Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəcək - ŞƏRH
İran regionda təsirini artırmaq istəyir. Zəngəzur dəhlizi ilə bağlı “qırmızı cizgilərini” mütəmadi olaraq xatırlatması da bu səbəbdəndir.
Bu sözləri Ermənistanın Sankt-Peterburqdakı sabiq baş konsulu, politoloq Vardan Akopyan deyib.
“Zəngəzur dəhlizinin Türkiyə ilə İran arasında münaqişəyə səbəb ola biləcəyi istisna edilmir. İran və Rusiyanı birləşdirən budur və neo-osmanlılığa müqavimət qüvvəsi Rusiya-İran tandemidir, çünki Osmanlı İmperiyası bərpa olunarsa, ona qarşı heç bir yol qalmayacaq. Tramp da bunu başa düşür, amma bu, ona təsir etmir”, - o bildirib.
Akopyanın fikrincə, ABŞ Cənubi Qafqazı Rusiyaya verəcək, amma müəyyən razılaşmalarla:
“ABŞ Rusiyanın Cənubi Qafqazda dominant mövqeyini tanıyacaq. Əvəzində Suriya və Fələstinin problemlərini həll edəcək”.

Politoloq Aytən Qurbanova "Sherg.az"a bildirib ki, Ermənistan tərəfinin növbəti ittihamı açıq şəkildə təxribat xarakteri daşıyır:

"İran rəsmiləri bu günə qədər verdikləri bəyanatlarda "qırmızı xətt" ifadəsini Zəngəzur dəhlizi ilə bağlı mövqelərinin əsas prinsipi kimi vurğulayıblar. Lakin bu dəhlizin İranın maraqlarına və müəyyənləşdirdiyi "qırmızı cizgi"yə hansı aspektdə zidd olduğu barədə məntiqli və əsaslı izahlar təqdim etmirlər. Bu isə sadəcə İranın gizli niyyətlərinin əksi kimi qiymətləndirilə bilər. Osmançılıq məsələsinə gəldikdə, Türkiyənin regiondakı mövcudluğu sülh və sabitliyə töhfə verə biləcək əsas amillərdən biri kimi dəyərləndirilməlidir. Çünki Türkiyə Azərbaycan ittifaqının güclənməsi və Türk Dövlətləri Təşkilatının (TDT) koordinasiyalı fəaliyyəti təkcə İranı deyil, bir çox ölkələri narahat edən mühüm faktorlardandır. Onların gizli planlarını həyata keçirə bilməməsi və Cənubi Qafqazda süni münaqişə ocağı yaratmaq cəhdlərinin qarşısının alınması bu prosesin əsas istiqamətlərindən biridir".

Politoloq Tramp administrasiyasının Cənubi Qafqaz məsələsində Rusiyaya güzəştə gedəcəyini düşünmür:
"Doğrudur, son dövrlərdə Rusiya və ABŞ arasında müəyyən dərəcədə əməkdaşlıq tendensiyası müşahidə edilir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsində atəşkəsin əldə olunması ilə bağlı aparılan danışıqlar bu istiqamətdə dəyərləndirilə bilər. Lakin NATO çərçivəsində ABŞ-nin əsas strateji tərəfdaşlarından biri məhz Türkiyədir. Bu baxımdan Türkiyənin regiondakı mövcudluğu artıq Şuşa Bəyannaməsi ilə hüquqi zəminə oturdulub.
Regional təhlükəsizlik kontekstində Azərbaycanın maraqlarına zidd hər hansı addımın atıla bilməyəcəyini ABŞ, Rusiya və regionda maraqlı olan digər qüvvələr də aydın şəkildə anlayırlar".
 
 
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti