b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_3c03278fe68988346fc165c9426c0d45.jpg
 

İngiltərə Baş naziri Keir Starmer Qərb hərbi rəsmilərinin Ukraynadakı mümkün sülh razılaşmasının əməliyyat mərhələsini müzakirə etmək üçün 20 martda Londonda bir araya gələcəyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Starmer bu bəyanatı İngiltərənin ev sahibliyi etdiyi və dünya liderlərinin Ukrayna məsələsini müzakirə etdiyi 1,5 saatlıq onlayn toplantıdan sonra keçirdiyi mətbuat konfransında verib.

Ukraynanın təhlükəsizliyi üçün yeni planlar hazırlanır

Baş nazir Starmer Rusiya ilə mümkün sülh razılaşmasının bağlanacağı təqdirdə Ukraynanın quru, dəniz və hava təhlükəsizliyini təmin etmək üçün planlar hazırlanacağını vurğulayıb. O bu planların Ukrayna üçün “Könüllülər Koalisiyası” adlı sülh qüvvəsi çərçivəsində həyata keçiriləcəyini bildirib.

Londonda 2 martda keçirilən Ukrayna mövzusunda zirvə görüşündən sonra bugünkü toplantının daha geniş iştirakla baş tutduğunu qeyd edən Starmer, beynəlxalq birlikdə daha güclü kollektiv iradənin formalaşdığını və Ukraynanın müdafiəsi üçün yeni öhdəliklərin götürüldüyünü deyib.

Starmer həmçinin İngiltərənin Ukraynanın gələcək təhlükəsizliyini təmin etmək üçün öncül rol oynamaq istədiyini və digər ölkələrin fərqli hərbi imkanlarını bu prosesə cəlb edəcəyini bildirib.

20 martda hərbi planlama toplantısı keçiriləcək

İngiltərə Baş naziri Qərb hərbi liderlərinin 20 martda Londonda Ukrayna üçün hərbi planlamanın əməliyyat mərhələsini müzakirə edəcəklərini açıqlayıb. Starmer bu toplantının Ukraynanın gələcək təhlükəsizliyinin təmin olunması üçün konkret və güclü planların formalaşdırılmasına töhfə verəcəyini bildirib.

O, Ukraynada sülhü qoruma prosesi çərçivəsində sahədə fəaliyyət göstərəcək hərbi qüvvələrin hansı qaydalara əməl edəcəyinin də bu görüşdə müəyyən olunacağını vurğulayıb.

ABŞ ilə yaxın koordinasiya

İngiltərə Baş naziri Ukraynaya ABŞ-ın təhlükəsizlik dəstəyi verib-verməyəcəyi və Prezident Donald Trampın bu məsələdə hansı mövqe tutacağı barədə suallara cavab verərkən, Vaşinqtonun mövqeyinin dəyişmədiyini deyib.

“Bu prosesin ABŞ ilə birlikdə aparılmalı olduğuna tamamilə əminik. Bildiyiniz kimi, biz hər gün ABŞ ilə müzakirələr aparırıq və bu mövzuda təfərrüatlı danışıqlar aparmaqda davam edirik”, – deyə, Starmer bildirib.

Baş nazir həmçinin Rusiyaya daha çox təzyiq göstərilməsinin vacibliyini vurğulayıb və “Əgər daimi sülh olacaqsa, təhlükəsizlik tədbirləri də görülməlidir” ifadəsini işlədib.

O, Vladimir Putinin daha əvvəl Ukrayna ilə bağlanmış bir sülh razılaşmasını pozduğunu xatırladaraq, Rusiyaya qarşı yeni kollektiv təhlükəsizlik tədbirlərinin labüdlüyünü qeyd edib.

Musavat.com 

 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti