Sərhəd toqquşması:
12-13 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən genişmiqyaslı hərbi toqquşmaya hansı təşəbbüs “son qoydu”?

Yəni ABŞ, yoxsa Rusiya atəşin dayandırılmasına nail oldu? Suala cavab tapmaq üçün xronoloji ardıcıllığa ümumi pəncərədən baxmaq lazımdır.

Atəşkəslə bağlı hərbi-siyasi və iqtisadi müşküllər girdabında olan Ermənistan fərqli tezislər ortaya buraxır.

Hərçənd ki, Ermənistan-Azərbaycan hərbi eskalasiyası başlayanda Nikol Paşinyan telefonlardan asılı qalaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib atəşin dayandırılmasına nail olmaq istəyirdi.

İrəvanın məqsədlər həlqəsi KTMT vasitəsilə zəncir formalaşdırmaq, onu regiona gətirmək hiylələri ilə zəngin idi.

Ermənistan vaxtı saydı, saydı, lakin KTMT qoşun göndərmək üçün əsas olmadığını dilə gətirdi.

Lakin KTMT-nin lider dövləti Rusiya döyüşlərin getdiyi zamanda atəşkəs üçün təşəbbüslərdə önə çıxmağı bacarmışdı.

Rusiyanın vasitəçiliyi ilə ilkin razılaşma əldə edildi, ancaq Ermənistan buna əməl etmədi və Azərbaycanın bərqərar olduğu mövqeləri intensiv artilleriya atəşinə məruz qoydu.

Hərbi əməliyyatın ikinci fazasında da Azərbaycan adekvat tədbirlər görərək Ermənistan silahlı bölmələrinin digər atəş nöqtələrini də susdurmağı bacardı.

Vəziyyətin olduqca kritik olduğunu görən Ermənistan hərbi-siyasi komandanlığı məcbur qalıb atəşkəsə riayət etməli oldu, KTMT-dən rədd cavabı aldıqdan sonra isə İrəvan ABŞ tərəfə yıxılmağa başladı.

ABŞ-ın edə biləcəyi hər hansı yardıma bel bağlayan Ermənistan müstəsna bicliklə atəşkəsin əldə olunmasında Vaşinqtonun xüsusi roluna diqqət çəkdi.

Bu açıqlama Ermənistan parlamentinin spikeri Alen Simonyandan gəldi, ancaq onun yalan danışdığı gün kimi aydındır.

Təbii ki, ABŞ atəş səslərinin dayandırılmasına çalışırdı, onun belə təşəbbüslərini gözardı etmək sadəlövhlük olardı. Amma ABŞ-ın bu məntiqi Azərbaycanın tələblərinə cavab vermirdi. Qısası, bu məsələdə Vaşinqton Moskvaya uduzdu.

ABŞ ümumiyyətlə Rusiya ilə rəqabətin pikə çatdığı zamanda Cənubi Qafqazda nüfuz itkisinə məruz qaldı və bu itkilərini Ermənistana siyasi investisiya qoymaqla kompensasiya etmək istəyir.

ABŞ Qərb sisteminin bir orqanı olan Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsindəki təşəbbüslərini də zədələyir.

Avropa İttifaqı ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqazda kəskinləşməsində tarazlayıcı mövqe rolunda idi və Azərbaycan-Ermənistan münasibətlərinin sülhlə yekunlaşmasına töhfələr verirdi.

İttifaqın bu duruşu Rusiyanı o qədər də narahat etmirdi, lakin sərhəddəki toqquşmalar fonunda ABŞ-ın sərgilədiyi birtərəfli mövqe Avropa Birliyi üçün də başağrısıdır.

oxu.az
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti