Çox bayram, çox qənaət :
2025-ci ilin I rübündə xəzinədarlıq orqanları tərəfindən 320 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra olunub.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Belə ki, cari ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 733.4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171.4 milyon manat və ya 1.8 faiz çoxdur. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 4 380.6 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 1 430.5 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 10.4 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136.7 milyon manat və sair daxilolmalar 154.9 milyon manat təşkil edib.

Dövlət Neft Fondundan transfert isə 3 620.3 milyon manat həcmində olub. 2025-ci ilin I rübü üzrə dövlət büdcəsinin xərcləri 8 280 milyon manat proqnoza qarşı 8 115 milyon manat, yəni 98 faiz icra edilib. Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı iki faiz, yəni 165 milyon manat az yerinə yetirilib. Yəni mart ayında 13 günlük tətil büdcəyə 165 milyon manat xeyir verib.

Başqa sözlə, bu ilin ilk rübündə dövlət büdcəsinin profisiti 1 618.4 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 97% çoxdur. 2024-cü ilin ilk rübündə büdcənin profisiti 821.7 milyon manat təşkil edib.

Doğrudanmı tətil günləri büdcəyə ziyan yox, xeyir verir?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, əslində bu məlumat çox anlaşılmazdır: “Söhbət ondan gedir ki, qənaət nədən ibarətdir? Bununla bağlı detallar yoxdur. İtirilmiş fürsətlərin nə qədər olduğu barədə bir məlumat yoxdur. Ona görə də bunun mediatik məsələ olduğunu düşünürəm. Cəmiyyətdə belə bir müzakirələr var idi ki, bayram günləri ölkəyə xeyirlidir, yoxsa ziyanlı? Buna görə də açıqlama vermək ehtiyacı yaranıb. Ancaq bunun detalları daha maraqlıdır. Bu qənaət özünü nədə büruzə verib?

Çünki maaşlarda qənaət mümkün deyil. Maaşlar vaxtında ödənilməlidir. Bayram günlərinin çox olması işçilərin günahı deyil. O zaman bəs harada qənaət olunub? Bununla bağlı dövlət və hökumət qurumları açıqlama versələr, yerinə düşərdi və biz də mənzərəni aydın görə bilərik”.
 

Bölmənin digər xəbərləri

14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək
04 İyun 2025 Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər

Dünyapress TV

Xəbər lenti