Kompensasiya miqdarının yaratdığı problem: hüquq vətəndaşdan yanadır, amma... - NƏ ETMƏLİ?
Milli Məclisin bu gün keçirilən plenar iclasında sənədsiz evlər və söküləcək evlərlə bağlı kompensasiya məsələsi yenidən gündəmə gətirilib. Deputat Fazil Mustafa çıxışında xatırladıb ki, Milli Məclisdə hökumətin hesabatı zamanı millət vəkilləri sənədsiz evlərlə bağlı məsələ qaldırıblar. Baş nazir Əli Əsədova təşəkkür edən F.Mustafa qeyd edib ki, hökumət başçısı onlara sənədsiz evlərlə bağlı bağlı görüləcək işlər haqqında sənəd göndərib.

Deputat çıxışında bu günlərdə tikinti şirkətinin mülkiyyətçinin evini qanunsuz olaraq sökməsi halından da danışıb və deyib ki, bu, qanunsuz addım idi: “Lakin bununla bağlı sahibkarların hüquqlarının müdafiəsi məsələsi də gündəmə gəlməlidir. Bu gün sahibkarlar 70 insanla razılaşır, 2-si ilə razılaşa bilmir. Bu zaman vaxt uzanır, sahibkar tikintiyə başlaya bilmir, tikiləcək mənzillər də artıq rentabelli olmur. Aydındır, mülkiyyətçi evin baha qiymətə satılmasını istəyir, lakin qiymət reallığa uyğun olmalıdır”.

“Hesab edirəm ki, burada optimal qiymətləndirmə tətbiq edilməlidir. Optimal qiymətləndirmə məsələsində problemlər meydana çıxır. Müvafiq qurumlar həm sahibkara, həm də mülkiyyətçiyə kömək edən addımlar atmalıdır. Çünki sahibkar və mülkiyyətçi arasında bu məsələlər uzandıqca, qəzalı binalar problemi qalmağa davam edəcək”, - deyə F.Mustafa qeyd edib.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə AYNA.AZ-a deyib ki, tikinti şirkətləri vətəndaşla razılaşandan, kompensasiyanı ödəyəndən sonra onun evini sökə bilər: “Tikinti şirkətinin vətəndaşla razılaşmadan onun evini sökməsi doğru deyil. Bu, hüquqi baxımdan doğru deyil. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ toxunulmazdır və yalnız ictimai imtiyazlar səbəbilə, hərtərəfli kompensasiya ödənilməklə məhdudlaşdırıla bilər. Həmçinin Mülki Məcəllənin 157.1-ci və 257-ci maddələrində mülkiyyət hüququnun qorunması və onun yalnız qanunla, məhkəmə qərarı ilə məhdudlaşa biləcəyi aydın şəkildə qeyd olunub. Yəni vətəndaşın razılığı və məhkəmə qərarı olmadan onun evinin sökülməsi qanunsuz sayılır. Bu halda Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə, əmlakın qəsdən məhv edilməsi ilə bağlı məsuliyyət yaranır”.

“Mülkiyyət hüququ vətəndaşın əsas hüququdur və hüququn fundamentini təşkil edir. Bu hüquq Azərbaycanda Konstitusiya, Mülki Məcəllə və Tikinti və Şəhərsalma Məcəlləsi ilə də qorunur. Tikinti şirkətləri yalnız hüquqi əsaslarla fəaliyyət göstərə bilərlər. Bunlar mülkiyyətçilərlə könüllü razılaşma əsasında müqavilə bağlamalıdır, hər iki tərəfin qarşılıqlı razılığı olmalıdır. Əgər razılaşma əldə edilmirsə, o zaman mülki prosessual məcəlləyə uyğun olaraq məhkəməyə müraciət edilə bilər”, - deyə hüquq müdafiəçisi əlavə edib.

Ə.Nuriyev razılaşıb ki, mənzil sahibi kompensasiyanı reallığa uyğun istəməlidir: “Bilirsiniz, bu bir qədər mənəvi məsələdir. Yenə deyirəm, hüquqi baxımdan, vətəndaşın razılığı olmadan onun mülkünə hansısa şirkət toxuna bilməz. Amma məsələn, tikinti şirkəti 10 mənzilin 9-u ilə razılaşıbsa, bazar qiymətinə uyğun şəkildə kompensasiya ödəyibsə, yerdə qalan bir mülkün sahibinin tələb etdiyi kompensasiyanın miqdarı şişirdilməməlidir. Tutaq ki, bir tikinti şirkəti 9 evin hər birini 100 min manata razılaşdırıb, biri 500 min istəyir. Bu zaman artıq mübahisə yaranır. Razılaşmayan bir vətəndaşa görə tikinti şirkətinin işi ləngiyir, problemləri yaranır və s. Burada həqiqət payı var. Bu bir qədər də mənəvi məsələdir ki, vətəndaş da şirkəti anlamalıdır. Amma vətəndaş razılaşmırsa, o zaman evini sökmək yolverilməzdir. Hüquq burada vətəndaşın tərəfindədir. Çalışıb onu razı salmaq lazımdır. Əgər mülkiyyət dövlət ehtiyacları üçün alınmırsa, mülkiyyətin sahibi ilə tikinti şirkətləri razılığa gəlməlidirlər”.

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti