Hökumətdən sənədsiz evlərlə bağlı açıqlama
Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən iş davam etdirilir.

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, qanunvericilikdə nəzərdə tutulmuş hüquqi sənədlər olmadan aparılmış tikililərin, o cümlədən sənədləşdirilməmiş fərdi yaşayış evləri ilə bağlı problemlərin həll edilməsi üçün son illər bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir.

Azərbaycan Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının 4-cü hissəsinə əsasən, İqtisadiyyat Nazirliyi hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müraciətlərin təhlili nəticəsində daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasını təsdiq edən və Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan sənədləri aşkarladıqda, bu növ sənədlərin Siyahıya daxil edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. Qeyd olunan hissənin icrası ilə əlaqədar mütəmadi olaraq Siyahının təkmilləşdirilməsi və qeydiyyat üçün əsas olan yeni sənədlərin Siyahıya daxil edilməsi istiqamətində tədbirlər görülür.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının və Nazirlər Kabinetinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyat nazirinin 2023-cü il 21 iyun tarixli əmrinə əsasən idarələrarası İşçi qrup yaradılıb. Sənədsiz evlərin (tikililərin) sənədləşdirilməsinin nizamlanması ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti dövlət qurumlarının mütəxəssislərinin iştirakı ilə yaradılmış İşçi qrup tərəfindən problemin həlli yolları barədə hüquqi, iqtisadi, tikinti, şəhərsalma və torpaq qanunvericiliyi nöqteyi-nəzərindən təhlillər aparılır və məsələnin nizamlanması ilə bağlı normativ hüquqi aktların layihələrinə dair təkliflərin hazırlanması istiqamətində işlər davam etdirilir.

Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə dair yeni Qaydalar təsdiqlənib. Həmin Qaydalarda yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi torpaqların bir kateqoriyadan digərinə keçirilməsi əsaslarından biri kimi müəyyənləşdirilib. Beləliklə, Qaydaların tələblərinə uyğun olaraq, müvafiq rayon (şəhər) icra hakimiyyətlərinin və bələdiyyələr tərəfindən ərazi planlaşdırma və şəhərsalma sənədlərinə uyğun olaraq hazırlanmış əsaslandırılmış müraciətlər daxil olduqda, yaşayış məntəqələrinin torpaqlarına aid olmayan torpaqlarda salınmış yaşayış massivlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məsələsinə baxıla bilər.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi tərəfindən fərdi yaşayış evlərinə aid vətəndaşların istifadəsində olan əlavə torpaq sahələri ilə bağlı müvafiq layihə hazırlanıb. Layihə üzrə torpaqların kateqoriyasının müəyyənləşdirilməsi və həmin torpaqların iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.

Eyni zamanda Abşeron rayonu və Bakı şəhərinin Sabunçu, eləcə də xüsusən Bakı ətrafı inzibati rayonlarından daxil olan müraciətlərdə kənd təsərrüfatı təyinatlı torpaqlarda yaşayış evlərinin tikintisi məqsədilə vətəndaşlara məxsus torpaq sahələrinin mülkiyyət sənədləri mövcuddur. Həmin torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi məqsədilə inzibati ərazilər üzrə müvafiq rayon icra hakimiyyətləri tərəfindən vəsatət qaldırılması məqsədəuyğun hesab edilir.

Eyni zamanda daşınmaz əmlakın sənədləşdirilməsi və sığorta edilməsi ilə bağlı bildirilib ki, “İcbari sığortalar haqqında” qanunun tələbləri çərçivəsində daşınmaz əmlaka faktiki sahibliyi həyata keçirən şəxslər tərəfindən icbari qaydada yaşayış evlərinin və mənzillərin, o cümlədən qeyri-yaşayış sahələrinin sığortalanması həyata keçirilir. Qanunvericiliyə müvafiq olaraq sığortalanmanın aparılmasına nəzarət müvafiq səlahiyyətli dövlət orqanları, sığortaçıların fəaliyyətinə nəzarət isə Mərkəzi Bank tərəfindən təmin edilir. Mərkəzi Bank tərəfindən bu sahədə yerli və xarici təcrübələr araşdırılmış, yerli və xarici ekspertlərlə müzakirələr aparılmış və bu xüsusda hazırlanmış ilkin təkliflər sığorta sektoru və səlahiyyətli dövlət qurumları ilə müzakirə edilir.

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti