Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
Qiymətlər artır, yaşam şərtləri bahalaşır, lakin maaşlar dəyişməz qalır. Bir çox ailə üçün gündəlik xərclərin öhdəsindən gəlmək getdikcə daha da çətinləşir. Belə bir şəraitdə əmək haqqı siyasətinə yenidən baxılmasına ehtiyac olduğu açıq şəkildə görünür.

Dövlət bu istiqamətdə hansı addımları atmalıdır? İqtisadi sabitlik və sosial ədalət üçün hansı mexanizmlər işə düşə bilər?

TEREF xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Əkrəm Həsənov Referans – a açıqlama verib. Mütəxəssis bildirib ki, ümumilikdə ölkədə maaşların artırılmasının yalnız bir yolu var. Eyni zamanda bəşəriyyət bu günə qədər bundan yaxşısını da fikirləşə bilməyib. Bu da ölkədə qanunçuluğun və iqtisadi inkişafın təmin edilməsidir. Qanunçuluq ilk növbədə məhkəmələrin müstəqilliyi və ədalətliliyi ilə bağlıdır. İqtisadi inkişaf da məhz bununla əlaqəlidir

Ekspert hesab edir ki, normal bazar iqtisadiyyatının üç əsas təməli var: Mülkiyyət hüququnun qorunması.Öhdəliklərin icrası. Sağlam rəqabət. Əgər bu üç şərait təmin olunarsa, ölkədə sahibkarlıq fəaliyyəti canlanar, investisiyalar və kapital qoyuluşları artar. Nəticədə iqtisadi aktivlik güclənər, yeni iş yerləri yaranar, maaşlar artar və həm dövlət, həm də vətəndaşlar qazanmış olar. Söhbət real artımdan gedir. Əfsus ki, hazırda Azərbaycanda bu şərtlər yoxdur. Mülkiyyət hüquqları qorunmur, sahibkarların və vətəndaşların əmlakları qanunsuz əllərindən alınır. Belə bir mühitdə heç bir ağıllı investor bu ölkəyə vəsait yatırmaz. Elə buna görə də son dövrlərdə bir çox iş adamları ölkəni tərk edir.

Müsahimiz öhdəliklərin icrası ilə bağlı nümunəyə də diqqət çəkib: Tutaq ki, mən sizinlə müqavilə bağlamışam və sizə mal və ya xidmət təqdim etməliyəm. Əgər öhdəliyimi yerinə yetirmirəmsə, siz məni məhkəməyə verirsiniz və haqlı olaraq cərimə etdirirsiniz. Amma bunun üçün sizdə inam olmalıdır ki, məhkəmə ədalətli qərar çıxaracaq. Təəssüf ki, bizdə bu yoxdur. Ədalət çox vaxt pulun tərəfinə keçir. Sağlam rəqabət isə çox vacibdir. Sahibkar əmin olmalıdır ki, onun fəaliyyət sahəsinə dövlət məmurları, oliqarxlar və ya inhisarçı holdinqlər qanunsuz şəkildə müdaxilə etməyəcək, biznesi əlindən alınmayacaq. Bütün bu dediklərimi etmək üçün dövlət iradə ortaya qoymalıdır. Bu da bir-iki ilə həll olunan məsələ deyil. Korrupsiyanın aradan qaldırılması, şəffaf mühitin yaradılması illər tələb edir. Əgər dövlət bu istiqamətdə ciddi şəkildə işə başlasa, 10-15 il ərzində nəticə görmək mümkündür. Təəssüf ki, hələlik bu sahədə ciddi irəliləyiş yoxdur, başlanğıc da demək olar ki, yoxdur. Belə bir şəraitdə hansı maaş artımından danışmaq olar?

Ekspertin fikrincə dövlət maaş artımına iki yolla birbaşa təsir göstərir: Minimum əməkhaqqının artırılması və dövlət sektorunda çalışanların maaşlarının və pensiyaların artırılması. Hazırda minimum əməkhaqqı 400 manatdır. Bu məbləğlə ailə dolandırmaq, normal həyat tərzi sürmək çox çətindir. Bunu hamımız başa düşürük. Dövlət sektorunda maaşlar vaxtaşırı artırılır. Lakin burda fərq qoymalıyıq: nominal artım və real artım. Əgər maaş artır, amma qiymətlər ondan daha sürətlə qalxırsa – yəni inflyasiya baş verirsə – bu, real artım sayılmır. Əslində, alıcılıq qabiliyyəti aşağı düşür.

“2015-ci ilə qədər bizdə real artım var idi, amma artıq 10 ilə yaxındır ki, yoxdur və bu vəziyyətin yaxın zamanda dəyişəcəyini də gözləmək olmaz. Hazırda neftin qiymətinin və hasilatın düşməsi də vəziyyəti daha da ağırlaşdırır. Reallıq budur ki, dövlət maaş artımını artıq təmin edə bilmir. Ən yaxşı halda bu istiqamətdə ilk addımlar ata bilər. Amma nəticəsini uzun illər sonra görəcəyik. Hazırkı vəziyyətdə isə ölkədə iqtisadi və sosial problemlərin daha da dərinləşəcəyi gözlənilir.” – deyə ekspert vurğulayıb
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü
15 Aprel 2025 "Taksi parkları sürücüləri hədsiz dərcədə istismar edir"

Dünyapress TV

Xəbər lenti