TRAMP PUTUN VƏ ZELENSKİ İLƏ TELEFONLA DANIŞIB - Hər iki liderlə söhbəti uzun olub...
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, söhbət zamanı Rusiya – Ukrayna münaqişəsinin nizamlanması, məhbusların mübadiləsi üzrə razılaşmalar, Moskva və Vaşinqton arasında ikitərəfli əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət, həmçinin İranın nüvə proqramı müzakirə edilib.

“Bir az əvvəl Prezident Putin ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı başa çatdı. Bu, çox uzun bir telefon söhbəti idi, təxminən bir saat yarım davam etdi”, – o söyləyib.

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp şəxsi görüşlərin təşkili barədə də razılığa gəliblər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin Putinlə Tramp arasında telefon danışığı barədə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, dövlət başçıları Rusiya və ABŞ vətəndaşlarının mübadiləsi ilə bağlı məsələləri müzakirə ediblər.

ABŞ Prezidenti Putini əmin edib ki, Amerika tərəfi əldə olunmuş bütün razılaşmaları yerinə yetirəcək.

"Ukraynada nizamlanma mövzusu da müzakirə olunub. Donald Tramp hərbi əməliyyatların tezliklə dayandırılması və problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Vladimir Putin isə öz növbəsində münaqişənin köklü səbəblərini aradan qaldırmağın zəruriliyini qeyd edib və Donald Trampla razılaşıb ki, uzunmüddətli nizamlanmaya sülh yolu ilə nail olmaq olar.

Rusiya Prezidenti Amerika dövlətinin başçısının əsas tezislərindən biri olan "ölkələrimizin birgə işləməsinin vaxtı çatıb" tezisini dəstəkləyib.

Söhbət zamanı Yaxın Şərq nizamlanması, İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə ikitərəfli Rusiya-Amerika münasibətləri mövzularına da toxunulub.

Rusiya Prezidenti ABŞ prezidentini Moskvaya səfərə dəvət edib və Amerika rəsmilərini Rusiyada qarşılıqlı maraq doğuran sahələr, o cümlədən Ukrayna nizamlanması ilə bağlı qəbul etməyə hazır olduğunu bildirib.

Vladimir Putin və Donald Tramp şəxsi görüşlərin təşkili də daxil olmaqla, şəxsi təmasları davam etdirilməsi barədə razılığa gəliblər", deyə Kremlin malumatında qeyd olunub.

Ukrayna Prezident Ofisi isə xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenski arasında da söhbət olub. Bu, Trampın Putinlə söhbətindən dərhal sonra baş verib.

Xüsusilə, söhbət bir saata yaxın davam edib.

“Prezidentlər arasında söhbət indicə başa çatıb”, - mənbə bildirib.

Az sonra Ukrayna Prezidenti bu barədə Telegram-da şəxsən məlumat verdi.

"Mən indicə Donald Trampla danışdım. Uzun söhbət. Sülhün əldə olunması imkanları haqqında. Komanda səviyyəsində birgə işləməyə hazır olduğumuz barədə. Texnoloji imkanlarımız, xüsusən də pilotsuz təyyarələr və digər müasir istehsallar haqqında. Prezident Trampa bizim birlikdə edə biləcəyimiz şeylərə göstərdiyi marağa görə minnətdaram", - Zelenski qeyd edib.

O, həmçinin minerallar sazişini müzakirə etmək üçün Ukraynaya gələn ABŞ-nin maliyyə naziri Skott Bessentlə söhbətini Trampla müzakirə etdiyini deyib. ABŞ Prezidenti də öz növbəsində ona Putinlə söhbətinin təfərrüatları barədə məlumat verib.

Zelenski vurğulayıb ki, Ukrayna “hamıdan çox sülh istəyir”.

"Biz Rusiyanın təcavüzünü dayandırmaq və etibarlı, davamlı sülhə zəmanət vermək üçün Amerika ilə birgə addımlarımızı müəyyən edirik. Prezident Trampın dediyi kimi, gəlin bunu həyata keçirək", - dövlət başçısı yazıb.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti