“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Günümüzün aktual məsələlərindən biri də 35 yaşı ötmüş şəxslərin iş tapmaqda çətinlik çəkməsi ilə bağlıdır. Belə ki, bir çox müəssisə rəhbərləri 35 yaşı keçmiş insanları işə götürmək istəmirlər və ya ümumiyyətlə götürmürlər. Bu isə narahatlığa və haqlı narazılığa səbəb olur. Bəs işə götürülməyən insanlar hara, kimə müraciət etməlidirlər?

Globalinfo.az-a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki, bu məsələ qanunvericilikdə nəzərdə tutulmayıb.

Onun sözlərinə görə, qanunvericilikdə müəyyən qədər cinsiyyətə görə ayrı-seçkiliyin aparılmasının qadağan olunması var:

“Lakin birbaşa əmək qanunvericiliyində yaşa görə diskriminasiyayla bağlı hər hansı müddəaya rast gəlmək mümkün deyil. Bununla bərabər, konstitusiyada bərabərlik hüququ tanınır, təmin olunur. Təbii ki, bərabərlik hüququ da eyni zamanda yaşa görə diskriminasiyanın yol verilməməsini nəzərdə tutur. Fikrimcə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişlik Xidmətinin bununla bağlı müəyyən təlimatları hazırlanmalıdır. Bundan sonra işçi işə götürüləndə hansı meyarlar üstün götürülür, hər kəs bilməlidir. Yəni adekvat meyarlar olmalıdır. İşə götürənlər də həmin bu meyarlara cavab verməklə işçini seçməlidirlər. Belə bir meyarlar hazırlansa, vətəndaşların şikayət etmək imkanı da olar. Nə qədər ki, bu qaydalar hazırlanmayıb, yaş məsələsi ilə bağlı hər hansı bir şikayət irəli sürmək mümkün olmayacaq”.

Hüquqşünas müəyyən yaş səviyyəsindən sonra işə götürmədə çox ciddi ayrı-seçkiliyin baş verdiyini vurğulayıb:

“Hansı hallarda 35 yaşı keçmiş şəxsləri işə götürürlər – əgər onları bir vəzifədən avtomatik digər vəzifəyə gətirirlərsə. Amma təəssüf ki, hazırda işsiz olan və 35 yaşı keçən birinin adətən heç CV-sini nəzərə almırlar. O adam nəyi bacarır, nəyi bacarmır, onun vərdişləri nədir, nə deyil oxumurlar. Bu cür diskriminasiyaya yol veriləndə obyektiv meyarlardan istifadə olunmur. Daha bir yanlış məsələ isə ondan ibarətdir ki, işə götürən fikirləşir ki, bu adamın üzərində ailə yükü var və ona daha yuxarı maaş vermək lazımdır. Məsələn, mən bu insanı 800 manat maaşla burada işlədə bilməyəcəm deyə düşünürlər. Onun yerinə isə gənc kadr götürüb, daha aşağı maaşla işlədirlər. Bu qəbildən yanaşmalar işə götürənin subyektiv yanaşmasıdır. Ailə vəziyyətindən asılı olmayaraq bəlkə həmin insan 800 və ya 1000 manata işləməyə razı olacaq?!”

F.Mehdiyev insan resursları (HR) məsələsinə də toxunub:

“Bəzi HR-lar, hansısa 2-3 aylıq kurs keçib bu vəzifəyə gəlirlər. Amma bu, onların həqiqətən peşəkar olduğunu göstərmir. Yəni 2-3 aylıq kurs nəticəsində “mən peşəkaram, insanları seçə bilirəm “və sair deməsi mümkün deyil. İnsan resursları işinin bir çox müəssisədə doğru qurulmadığının şahidi oluruq. Bu, sadəcə işçi seçimində özünü büruzə vermir, həm də işçiyə təlim verilməsi sırasında ortaya çıxır. Bütün bunlar əmək bazarına çox ciddi mənfi təsir göstərir. Həmçinin də hazırda gənc olan və özlərinə yaxşı, daha rahat iş tapa bilən insanların gələcəkdə iş tapmalarını əngələ salır. Çünki onlar bu gün 25 yaşında olsalar da, 10 il sonra 35 yaşına gələcəklər. İş yerini dəyişəndə isə çox ciddi şəkildə iş tapa bilməmə problemi ilə üzləşəcəklər”.
 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?
23 Aprel 2025 Sahədən 30 qəpiyə alınan kartof marketdə 2.20 manata necə satılır? – Fermer
21 Aprel 2025 Pensiya alanlara ŞAD XƏBƏR- Sabah...
20 Aprel 2025 Nəqliyyatın qiymətləri: hansı ölkədə pulsuzdur, harada çox pul ödəməlisiniz?
19 Aprel 2025 Rusiyada yaşayan azərbaycanlılara ŞAD XƏBƏR- MƏBLƏĞ ARTDI
18 Aprel 2025 Bakıda ev ala bilmək üçün “yemədən-içmədən” 189 ay işləmək lazımdır - AL SƏNƏ...
18 Aprel 2025 Əhalinin kredit borcu sürətlə ARTIR: - Günah kimdədir?
17 Aprel 2025 "Orqanları əyilmiş gənc uşaq dünyaya gətirə bilməyəcək" - Sədrdən həyəcan TƏBİLİ
17 Aprel 2025 Xoş xəbər: 2 milyard manat ayrıldı: Onların maaşı artırılır? - DETALLAR
17 Aprel 2025  "O zaman niyə mənə demirdiniz ki, sənin diplomunu dövlət tanımır?!" - NARAZILIQ VAR...
16 Aprel 2025 Maaşlar 2025-ci ildə BU QƏDƏR ARTACAQ…
16 Aprel 2025 Bu ölkəyə böyük yardım yola düşdü

Dünyapress TV

Xəbər lenti