Məcburi köçkünlər üçün tikilmiş mənzillər SATIŞDA: Hansı ünvanları əhatə edir?
2023-cü ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən satış prosesi ümumilikdə 5 kompleks üzrə 1662 mənzili əhatə edir. Satış prosesinin 2023-cü il iyulun 1-dək davam edəcəyi gözlənilsə də, hazırda nazirliyin müvafiq portalında satılmayan mənzillərə rast gəlinir. Eyni zamanda, xeyli sayda bron edilən mənzillər də var.

Bu vaxta qədər neçə mənzil satılıb? Satışa yeni mənzillərin də əlavə edilməsi gözlənilirmi?

TEREF xəbər verir ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, keçmiş məcburi köçkünlər üçün tikilmiş, ancaq istifadəsiz qalan mənzillərin nazirlik tərəfindən satış prosesi davam edir.

Bildirilib ki, nazirlik tərəfindən satışı həyata keçirilən mənzillərlə bağlı məlumat (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) ms.sosial.gov.az portalında təqdim olunur:

"Mənzillərdən maksimum 3 mənzili bron etmək mümkündür. Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən "ASAN Login"in autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, "ASAN imza", "SİMA Token" (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır. Bron prosesinin ardından isə vətəndaşlar mənzilə baxış keçirmək və qərarlarına əsasən alqı-satqı prosesini yekunlaşdırmaq üçün dəvət olunurlar. Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur".

Qeyd edilib ki, hazırda ümumilikdə 1194 mənzil satışdadır:

"Yeni binalarda yerləşən həmin mənzillər tam təmirlidir, istifadə olunmayıb. Hazırda Qaradağ rayonundakı Ümid qəsəbəsindəki kompleksdə 44 ədədi üçotaqlı, 14 ədədi dördotaqlı olmaqla ümumi 58 mənzil, Abşeron rayonundakı kompleksdə 821 ədədi üçotaqlı, 197 ədədi dördotaqlı olmaqla ümumi 1018 mənzil, Sabunçu rayonu, Ramana qəsəbəsindəki kompleksdə 102 ədəd dördotaqlı, Samux rayonunda yerləşən kompleksdə isə 16 ədəd dördotaqlı mənzil satışdadır. Mənzillər çıxarışla təmin olunduğu üçün ipoteka və kredit predmeti hesab oluna bilər. Bunun üçün vətəndaşlarımız müvafiq banklara müraciət edə bilərlər".

Məlumat üçün bildirək ki, satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
 

Bölmənin digər xəbərləri

16 İyun 2025 Uşaqlar sözlərdən çox davranışlara inanır! “İdeal ata” necə olmalıdır?
14 İyun 2025 Deputatdan sənədsiz evlərlə bağlı maraqlı TƏKLİF: "Bakıdan köçən insanlara aid olmalıdır"
14 İyun 2025 Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb – Cədvəl
13 İyun 2025 Sosial müavinətlər artırıldı - Fərman
13 İyun 2025 "Bir dərslik təqribən 10 manata başa gəlir və bu da..." — Ekspert
12 İyun 2025 Son 10 ildə romantik münasibətlər necə dəyişib? - Alimlərdən gözlənilməz nəticə
12 İyun 2025 Yaşamadığımız evə niyə kommunal xərc ödəməliyik?
12 İyun 2025 Kimə rüşvət, kimə hədiyyə verilə bilər? - AKTUAL
11 İyun 2025 Nazir müavini: “Evində yaşamayanlar işıq pulunu sabit tariflə ödəyəcəklər”
11 İyun 2025 Xankəndidə maaş 1 357 manat, Lerikdə 570 manat
10 İyun 2025 Maliyyə narahatlığı: Gözə görünməyən qatildən necə xilas olaq?
10 İyun 2025 Bu ölkənin əhalisi 38 milyona çatır – Gündəlik 1700 nəfər doğulur
09 İyun 2025 Müəllim dövlət qulluqçusu deyil AXI... - ONA GÖRƏ DƏ...
08 İyun 2025 Pensiyaların artım faizi AÇIQLANDI
08 İyun 2025 11 il əvvəl birinci sinifə gedənlərin 34 faizi universitetə daxil olub — STATİSTİKA
08 İyun 2025 Tələbələrin təxminən beşdəbiri təhsili yarımçıq qoyub — Dərd yalnız təhsilhaqqıdır?
07 İyun 2025 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılıb - FOTOLAR
06 İyun 2025 SİSTEM BÖHRANI, YOXSA “BUNKER MÜƏLLİMLƏRİ”NİN QƏSDİ?... – Qəbul imtahanlarındakı “görünməyən əl” gənclərin taleyini necə həll edir?
06 İyun 2025 "Bu, biz döyüşçülərə qarşı təxribatdır" - Qarabağ döyüşçüsü veteran statusu verilməməsinə etiraz edir / VİDEO
05 İyun 2025 Pensiyalar qrafikdən əvvəl ödəniləcək

Dünyapress TV

Xəbər lenti