Dövlət aztəminatlı ailələrə yardım edəcək?
“Gəlirlər artdığı üçün büdcəyə yenidən baxılıb. Eyni zamanda dövlət büdcəsində əməkhaqlarının artımı nəzərdə tutulub”.
DİA.AZ xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, hökumət xüsusilə aztəminatlı ailələrin inflyasiyadan çox təsirlənməməsi üçün addımlar atacaq. Onlardan biri də sosial paketin qəbuldir:

“Proqnozlaşdırılan inflyasiya mövcuddur və əməkhaqlarının artımında nəzərə alınıb. Xüsusilə təqaüdçülər, pensiya alanlar, həssas kateqoriyadan olan insanlara inflyasiya təsir etməsin deyə məsələ daim diqqətdə saxlanılır və əməkhaqları artırılır. Bildiyiniz kimi 2022-ci ilin dövlət büdcəsi proqnozlaşdırılanda Ukrayna-Rusiya müharibəsi yox idi. Ona görə də müharibənin olacağı və təsirləri nəzərə alınmamışdı. Elə məhsullar var ki, ölkəmizin daxili tələbatını ödəyə bilmir və onu məcburən digər ölkələrdən alırıq. Bu da yüksək iflyasiyanın ölkəyə daxil olmasını göstərir. Dövlət tərəfindən subsidiyların, güzəştli kreditlərin verilməsi, sahibkarlara dəstək olunması, eyni zamanda digər güzəştlər inflyasiyanın təsirini azaldan amillərdir. Proqnozlaşdırılan inflyasiyanın təsirlərini aradan qaldırəlması üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub”.
A.Hüseynov "aztəminatlı və sosial vəziyyəti aşağı olan ailələrə yenidən 190 manatlıq yardım verilə bilərmi" sualını belə cavablandırıb:
“Pandemiya dövründə verilən 190 manatla bağlı məsələnin mahiyyəti bir az fərqli idi. Karantin dövründə iş yerləri bağlı olduğu, əhalin heç yerdən gəliri olmadığı üçün aztəminatlı ailələrə 190 manta məbləğində maddi yardım edildi. Həmin vaxt iqtisadi fəallıq özü də aşağı idi. Ona görə də dövlət bu sosial paketi həyata keçirdi. Hazırda əhalinin həssas təbəqəsi üçün başqa formada dəstək nəzərdə tutulur”.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti