![]() |
![]() ![]() ![]() |
|
"Azərbaycan Respublikasına qarşı separatçılıqda və terror fəaliyyətlərində iştirak etməkdə şübhəli bilinən şəxslərin keçirilən əməliyyatlarla həbsi rəsmi Bakının təhdidlərdən müdafiə qabiliyyətindəki performasını ortaya qoyur".
Musavat.com xəbər verir ki, bu barədə politoloq Aqşin Kərimov bildirib.
"Kəşfiyyat əməliyyatları ölkəni daxili və beynəlxalq təhdidlərdən qorumaq üçün lazım olan məlumatları təmin edən strateji müdafiənin mühüm tərkib hissəsidir. Təhlükəsizlik və kəşfiyyat şəraitini düzgün qiymətləndirməyə əsaslanır. Uyğun olaraq tərəfdaş dövlətlərlə informasiya mübadilələrinə, əməkdaşlıq modelinin genişlənməsinə dəlalət edir.
Azərbaycanın xüsusi xidmət orqanlarının düzgün planlaşdırma, strategiya və əməliyyat planlamasının effektiv şəkildə həyata keçirilməsi ilə nəticələnir. Azərbaycan xüsusi xidmət orqanlarının gələcək əməliyyatlar üçün sensasion eksklüziv imkanlara çıxışı güclənir.
Qısası, günlərin birində ən toxunulmaz hesab edilən şəxslərin belə mühakiməsi baş tutsa, buna təəccüblənmək lazım olmayacaq. Bu aktlar xüsusilə Ermənistan ictimaiyyətində Azərbaycana qarşı revanş götürmək istəyən qüvvələri simalaşdıran siyasətçilər arasında qorxunu, həyəcanı dərinləşdirir", - politoloq qeyd edib.
Xalidə Gəray
Musavat.com