Azərbaycan məcburi SOYAD İSLAHATINA GEDİR? - AÇIQLAMA
İctimaiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də soyad sonluqlarında dəyişiklik edilməsidir. Bir qisim insan xüsusən soyadlardakı “ov, yev” hissəsinin ləğvini və əvəzlənməsini tələb edirlər. Bildirirlər ki, sözügedən sonluqlar rusmənşəlidir və milliləşdirilməyə ehtiyac var.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, insanlar könüllü şəkildə soyadlarında dəyişiklik edə bilərlər:

“Bununla bağlı heç bir məcburiyyət yoxdur. Qanun imkan verir ki, kim özünü milli soyadında görmək istəyirsə, bunu etsin. Lakin bunun da müəyyən öhdəlikləri var. Xüsusən sənədlərin dəyişdirilməsi baxımdan. Bəzi insanlar sənədləşmə, yaxud da başqa səbəbdən belə dəyişikliyə müsbət baxmırlar. Amma soyadın dəyişdirilməsi ilə bağlı Azərbaycanda hər hansı kəskin qadağa yoxdur”.

Deputat Razi Nurullayev isə bildirib ki, “ov”, “yev” kimi soyadların yavaş-yavaş sıradan çıxarılması məqsədəuyğun olar:

“Amma insanları buna məcbur etmək olmaz. Bununla bağlı müəyyən qaydalar təsbit olunub. Hər bir şəxs soyadını könüllü dəyişə bilir. Yeni doğulan uşaqlarda bu halların tez-tez baş verdiyinin şahidi oluruq. Görünür, zamanla təbii yollarla bu məsələ həllini tapacaq.

Soyadında “ov”, “yev” hissəsi qalan nəslin nümayəndələri də istəsələr, bununla bağlı addım ata bilərlər. Mənim soyadımda da həmin hissə var. Dəyişdirməklə bağlı çox düşünmüşəm. Lakin Nurullayev soyadında necə rahat, diləyatımlı formada dəyişiklik edəcəyimi bilmirəm. Yaxın aylarda uyğun bir variant tapıb soyadımın sonluq hissəsindən azad olacam.

Türk adlarında çox halda ad və soyad arasında fərq hiss olunmur. İnsanı adı yerinə soyadı ilə çağırırlar. Çünki ikisi də ad formasında olur. Ona görə də soyad sonluğu fərqli olmalıdır ki, addan seçilsin. Bir çox insanlarda bu problem var”.

Deputat qeyd edib ki, bəzi şəxslər cəmiyyətdə hazırkı soyadları ilə tanınırlar:

“Dəyişiklik onlar üçün psixoloji baxımdan çətin olur. Bu səbəbdən məcburiyyətin tərəfdarı deyiləm. Könüllü şəkildə təbliğat aparıla bilər ki, insanlar bir yol tapıb soyadlarını dəyişsinlər
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti