“Niyə özümüzə hörmət etmirik?” -
Özümüzə hörmət etmirik: “Heç Ermənistanda yaşayan erməni təhsilini tükcə, gürcücə, farsca alarmı?”
“Rus məktəblərinə ölkəmizdə ehtiyac yoxdur. Amma milli məktəblərimizdə rus dilinin daha dərindən və keyfiyyətli tədrisinə çox ehtiyac var. Rus dilini bilmək lazımdır, bu dil regionda əsas dildir. Biz RF ilə qonşu dövlətik, çoxsahəli əlaqələrimiz var. Amma təhsil ana dilində olmalıdır. Rus dilində orta təhsil almaq istəyənlər üçün pullu məktəblər yaradıla bilər. Tarix və ədəbiyyatın azərbaycan dilində tədrisi daha yaxşıdır, nəinki rus dilində...”
Bunu Moderator.az-a açıqlamasında dosent, təhsil eksperti İlham Əhmədov deyib.
Təhsil eksperti təhsilin, xüsusən də orta təhsilin ana dilində olmasını vurğulayıb:
“Ana dili şəxsiyyətin, millətin və dövlətin formalaşmasında, inkişafında xüsusi rola malikdir. Bunu bütün millətlər, xalqlar və dövlətlər çox yaxşı başa düşür, ona görə də milli təhsillərini dövlət dilində qurublar. Heç Ermənistanda yaşayan erməni təhsilini tükcə, gürcücə, farsca alarmı? Heç ruslar almanca, farslar ərəbcə, ərəblər türkcə, türklər yunanca təhsil alarmı öz vətənlərində? Onlar əcnəbidilli məktəblərinin sayı ilə fəxr edərlərmi? Niyə özümüzə hörmət etmirik?
“Ana dilimizə əhəmiyyət verməsək ola bilər ki, günlərin bir günü dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, onda millət özüdə batar”. (Üzeyir Hacıbəyov).
Xalq, dövlət, millət suverenlik əldə etməklə, hələ müstəqillik olmur. Müstəqillik şüurda olmalıdır. Xüsusən xalqın elitasının düşüncəsində olmalıdır. Əgər milli elita öz ailəsində ana dilində danışmırsa, deməli, o ölkə hələ də müstəqil deyil. Yəni, elitası milli ruha malik olmayan xalqın, müstəqilliyi formal olar. «Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. (Nəriman Nərimanov).»”
İ.Əhmədov əlavə edib ki, Bakıda şagirdlərin 20 %-nin rus dilində təhsil alması milli və dövlət təhlükəlisizliyi baxımından narahatedici tendensiyadır (bəzi mənbələrdə bu, 34% kimi də göstərilir):
“Başqa bir ölkənin dilinin təhsil sisteminə belə müdaxiləsi, dövlət dilindəki təhsili tədricən kölgədə qoyması, hesab edirik ki, müstəqilliyə, dövlətçiliyə, milli dirçəlişə, milli ideologiyaya da ciddi təhdiddir. Belə faktlarla xüsusi fəxr etmək isə heç bir halda anlaşılan deyil. Uşaqlarımız niyə dövlət dilində yox, əcnəbi dildə təhsil almalıdır? Bunu bəziləri fəxr sayırlar. Hesab edirik ki, əcnəbi dilli məktəblər büdcə hesabına yox, ödənişli olmalıdır. Bu, dünyanın hər yerində belədir. Konstitusiyamızda və “Təhsil haqqında” Qanunda da belə qeyd edilib. Ana dilimizə, ümummilli lider Heydər Əliyev çox yüksək dəyər verirdi. Onun ana dilinə aid bəzi aforizmlərinə diqqət edək: “…Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. … Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir….Hər bir dili yaşadan və inkişaf etdirən onun xalqıdır. … Gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidirlər.” Sonuncu fikirdə qeyd edilən keyfiyyətlər məhz ana dilli təhsil vasitəsi ilə aşılana bilər. Bəziləri deyir ki, rus bölməsində təhsil keyfiyyətlidir. Hesab edirəm ki, bu, səhv fikirdir. Eyni nazirlik, eyni məzmun, eyni dərsliklər, eyni müəllimlər, bəzən eyni müəllim hər iki bölmədə dərs aparır. Bu səbəblərdən də təhsilin keyfiyyətində ciddi fərq ola bilməz. Bəli, sovet vaxtı rus və Azərbaycan bölmələri keyfiyyətcə fərqlənirdi, indi o fərq hiss edilmir, sadəcə rus bölməsində oxuyan uşaqlar çox vaxt maddi cəhətdən imkanlı və təhsilli ailələrdən olurlar, onların əlavə təhsil almaq imkanları daha çox olur”.
Təhsil eksperti hesab edir ki, rus bölməsinin məzunlarının qəbul imtahanlarında müəyyən üstünlüləri var, məncə, bu, süni olaraq yaradılıb:
“Azərbaycan dilində resursların azlığından və keyfiyyətsizliyindən də şikayət edirlər, bu haqlı şikayətdir, Təhsil Nazirliyi bu problemi həll etməlidir, amma 30 ildir ki, həll edə bilmir. Əlavə dil bilmək yaxşıdır, amma bu, ana dilinə laqeyd yanaşmağın hesabına olmamalıdır. Şəhərdə çoxlu dil kursları var, kimlər əlavə xarici dil öyrənmək istəsə bu kurslara yazıla bilərlər. İnternetdə rus və digər əcnəbi dilləri öyrənmək istəyənlər üçün çoxlu pulsuz kitablar, audio, video resurslar var. Hesab edirəm ki, orta səviyyəli şagird öz üzərində işləsə, bu kurslarda 1 ilə danışıq dilini öyrənə bilər. Əgər valideynlər övladlarını əcnəbi dildə oxutmaq istəyirlərsə, tanınmış rus pedaqoqu Uşinskinin sözlərini unutmasınlar. Belə ki, Uşinski uşaqların ana dilində tərbiyəsi və təhsilinin həyata keçirilməsi üçün inadla mübarizə aparırdı. O yazırdı ki, məktəbdə əcnəbi dildə tədris uşaqların güc və bacarıqlarının təbii inkişafını ləngidir, bu vəziyyət uşaqların və xalqın inkişafı üçün faydasızdır, …ana dili ən böyük milli tərbiyəçidir. O deyirdi ki, ana dili “bilik öyrəndiyimiz və onu gələcək nəsillərə ötürdüyümüz yeganə vasitədir”. O, ana dilini mənimsəməyi ibtidai təhsilin əsas vəzifəsi hesab edirdi. Uşinskinin fikrincə, məktəbdə ana dili, “bütün başqa fənlərin nəticələrini özünə hopduran əsas fənni olmalıdır. Uşaq kiçik yaşlarından xalq mədəniyyətinin elementlərini mənimsəməyə ana dilini öyrənməklə başlayır”.

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti