Şəhid yoldaşı ÇƏTİN DURUMDA...
DİA.AZ: - Qaradağ rayonu, Qobu park 3, bina 35, mənzil 14-də yaşayan şəhidin həyat yoldaşı Cəfərova Ülviyyə Salaman qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb.
Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Mən, 03 aprel 1976-cı ildə Zəngilan rayonunda anadan olmuş və 1993-cü ilədədək orada yaşamışam. Həyat yoldaşım Qarabağ müharibəsində şəhid olmuşdur. Ondan sonra Zəngilan rayonundan olan məcburi köçkün kimi Qaradağ rayonunda yaşayıram. Ağır xəstəliyimlə əlaqədar 2015-ci ildən 2021-ci ilədək məni 2-ci qrup üzrə əlillik təqaüdünə çıxardılar.
Hələ yadıma gəlmir ki, mən aldığım pensiyadan evə 1 ədəd çörək alıb gətirim. Bütün təqaüdümü həkmlərə və dəmanlara verib ağrılarımın sakitləməsi və gəzə bilməyim üçün xərcləmişəm. Hazırda da müalcələrimi davam etdirirəm. Çox təəssüf ki, əlillik dərəcəmin yenidən təsdiq edilmsi üçün Səhiyyə Nazirliyinin Yasamalda - "Günəş petroldan aşağı tərəfdə yerləşən polikilinikası mənə FORMA 88 göndəriş vermir. DOST Xidməti və ƏƏSMN-nin Əlillərin Bərpa Mərkzində də olmuşam. Mənim qarşıma tələb qoyulur ki, "gərək sənin bədən çəkin 45 kq olsun, belə olmasa, göndəriş verə bilmərik".
Axı mən dərmanlar qəbul etməsəm, bağırsaq sistemimdə olan xəstəliklərə görə halsızlıqdan, əzginlikdən və yorğunluqdan yataq xəsəsi oluram, sürətlə arıqayıram. Bəs ailədə uşaqlara kim baxsın? Hesab edrəm ki, həkim koissiyasının forma 88 verməmək üçün uydurduqları çox məntiqsiz və axmaq tələbdir Əsası yoxdur.
Bütün yuxarı orqanlara müracətlər etmişəm. ƏƏSMN təkcə cavab verib ki, göndəriş verilən zaman əlilliyin qiymətəndirilməsinə baxa bilərik.
Ona görə də cənab Prezdent, ümidim yalnız Sizə müraciət etməyə qalb. Çünki Siz şəhid ailələrilə bağlı problemə çox diqqətlə və həssas yanaşırsınız. Çox təəssüf ki, Səhiyyə Sisteminin kadrları nədənsə hümanizimdən çox uzaqdırlar. Hər addımda mən bunun şahidi oluram. Axı mənim həyat yoldaşım qanını töküb ona görə şəhid olmayıb ki, bu gün məni min bir bəhanələrlə qapılarda süründürən qəlbi daş həkimlər rahatlıqla ailələrilə problemsiz yaşasınlar?"

Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti