b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_cc72f1503ee91f4c127e49233d4c8bfa.jpg
  

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktub göndərib.

Musavat.com-un məlumatına görə, məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm.

Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni müxtəliflik günümüzədək qorunub saxlanılmışdır. Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin, mütərəqqi ictimai-əxlaqi dəyərlərin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dözümlülük mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkənin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Pasxa bayramı yeniliyi, dirçəlişi, mərhəmət və xeyirxahlıq duyğularını təcəssüm etdirir. Bu nurlu gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!".

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Şeyx Həcc kvotasını doldura bilmir: baha qiymət, yoxsa... - DİNİ TURİZM TƏNƏZZÜLDƏ?
30 Aprel 2025 Dövlət Baxçalı Celal Şengörə ağır sözlər dedi
28 Aprel 2025 Heydər məscidinə memarlıq abidəsi statusu verildi
27 Aprel 2025 Papanın dəfninə qatılan insanların SAYI
26 Aprel 2025 Roma Papası Fransisk bu gün dəfn olunur
22 Aprel 2025 16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?
22 Aprel 2025 Fransisk öldü, 900 illik kəhanət gündəmdə: - Sonuncu Papadır?
21 Aprel 2025 Papa öldü- Vatikanın yeni lideri onlardan biri olacaq
21 Aprel 2025 Papa Fransiskin həyatı- Təmizlikçi, mühafizəçi kimi işləyib...
14 Aprel 2025 ABŞ tarixində ən böyük əməliyyat başlayır – 1 milyon nəfər…
02 Aprel 2025 MİNARƏ ƏNƏNƏSİ PEYĞƏMBƏRDƏNMİ GƏLİR? - İSLAM TARİXİNƏ DAİR YANLIŞLAR – 2
02 Aprel 2025 Azərbaycanda 6 min ödəyib Həccə getmək istəyənlərin sayı niyə azalıb? - AÇIQLAMA
24 Mart 2025 Papa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
20 Mart 2025 "Bu kitab qadağan olunmalıdır!" - Samirə “Quran" təhqir edib?- ALTERNATİV FİKİRƏ HÜCUM...
11 Mart 2025 Şeyx Şamilin müəllimi olan Azərbaycanlı din xadimi-qaçaq Əhməd Şeyxzadə
08 Mart 2025 Elşad Miri "Qəbir əzabı yoxdur" dedi - QMİ-dən reaksiya
07 Mart 2025 Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub
03 Mart 2025 Quranda nələr yoxdur?
02 Mart 2025 Roma Papasının vəziyyəti açıqlandı
28 Fevral 2025 AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçilər Çeçenistanın ali mükafatına təqdim olunublar

Dünyapress TV

Xəbər lenti