ABŞ İranla danışıqlara başlayır? (ŞƏRH)
"ABŞ üçün əsas məsələ İsrailin təhlükəsizliyidir. Bu çərçivədə razılaşmanın əsas motivi İranın nüvə silahı istehsal etməməsidir. Bunun qarşılığında İrana yönəlik embarqo, sanksiyaların mərhələli şəkildə aradan qaldırılması kimi proseslər gündəmə gələ, habelə, Tehrandan Livan, Fələstin, Suriyadakı proseslərə müdaxilə etməsinin dayandırılması tələb oluna bilər".

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy ABŞ prezidenti Donald Trampın İranla razılaşmanın əldə olunacağı barədə verdiyi optimist fikirlərini şərh edərkən deyib.

Nazim Cəfərsoy bildirib ki, Barak Obama adminstrasiyası dövründə əldə olunmuş razılığa əsasən, İran uranın zənginləşdirilməsindən vaz keçməli idi:

"Bunun qarşılığında İrana tətbiq edilən sanksiyalara münasibətdə yumşalmalar baş verməli idi. Bu istiqamətdə müəyyən proses gedirdi. Ancaq Tramp 2016-cı ildə birinci dəfə hakimyyətə gələndən sonra razılaşmanı ləğv etdi və ondan çıxdı. İranda bu fonda uranın zənginləşməsi prosesini davam etdirdi. Bayden adminstrasiyası dövründə də proses mövcud şəkildə davam etdi. Baydenin İran siyasəti daha çox müzakirələrdən yana idi. Trampın yenidən gəlişi ilə isə mənzərə dəyişib. Çünki Tramp biznesmensayağı müzakirə texnikasını ortaya qoyur. Onun bir tərəfdən əsas məqsədi İranın nüvə silahı əldə etməsinə qarşı çıxmaqdır. Bunun üçün də sanksiyalar başda olmaqla müxtəlif vasitələrdən istifadə etməyi qarşısına məqsəd olaraq qoyub".

Ekspert bildirib ki, məqsəd İranı nüvə silahı yaratmaqdan uzaqlaşdırmaq olduğundan, Tramp tərəfindən müzakirə taktikası da ortaya atılır:

"Yəni bununla demək istəyir ki, anlaşa bilsək proses irəliyə doğru gedə bilər. Anlaşma baş vermədikdə isə Tramp İrana yönəlik fərqli sanksiyaları tətbiq edəcəyini, təzyiqi artıracağını bəyan edir".

Həmsöhbətimiz bununla yanaşı bildirir ki, hələlik Trampın dediklərilə bağlı ortada hər hansı bir müzakirə yoxdur:

"Trampın bu açıqlaması ərəfəsində Xamenei də bildirib ki, müzakirələrin heç bir xeyri yoxdur və yaxşısı müzakirə etməməkdir. Yəni bu iki açıqlamalar iki məqamdan xəbər verir. Hələ ki, ortalıqda hər hansı bir müzakirə yoxdur. İkincisi, tərəflər müzakirə olacaqsa ona yönəlik öz mövqelərini gücləndirmək üçün manevr imkanlarını artırmağa çalışacaqlar".

Qeyd edək ki, "Fox News"un məlumatına görə, ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişi ilə bağlı razılığa gələcəyinə inanır: "Düşünürəm ki, İranla bağlı razılaşma əldə edəcəyik. Onlara zərər dəyməyəcək".

ABŞ prezidenti hesab edir ki, İranın hava hücumundan müdafiəsi əsasən fəaliyyətsizdir və bu onu daha həssas edir və danışıqlar masasına əyləşməyə hazırdır: "Düşünürəm ki, onlar əsəbidir, qorxurlar".
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Avropa liderləri Zelenskinin təklifinə "yox" dedilər
30 Aprel 2025 İran və Azərbaycan bütün kommunikasiyaların kəsişə biləcəyi yol ayrıcındadır - IRNA
30 Aprel 2025 İsraildən ŞOK: “Netanyahu 4 gün Bakıda qalacaq” – Səfərin ilginc DETALLARI
29 Aprel 2025 ABŞ-da siyasi fırtına: Demokratlar Trampa qarşı impiçment prosesinə start verdi
29 Aprel 2025 TBMM sədri Numan Kurtulmuş: "Yeni konstitusiyanı gecikdirmədən qəbul etmək lazımdır"
29 Aprel 2025 Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
29 Aprel 2025 Çin-Azərbaycan əlaqələrində Moskva detalı – Rusiya arxa plana keçdi
28 Aprel 2025 İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü başlayıb
28 Aprel 2025 Prezidentlərin məhdud tərkibdə görüşü oldu
28 Aprel 2025 İlham Əliyev Pezeşkianı qarşıladı
28 Aprel 2025 İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb
28 Aprel 2025 Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək
28 Aprel 2025 Çin Pakistanı həmişə dəstəkləyir - Yi
27 Aprel 2025 Kallas Ermənistan Prezidenti ilə danışıqlar apardı
27 Aprel 2025 Tramp ermənilərə “xəyanət etdi” və hayları ciddi xəyal qırıqlığına uğratdı
27 Aprel 2025 Ukrayna şərtlərini açıqladı: Krım heç vaxt Rusiya ərasizi kimi tanınmayacaq
26 Aprel 2025 Tramp Romada Zelenski ilə görüşə bilər
26 Aprel 2025 İran hökümətinin birinci hədəf aldığı "düşmən" Azərbaycan dövlətidir - ÇÜNKİ...
26 Aprel 2025 Çin Avropa İttifaqına sanksiyaları ləğv edəcək
25 Aprel 2025 İlham Əliyev Kaya Kallası qəbul edib

Dünyapress TV

Xəbər lenti