b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_11d96c9ac3002c29468b45bd9a9d7977.jpg
  

Ermənistanın ağaları olan dövlətlər nədən sərhəd şəhərlərində konsulluq qurur?  

Ermənistanın Sünik rayonunun Gorus şəhərində (Zəngəzur) Fransanın fəxri konsulluğunun nəhayət ki, açılışı olub.

Fəxri konsul vəzifəsinə Gorusdakı Frankofoniya mərkəzinin direktoru Karmen Apunts təyin edilib. Ermənistan xarici işlər nazirinin müavininin sözlərinə görə, sabit sülhün təminatı həm də iqtisadi qarşılıqlı əlaqə və regional əməkdaşlıqdır ki, bu da regionda qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verəcək: “Sünik regional əməkdaşlığın strateji qalasına çevrilə bilər, burada infrastruktur, nəqliyyat və enerji sektorlarında birgə layihələr təkcə Ermənistanın deyil, bütün regionun, eləcə də daha geniş regionun maraqlarına xidmət edəcək. Bizim məqsədimiz sülh və təhlükəsiz regiondur, burada münaqişələr əvəzinə əməkdaşlıq hökm sürür, sərhədlər - qapılar və təhdidlər əvəzinə biz qarşılıqlı hörmət əsasında münasibətləri necə inkişaf etdirmək barədə düşünürük”. Fransanın Ermənistandakı səfiri Olivye Dekotini deyib: “Gorus Ermənistanın geosiyasətinin mərkəzində yerləşən və ilk nöqtə kimi Qarabağdan gələn əhalini qəbul edən şəhərdir. Bu, regionda sülhü bərqərar edən şəhərdir”. Fransa səfiri Gorusda belə bir konfransın keçirilməsinin vacibliyini vurğulayaraq, şəhərin həmişə yol ayrıcında olduğunu və fəaliyyətinin sülhün bərqərar olmasına yönəldiyini qeyd edib.

Beləliklə, Ermənistan Zəngəzur dəhlizinin keçdiyi ərazini Fransanın nəzarətinə verir. Bu, ilk növbədə Rusiyaya zərbədir. Çünki bu nəzarət 2020-ci il 10 noyabr bəyanatına əsasən, ruslara verilməli idi. Amma Ermənistan fərqli mövqe sərgiləyir.

Az qala iki ildir ki, Fransa bu sərhəd bölgəsində hansısa  diplomatik adı altında yerləşməyə çalışırdı.  Fransanın Ermənistanın cənub bölgəsi olan Zəngəzurda konsulluq açması regionda yeni geosiyasi proseslərin başlandığını göstərir. Ekspertlərin fikrincə, bu addım, Zəngəzur dəhlizinə gələcəkdə nəzarət etmək planının tərkib hissəsidir və Ermənistanın Rusiyanın bölgədəki təsirini zəiflətmək məqsədi güdür. Son zamanlar Ermənistan Rusiyanın hərbi varlığını azaldaraq, Fransa ilə əlaqələri gücləndirir.

Fransanın bu addımı təsadüfi deyil və daha geniş planın tərkib hissəsi kimi qiymətləndirilməlidir.

Ekspertlər qeyd edir  ki, Fransa Zəngəzur dəhlizinə gələcəkdə nəzarət etmək niyyətindədir və bu istiqamətdə Ermənistanla əməkdaşlığını gücləndirir.

Azərbaycan və onun eksklavı Naxçıvan Muxtar Respublikası arasında yerləşən dağlıq ərazi olan Sünik vilayəti böyük strateji əhəmiyyətə malikdir. Fransa Ermənistanın bu cənub-şərq bölgəsində maraqlı olan yeganə ölkə deyil. İran 2022-ci ilin oktyabrında regionda konsulluq açıb. Rusiya da orada konsulluq açmaq niyyətini açıqlayıb.

Ekspertlər ehtimal edir ki, yaxın gələcəkdə Fransa bölgəyə məhdud sayda hərbi kontingent də yerləşdirə bilər. Bu isə Rusiya ilə yeni qarşıdurma mərhələsinin başlanğıcı ola bilər. Rusiya Müdafiə Nazirliyi Ermənistanın bu siyasətindən narazılığını ifadə edib və Fransanı Cənubi Qafqazda təsir dairəsini genişləndirməyə çalışmaqda ittiham edib. Zəngəzura nəzarət uğrunda Rusiya və Fransa arasında geosiyasi maraqlar toqquşur. Paşinyan isə seçimində Fransaya üstünlük verir. Azərbaycan bu prosesləri diqqətlə izləməli və Ermənistana xarici hərbi kontingentin Zəngəzura gətirilməsi ilə bağlı ciddi xəbərdarlıq etməlidir.

Xarici dövlətlərin Ermənistanın bu bölgəsinə belə marağının səbəbi nədir?

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam - Yeni Çağ

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Fransa Gorusda konsulluq açmazdan öncə Avropa Birliyinin müşahidə missiyası adı altında öz kəşfiyyat şəbəkəsini Ermənistana yerləşdirib. Həmin müşahidə missiyası, əslində kəşfiyyatçılar vaxtaşırı Ermənistan-Azərbaycan şərti sərhədinə gəlirlər və Azərbaycanın mövqelərini, ərazilərini müşahidə edirlər: “Onların Azərbaycan ordusunun, sərhəd xidmətinin bölmələrinin yerləşmə məntəqələrini, hərəkət trayektoriyasını izləyib qeydlər götürüb Fransaya ötürdüklərinə şübhə yoxdur. İndi isə Fransa Gorusda konsulluq açmaqla yerini Ermənistanda bir qədər də möhkəmlədib. İstər Fransanın, istər Rusiyanın, İranın və digər hansısa ölkələrin məhz Ermənistanın Azərbaycanla sərhəd bölgələrində yerləşən şəhərlərində diplomatik nümayəndəliklər açmaq istəyinin səbəbi aydındır. Bu ölkələr Ermənistanın Azərbaycanla sərhəd ərazilərində yerləşməklə həm rəsmi İrəvanı daim onlara möhtac durumda saxlamaq, həm də Azərbaycana təsir mexanizmi əldə etməkdir”.

Q.Hüseynlinin sözlərinə görə, belə görünür ki, İrəvan da sərhəd bölgələrindəki şəhərlərində ağaları  olan Fransa, Rusiya, İran kimi dövlətlərin konsulluqlarının fəaliyyət göstərməsində maraqlıdır: “Ermənistan hakimiyyəti bunun ölkənin gələcəkdə təhlükəsizliyi baxımından əhəmiyyətinin olacağını düşünür. Ermənistan onsuz da formal müstəqil dövlətdir, onun dövlət sərhədlərinin böyük hissəsini Rusiya sərhəd xidməti qoruyur. Konsulluqları da sərhədə yerləşdirirlər.

O ki qaldı Fransanın konsulluq açmaqla və digər addımlarla Ermənistanda yerləşməsinə Rusiyanın necə yanaşdığına, Rusiya şübhəsiz bundan məmnun deyil. Ancaq narazı olsa da qarşısını tam ala bilmir. Amma hər bir halda Fransa nə qədər konsulluq filan açsa belə, Ermənistanda Rusiya qədər yerləşə və Ermənistana Rusiya qədər təsir rıçaqlarına sahiblənə bilməz. Ermənistan Rusiyadan asılı vəziyyətdə olan bir oyuncaq dövlətdir. Rusiya onu daim bu statusda saxlayacaq". 

Politoloq qeyd etdi ki, hər bir ölkə öz ərazisində hansı ölkənin konsulluğunu açmaqda müstəqildir. Məsələyə bu istiqamətdən yanaşdıqda Azərbaycan Ermənistana niyə Gorusda Fransanın və ya başqa hansısa dövlətin konsulluğunu açdığını deməz. Ancaq konsulluq və müşahidə missiyası pərdəsi altında sərhədimizə Fransanın kəşfiyyatçılarının yerləşdirilməsi ehtimalı yüksək olduğundan Azərbaycanın haqqı çatır ki, etiraz etsin: “Ona görə də Azərbaycan məsələni bu şəkildə qoymalı və Ermənistana xarici hərbi kontingentin Zəngəzura gətirilməsi ilə bağlı ciddi xəbərdarlıq etməlidir. Fransaya isə xəbərdarlıq etmək lazımdır ki, gələcəkdə Ermənistanın təxribatları olarsa, Azərbaycanın cavab tədbirlərinin nəticələrinin məsuliyyətini Azərbaycan daşımayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bölmənin digər xəbərləri

06 İyun 2025 Qərb MDB-nin dağılmasını istəyir - Kremldən yeni plan
05 İyun 2025 Putinlə Roma Papası arasında telefon danışığı: əsas məqamlar
05 İyun 2025 Azərbaycan-Ermənistan danışıqları başlayıb? – “Real nəticələr ola bilər”
04 İyun 2025 Zelenskiyə edilən hörmətsizlikdən sonra Si Cinpin də görüşdən yayınır – Trampın növbəti hədəfi kimdir?
04 İyun 2025 Cənubi Koreyada prezident seçkilərində müxalifətin namizədi qalib gəldi
04 İyun 2025 Netanyahu Azərbaycana bu səbəbdən gəlməyib
03 İyun 2025 Putinin maksimalist tələbləri Tramp üçün seçim anını gətirdi: Ağ Ev sahibi hansı qərarı verəcək?
03 İyun 2025 İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
03 İyun 2025 Tramp: Vaşinqton Tehranın uran zənginləşdirməsinə icazə verməyəcək
02 İyun 2025 Prezident: Bu gün Azərbaycan sabit iqtisadi sistemə malikdir
02 İyun 2025 “Əsrin müqaviləsi” regionda geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirdi
01 İyun 2025 ABŞ Gürcüstan vətəndaşlarının deportasiyasına başladı: İlk təyyarədə...
01 İyun 2025 "Macarıstan Avropa İttifaqından çıxır!" Şok iddiaya Brüsseldən reaksiya - Orban "Huxit" deyir
31 May 2025 Tokayevdən Əliyevə və Ərdoğana MÖHTƏŞƏM DƏSTƏK
31 May 2025 Duqindən postsovet ölkələrinə görünməmiş təhdid - Bakıdan reaksiya
30 May 2025 3 qardaş ölkə Laçından elə mesajlar verdi ki... - Dünyanın gözü AZƏRBAYCANDA
30 May 2025 Xronika: Tirana zirvəsindən sonra Qərbi Azərbaycan məsələsi tələb şəklində səslənir VİDEO
30 May 2025 Onlar Bakıya qayıdır, bəs bizimkilər..?
30 May 2025 Ərdoğan Ermənistanla münasibətlərin normallaşacağını açıqlayıb
30 May 2025 Dağlar arasında üç dost - yeni regional blokun siqnalı?

Dünyapress TV

Xəbər lenti