Ukraynada bütün oyunçuların gizlətdiyi mühüm detal
Ukraynada müharibənin dayandırılması ətrafında yaşanan kəskin qarşıdurmada bütün tərəflərin bir məsələ üzərindən səssiz keçdiyi diqqət çəkir: ərazi bütövlüyünün təmin edilməsi!

Rusiya ilə danışıqlar masasına əyləşən ABŞ-ın mövqeyi artıq bəllidir, Vaşinqton Ukraynanın “ərazi güzəştləri”ni qaçılmaz hesab edir. Ağ Ev davasından sonra Tramp administrasiyası yanaşmasını daha da sərtləşdirib. Bu vəziyyətə Ukrayna üçün xilaskar rolunda çıxış edən/etməyə çalışan Avropanın da hədəfi aydınlaşır: danışıqlar prosesində iştirak etmək və Ukrayna üzərindən formalaşan geosiyasi razılaşmalarda pay əldə etmək.

London sammitində çıxan qərar da bu kontekstdədir. Britaniyanın Baş naziri Starmer sammitdə razılaşdırılan 4 bəndi açıqlayıb:

1. Ukraynaya hərbi yardımı və Rusiyaya qarşı iqtisadi təzyiqi artımağa davam etmək;

2. Ukrayna istənilən sülh danışıqlarında iştirak etməli, davamlı sülh Ukraynanın suverenliyi və təhlükəsizliyini təmin etməlidir;

3. Sülh razılaşması əldə edildiyi halda gələcək işğalın qarşısını almaq üçün Ukraynanın müdafiə qabiliyyətini artırmaq;

4. Ukraynada sövdələşməni müdafiə etmək və bundan sonra sülhü təmin etmək üçün koalisiyanı inkişaf etdirmək.

Starmer də bəyan edir ki, biz (Avropa) davamlı sülhün təcili zərurəti ilə bağlı məsələdə Trampla razıyıq, bunun üçün birlikdə iştirak etməliyik.

Avropa müharibənin dayandırılması reallığını qəbul edir, çünki ABŞ olmadan davam etməyin çətinliyini anlayır. Lakin avropalıların da hədəfi son nəticədə danışıqlar prosesindən (geosiyasi razılaşmalardan) kənarda qalmamaq və maraqlarının təmin edilməsidir. Avropanın ABŞ-dan fərqi danışıqlar prosesində Ukraynanın da mövqeyinin nəzərə alınması və post-müharibə dövründə təhlükəsizliyinin təmin edilməsi yanaşmasıdır. Bu yanaşmanın qəbul edilməsi üçün yenidən Vaşinqtona üz tutmaları nəticə əldə edə biləcəklərini sual altına salır.

Lakin heç bir tərəf Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi üzərində dayanmır, hətta təhlükəsizlik təminatı tələb edən rəsmi Kiyev də. Zelenski ərazi güzəştinin olmayacağını dilə gətirsə də, ABŞ-dan istədikləri təhlükəsizlik zəmanətinin qarşılığının bu olduğunu anlayır. Ağ Evdə danışıqlar baş tutmayandan sonra Avropaya üzr tutmasının səbəbi də prosesdən maksimim az itki ilə çıxmaq və təhlükəsizlik zəmanətinə nail olmaqdır.

Bu kontekstdə Rusiyanın ələ keçirdiyi ərazilər üzərində nəzarətinin tanınacağı gözləntisi güclənir.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti