“Zəfər parkı”nda müqaviləsiz işlədildi, xəsarət aldı, təzminat ödənilmədi -
Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi 25 ünvanında yaşayan Həsənov Əfsan Əli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Xətaidəki “Zəfər parkı”nda işləyən zaman ciddi xəsarət alsa da, ona təzminat ödənilmir:

“Mən, Həsənov Əfsan Əli oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Hazırda yuxarıda qeyd etdiyim ünvanda kirayədə yaşayıram. Oktyabrın 22-də “Ağ şəhər”də yerləşən “Zəfər parkı”nın tikintisini aparan şirkətlərdən birinə (adını dəqiq bilmir, çox güman ki, “PMD Projects” şirkətindən söhbət gedir - müəl.) işə qəbul olmuşam. Oktyabr ayında qolumun üstünə dəmir düşüb, qolum sınıb. Şirkətdən mənə bildirdilər ki, heç yerə getmə, şikayət etmə, təzminatın ödəniləcək. 3 aylıq pul ödəyəcəklərini bildirmişdilər. Lakin hələ də ödəmirlər. Mən müqavilə ilə işlədiyimi düşünürdüm, sən demə aldadılmışam.

Məsələ ilə əlaqədar polisə müraciət etdim. Müstəntiq təyin olundu. 2 aydır gözləyirəm, lakin bir xəbər yoxdur. Aqil adlı müstəntiq mən zəng vurub bildirdi ki, gəl, sənin ödənişini etdirəcəm.

Getdim, otağında mübahisəmiz düşdü, məni təhqir etdi. Belə ki, cibindən 100 manat pul çıxarıb, təhqiramiz şəkildə mənə uzatdı. Mən istəmədiyimi bildirəndə isə, hirslənərək məni təqhir etdi. Halbuki, müdirim Samir əvvəlcədən mənə demişdi ki, müstəntiqlə danışın, razılaşmışam.

Qolum qırılıb, başqa heç yerdədə işləyə bilmirəm. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, məni aldadıb müqaviləsiz işlədən, “Zəfər parkı”nın tikintisində iştirak edən şirkət haqqında tədbir görülsün".



Məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdıq. Lakin dəfələrlə mətbuat xidmətinə əlimizdə olan şikayətləri yönləndirsək də, cavab ala bilmirik.




Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti