b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_0728d20c91cca6e98025fde1c42d4e74.jpg
  

Rusiya-Ukrayna müharibəsinin başladığı 2022-ci ildən bəri rublun məzənnəsində qeyri-sabitlik müşahidə olunur. Müxtəlif geosiyasi və iqtisadi faktorların təsiri ilə rubl zaman-zaman dəyər itirsə də, son günlər bu valyutanın məzənnəsində artım müşahidə edilir. Rublun möhkəmlənməsi, xüsusilə də Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələri, ticarət dövriyyəsini və miqrant pul axınlarını nəzərə alaraq, ölkəmizə müəyyən təsirlər göstərə bilər.

Bu prosesin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri nələrdir?

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli News24.az-a açıqlamasında bildirib ki, rublun bahalaşmasının bir sıra mənfi tərəfləri var:

"Rublun bahalaşmasının Azərbaycana bəzi mənfi təsirləri var. Çünki Azərbaycanın rublla aldığı məhsullar bahalaşacaq, Azərbaycan da Rusiyadan çoxlu məhsul alır, idxal 20%-in üzərindədir və Rusiya Azərbaycana məhsul satmaqda birinci yerdədir. Bu məhsulların əhəmiyyətli hissəsi də xüsusən də bu sanksiyalardan sonra rublla satılır, rublla ödəniş olunur. Bizim aldığımız məhsullar bahalaşır, bu baxımdan bizə heç bir xeyri yoxdur. Bizim Rusiyadan aldığımız məhsulların da çoxu ərzaq, əmtəə, meşə sənayəsi, tikinti materiallari, metal və s. bunların alternativ yerləri də yoxdur ki, Rusiyada bahalaşanda başqa yerdən alaq. Sahibkarlıq xərci artır, xərc artdıqda qiymət də artır".

İqtisadçı qeyd edib ki, burada Rusiya ilə bağlı fərqli məqam var. Rusiyada Azərbaycan vətəndaşları çalışır. Rublun bahalaşması Rusiyada yaşayan azərbaycanlıların bizim ölkədə ailələrinə göndərdikləri vəsait də artacaq.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"

Dünyapress TV

Xəbər lenti