Ərdoğan:
Son 20 ildə Türkiyədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, qanunun aliliyinin möhkəmləndirilməsinə yönəlmiş mühüm islahatlar həyata keçirilib.

Bunu cümə axşamı Türkiyə Ali Məhkəməsində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, Türkiyənin hazırkı Konstitusiyası 1982-ci ildə qəbul edilib və bir sıra dəyişikliklərə baxmayaraq, artıq dövrümüzün çağırışlarına cavab vermir.

Türkiyə lideri xatırladıb ki, hakim Ədalət və İnkişaf Partiyası ötən il ölkənin Əsas Qanunu layihəsini hazırlayıb, lakin bu təşəbbüs digər siyasi qüvvələr tərəfindən lazımi dəstək almayıb.

Prezident Ərdoğan həmçinin bildirib ki, Türkiyə artıq bir sıra ölkələrdə tətbiq olunan “hüquqi müdafiə sığortası” sistemini tətbiq etməyi planlaşdırır.

“Müəyyən dairələr Türkiyənin məhkəmə sistemini cinayət təşkilatlarının alətinə çevirməyə çalışır. Biz buna imkan verməyəcəyik! Dünya ictimaiyyəti birdəfəlik dərk edir ki, Türkiyə Cümhuriyyəti qaranlıq qüvvələrin rəhbərlik etdiyi dövlət deyil”, - ölkə rəhbəri əmin edib.

Türkiyə Prezidenti daha sonra Avropa İnsan Haqları Məhkəməsini (AİHM) tənqid edib. Ərdoğan AİHM-i ədalət prinsiplərindən uzaq siyasi motivli qərar qəbul edən qurum adlandırıb:

“Türkiyədən söhbət gedəndə siyasi motivli hökmlər verilir, Almaniya və ya Fransada iddialar müzakirə olunanda isə tamam başqa planla qərarlar verilir”.
Teref.az
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti