. Binalar sökülən zaman orada yaşayan sakinlər məcburən kirayəyə çıxmalı olurlar. Sökülən binalarda ən azı 3-5-10 mənzil sırf kirayəlik olurdu. Artıq o mənzillər kirayə bazarından çıxıb. Nə baş verir? İki-üç ildən sonra yeni tikilən binadakı qiymətlər köhnə qiymətlərdən təxminən 2 dəfə baha olur. Əgər köhnə tikilidə mənzil 300 manat idisə, yeni binalarda bir otaqlı kirayə mənzil ortalama 500 manatdır”.
E.Fərzəliyevin sözlərinə görə, yaxın 10 ildə mərkəzə yaxın ərazilərdə ucuz kiaryə evlər tapmaq olmayacaq:
“Paytaxtdakı köhnə binalar mərhələli şəkildə sökülməlidir. Çünki onların bir hissəsi qəzalıdır, digərlərinin isə istismar müddəti bitib. Bu o deməkdir ki, yaxın 10 ildə Bakıda mərkəzə yaxın ərazilərdə ucuz qiymətə kirayə mənzil tapmaq əlçatan olmayacaq. Bu da tələbələr üçün çox ciddi problem yaradır. Çünki tələbələrin böyük əksəriyyəti bölgələrdən gəlir, əksəriyyəti də aztəminatlı ailələrdəndir. Bu üzdən tələbələr məcburən şəhər ətrafına, yəni, Abşeron, Xırdalan və digər ərazilərdə ucuz ev tuturlar. Bu zaman da onlar yolda 2-3 saat vaxt itirirlər”.
Ekspert hesab edir ki, tələbələr üçün yataqxanaların olmaması ciddi problemdir:
"Bu gün Bakı şəhərində tikinti xərclərini artıran torpaq sahəsidir. Hansı ki, bu torpaq sahələrində yataqxanalar tikib, tələbələrə ucuz qiymətə kirayə vermək olar. Bu, həm də tələbələrin ev problemini həll etmiş olar. Eyni zamanda yataqxanaların hər biri ali təhsil müəssisələrinə yaxın məsafədə olmalıdır ki, tələbələr dərsə rahat gedib-gələ bilsinlər. Övladlarının kimlərinsə evində yox, məhz dövlətin yataqxanasında qalması valideynləri də qane edir. Bu binaları tikib, minimal qiymətə tələbələrə kirayə versələr, təxminən 4-5 ildən sonra tikintiyə qoyulan bütün xərc çıxacaq, hətta müəssisə külli miqdarda gəlir əldə edəcək”.
 
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti