Ardını oxu...
Hollivud ulduzu Tom Kruz çəkilişləri kosmosda aparılacaq filmdə rol alacaq.

Məlumata görə, Kruz Beynəlxalq Kosmik Stansiyaya (BKS) raketlə yollanacaq.

Filmin əsas hissəsi Yer kürəsində çəkiləcək və Kruzun canlandırdığı obraz “vəziyyətdən çıxış yolu üçün” kosmosa uçacaq. Aktyor açıq kosmosa çıxan ilk mülki şəxs olacaq.

Mənbə: The New York Post
 
Ardını oxu...
Bəstəkar Ruhəngiz Qasımova vəfat edib.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi bəstəkar, Ruhəngiz Qasımovanın bu gün vəfat etdiyi bildirilir.

Bəstəkarın 82 yaşı var idi.

Ruhəngiz Qasımova 1940-cı il iyulun 12-də Bakıda anadan olub. Uzun müddət Azərbaycan Dövlət Televiziyasında və radiosunda səs rejissoru, bəstəkar kimi çalışıb.

Hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabı var. Çoxsaylı mahnıların bəstəkarıdır.

Onun “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qonşu qonşu olsa…” musiqili teletamaşaları tamaşaçıların böyük rəğbətini qazanıb və hər nəslin sevilən ekran əsərinə çevrilib.
Musiqi əsərləri arasında “Quyu” tamaşasına musiqi (1995), “Qızıl oğlan” musiqili nağıl (1999) xüsusi yer tutur.
 
Ardını oxu...
Tanımış özbək musiqiçisi Davron Qaipov vəfat edib.

Ölüm səbəbi kimi böyrək çatışmazlığı göstərilib.

Məlumdur ki, Qaipov şəkər xəstəliyindən əziyyət çəkib və on il əvvəl böyrəyi çıxarılıb.

Musiqiçinin vəziyyəti avtomobil qəzasına düşəndən sonra pisləşib. O, iki həftə reanimasiyada yatıb.

Davron Qaipov 1961-ci il oktyabrın 7-də Kommunist Partiyasının vilayət komitəsinin birinci katibinin ailəsində doğulub. 1980-ci illərə qədər Fərrux Zakirovun yaratdığı “Yalla” folk-rok qrupunun gitara ifaçısı olub. Onu Özbəkistanın ilk rokçusu da adlandırırdılar.

“Yalla”dan ayrıldıqdan sonra Qaipov “Orijinal” qrupunu yaradıb və ömrünün son illərində “Bayram Film” şirkətinin baş prodüseri vəzifəsində çalışıb.

Mənbə: gazeta.ru

Ardını oxu...
“Əslində mənə nə vaxtsa ciddi bir rol təklif olunub. Amma özüm heç vaxt bunun marağında olmamışam. Mən ciddi rol oynayıb kimə nə sübut edəcəm?! Niyə kiməsə mən güclü aktyoram, bunu da bacarıram deməliyəm? İnsan özünü niyə kiməsə sübut etməlidir? Bu təkcə bizim sənət camiyəsindədir. Avropada heç kim özünü heç kimə sübut etmir. Bir dəfə ciddi rolda çəkildim, bu məndə o qədər də uğurlu alınmadı. Rejissor Türkiyədən gəlmişdi. Ağlamalı olan səhnədə ağlaya bilmirdim. Gəlib mənə dedi ki, “sən bəlkə həyatındakı pis hadisələri yadına salasan?! Nə qədər istəyirdim ki, ağlayım, ağlaya bilmirdim”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktyor-prodüsser Elməddin Cəfərov deyib:

“Mənə elə gəlir ki, zəif aktyor yoxdur, zəif rejissor ola bilər ki, aktyoru oynada bilməz. Bundan əlavə ssenari də güclü olmalıdır. Yaxşı ssenari aktyoru tamaşaçılara təqdim edir. Bu ümumi komandanın işidir. Bir vaxtlar deyirdilər ki, mən imkanlı aktyoram. Çünki bir müddət əvvəl mənə də, Fərdaya da çoxlu film təklifləri gəlirdi. Özüm də serialda çəkilirdim, serial çəkirdim deyə vaxt ucbatından gələn dəvətlərdən imtina etdim. Bilərəkdən elə bir rəqəm deyirdim ki, bundan aşağı qiymətə çəkilmirəm” deyə o bildirib.

Elməddin Cəfərov “Tək səbir” adlı ilk iştirak etdiyi layihədən də danışıb.

“Verilişin ilk buraxılışını öncədən çəkmişdik. Dedilər ki, filan vaxt efirə gedəcək. İlk efirimizə gedib kafedə oturub baxdıq. O vaxt internet falan yox idi, televizora çox baxılırdı. Biz kafedən çıxıb evə gedə bilmirdik. 45 dəqiqənin içində bütün həyatımız dəyişdi. Hamı bizimlə çəkil çəkdirir, söhbət edir, xoş sözlərini deyirdilər” deyə sənətçi bildirib.

Aktyor heç bir sosial şəbəkədən istifadə etmədiyini bildirib.

“Sosial şəbəkələrə ehtiyac duymuram. 10 il əvvəl bir neçə sosial şəbəkədən istifadə edirdim, sonra sildim. Əlavə vaxtımı alırdı. Kitab oxumağı daha üstün tutdum. Kitab oxuduqca onlardan uzaqlaşdım” deyə o bildirib.

Ardını oxu...
“Xalqıma, dövlətimə minnətdarlığımı bildirirəm ki, mənim sənətimə ən yüksən qiyməti veriblər. Hər bir kəsin mənə öz xüsusi münasibətini, sevgisini görürəm. Bu hörməti, bu sevgini elə-belədən qazanmamışam. Hər sevginin, hər uğurun arxasında böyük əziyyət, zəhmət durur. Biz sadəcə bu əziyyətləri tamaşaçılara göstərmirik, onları üzməyə bizim ixtiyarımız yoxdur. Tamaşaçının bizim problemlərimizdən, bizim qayğılarımızdan xəbəri olmalı deyil, bu onları maraqlandırmalı deyil, çünki onlar keyfiyyətli musiqi dinləmək istəyir”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyeva deyib. O daha sonra əlavə edib.

“Dünyaya gələndən alnıma əzab-əziyyət yazılıb. Uşaqlıq illərindən oxumaq istəmişəm, icazə verməyiblər. Nə səhnəyə gəlməyə, nə də ki, İncəsənət Universitetinə qəbul olmağa. Sonra səhnəyə gəlmişəm, yenə də icazə verməyiblər. Allahıma şükürlər olsun! Ömrümün 80-90 faizi acılı, iztirablı həyat yaşamağa həsr olunub. Sənət adamı ruhlananda bir gündə 5 mahnı yazır, 3 konsert oxuya bilir” deyə sənətkar bildirib.

Xalq artisti aşıq atasını da xatırlayaraq bildirib ki, valideyninin onun sənətin böyük təsiri olub.

“Aşıq mahnıları mənim repertuarımda çoxdur. Mən uşaq yaşlarımdan bu mahnıları oxuyuram. Atam rəhmətlik dövrünün tanınmış aşığı olub. O yuxudan duran kimi sazı sinəsinə basıb oxuyardı. Aşıq musiqisini biz gözəl orkestrlə yazdıq, bütün dünyada tanındı aşıq musiqisi. Atam bilirdi ki, mən oxumaq istəyirəm, o məndə bu sərbəstliyi yaradırdı. Aşıqların deyişməsinə baxırdım, onlardan nələrsə götürürdüm. Mən böyük sənətkarların yanında böyüyüb, boya-başa çatmışam. O sənətkarların heç vaxt bir-birinə qara rəqabətləri yox idi, bir-birlərinə kömək olub, dəstək olurdular. Bu gün aşıq sənəti artıq dövlətin nəzarətindədir. Artıq bizim aşıqlarımız bu musiqini bütün dünyada təbliğ edirlər” deyə sənətkar bildirib.

Xalq artisti Nazpəri Dostəliyeva ona uğur gətirən iki mahnıdan ürək dolusu danışıb.

““Dilbərim” xalq mahnısıdır. Məndən öncə də oxunub, məndən sonra da yəqin ki, gənclərimiz ifa edir, edəcəklər də. Mən çox arzulayardım ki, onlar da musiqi sintezi ilə ifa etsinlər. “Dilbərim” və “Nə olar Allahım ayırma bizi” mahnılarında mənim ürəyimin naləsi var. Mən bu sənətə illər sonra gəldim, vaxtında gəlsəydim çox işlər görərdim. Bu günə qədər gördüyüm işlərlə mən qane olmazdım. O mahnılarda ürəyimin dərinliklərində qalan, basdırılmış fəryadım, vulkan püskürür” deyə sənətkar bildirib.
Ardını oxu...
Sonuncu yazımızda qeyd etdik ki, 1796-cı ilin payızında çariça II Yekaterinanın əmri ilə V.Zubovun başçılığındakı 30 minlik rus ordusu Dərbənddən keçib Azərbaycan torpaqlarına daxil olmuş, lakin çariçanın qəfil ölümü səbəbindən geri qayıtmışdı. Həmin zaman Tehranda olan şah Qacar bu siyasi fürsətdən yararlanmaq üçün Azərbaycanın şimal torpaqlarına ikinci dəfə yürüşə başladı.
1797-ci ildə Qacar ordusu Araz çayını keçib Şuşanı yenidən mühasirəyə aldı. Bu yürüşdə məqsəd Tiflisi birdəfəlik tutmaqla rusların Cənubi Qafqaza yolunu bağlamaq və şimal xanlıqlarının Rusiya meylli siyasətinin qarşısını alaraq, bütün Azərbaycan torpaqlarını Qacarlar dövlətinə tabe etmək idi. Beləliklə, həmin il Qacar ordusu Şuşa qalasını ələ keçirdi. Qarabağ xanı İbrahimxəlil xan (1732-1806) ailəsi ilə birlikdə Balakənə, qaynı Avar xanı IV Ümmə xanın yanına qaçmağa məcbur oldu. Lakin şah Qacar Şuşada olarkən 1797-ci ilin yayında gecə vaxtı öz yaxın adamları tərəfindən qətlə yetirildi. Şahın qəfil ölümü Gürcüstan fəthini yarımçıq qoydu. Ağa Məhəmməd şah Qacar öz vəsiyyətinə əsasən İraqın Nəcəf şəhərinə aparılıb Hz. Əlinin məqbərəsində dəfn edildi. Şahı qətl edən Sadıq xan Gürcü, Xudadad İsfahani və Abbas Mazandarani Şuşadakı Qacar xəzinəsini də yağmalayıb aradan çıxmaq istəyərkən yaxalandılar və edam edildilər.
Şah Qacarın ölümündən sonra İbrahimxəlil xan Baləkəndən qayıdıb Qarabağda öz hakimiyyətini bərpa etdi. Qacarlarla münasibəti yumşaltmaq üçün öz qızı Ağabəyimi Ağa Məhəmməd xandan sonra taxta çıxan qardaşı oğlu Fətəli şaha (1797-1834) kəniz göndərdi. Ağa Məhəmməd şahın ölümü ilə Azərbaycanın şimal xanlıqları Qacarlar dövlətinin nəzarətindən çıxdı və formal hakimiyyətlərini saxlamaq məqsədilə xanların Rusiya təbəəliyinə keçməsi prosesi sürətləndi.
Ağa Məhəmməd xan ikinci Qafqaz səfərinə çıxmazdan əvvəl paytaxt idarəsini Tehran valisi Məhəmməd xana buraxaraq özünün öləcəyi təqdirdə şəhər qapılarının Fətəli xandan başqa heç kimə açılmamasını vəsiyyət etmişdi. Övladı olmayan Ağa Məhəmməd xan qardaşı oğlu Fətəli xanı rəsmi vəliəhd olaraq Fars idarəsinə təyin etmişdi. Beləliklə, şah Qacardan sonra taxta vəsiyyətinə uyğun olaraq, qardaşı oğlu Fətəli şah çıxdı. Taxta çıxan kimi daxili üsyanları yatıran Fətəli şah oğlu Abbas Mirzə Qacarı rəsmən vəliəhd elan edib, onu Azərbaycan valiliyinə təyin etdi.
Yılmaz Karadeniz, İran Tarihi səh 280-282
Teref.az
 
Ardını oxu...
Agent Ceyms Bond barədə franşizanın dörd filmində çəkilən məşhur britaniyalı aktyor Pirs Brosnanın özü və ailəsi bir qadın tərəfindən təqibə məruz qalıb. Uzun müddət səbr etsə də, onun əl çəkmədiyini görən aktyor nəhayət məhkəməyə müraciət edib.

Brosnanın sözlərinə görə, qadın bir neçə dəfə onun evinə gəlib, onunla, həyat yoldaşı və iki oğlu ilə danışıb.

“Əvvəlcə o, Dik Van Daykı (amerikalı aktyor, prodüser və ssenarist - red.) axtardığını dedi; qolunda onun döyməsi var idi. Amma məni və ailəmi tapanda evimizin qarşısından əl çəkmədi”, - deyə artist bildirib.

Brosnanın məhkəməyə müraciətinə baxmayaraq, qadını həbs eləmək mümkün olmayıb - o, təqibi aktyorun mülkündən kənarda aparıb.

Bununla belə hakim qadına aktyor və ya onun ailəsi ilə birbaşa, yaxud dolayı yolla əlaqə saxlamağı qadağan edib. Bundan başqa məhkəmənini hökmü ilə o, Brosnanın evindən, məktəbdən və ya uşaqlarının ola biləcəyi yerdən ən azı 400 yard (365 metr) aralıda olmalıdır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mənbə: Daily Mail
 

Ardını oxu...
“Azərbaycan-Ermənistan sərhədində baş verən təxribat nəticəsində oğullarımız şəhid oldu. Vətənimiz uğrunda şəhid olan bütün oğullarımıza Allahdan rəhmət diləyirəm! Onların valideynlərinin qarşısında baş əyirəm. Biz bu gün də müharibə şəraitində yaşayırıq. Musiqiçilər, sənətçilər hər zaman çalışıblar ki, əsgərləri daha da ruhlandırsınlar, döyüş əhval-ruhiyyələrini artırsınlar. Hər bir müğənninin də borcudur ki, səngərdə, cəbhə bölgələrində əsgərlərimizə dəstək olsunlar”

Bunu açıqlamasında xalq artisti Simarə İmanova deyib. O daha sonra əlavə edib.

“Gənc yaşlarımda sənətə gələndə tanınmağı, şan-şöhrəti düşünmürdüm. O vaxt ümumiyyətlə sənət adamlarında belə bir fikir yox idi. Ancaq fikrimiz, amalımız sənəti öyrənmək, öz üzərimizdə işləmək idi. Amma indi sənətə gələn kimi hamı tanınmaq, pul qazanmaq istəyir. Artıq sənət 2-ci, 3-cü planda qalır. Tələbələrimə də deyirəm ki, çalışın sənət öyrənin, siz artıq tanınanda vaxtınız olmayacaq, sonra heyfslənəcəksiniz ki, günləriniz boş-boşuna gedib” deyə sənətkar bildirib.

Xalq artisti efirlərdən də danışıb.

“Televiziyalar, aparıcılar bizim milli musiqimizə, muğamlarımıza elə dəyər verməlidirlər ki, bu bizdən sonra gələn nəsillərə də nümunə olmalıdır. Efir xatirinə efirə çıxmaq lazım deyil. Mən qalmaqalla gündəm olub sənətə gəlməmişəm. Mən Allaha şükür, sənətim var, dövlətim mənə dəyər verir, fəxri ad verib. Eyni simalar, eyni adamlar efiri zəbt ediblər. O qədər dəyərli sənətkarlarımız var ki, yaxşı olardı ki, onlar da efirlərdə görünsün. Bunu mən yox, tamaşaçılar deyir. Elə verilişlər var ki, mən heç onlara getmək istəmirəm” deyə sənətkar bildirib.

Simarə İmanova plastik əməliyyatlardan da danışıb.

“Xanım hər zaman baxımlı, gözəl olmalıdır. Mənə elə gəlir ki, xanımlar yaşa dolduqca onların üzünə nur gəlir. Həqiqətən də bizim xanımlar baxımlıdırlar. Eşidirəm ki, filankəs plastik əməliyyat keçirib. Mən belə şeylərdən qorxuram. Allahın verdiyi simanı dəyişdirmək düzgün olmaz” deyə xanəndə bildirib.
Ardını oxu...
Türkçülüyün yaranması və bütün Türkləri əhatə edən böyük bir ideoloji-siyasi cərəyana çevrilməsində çar Rusiyasında yaşayan bütün milli Türk ziyalılarının əməyi vardır. “Dildə birlik, fikirdə birlik, işdə birlik” ideyasının müəllifi, “Tərcüman” qəzetinin sahibi məşhur Qaspıralı İsmayıl Bəylə başlayan bu ideoloji-siyasi cərəyan genişlənərək Azərbaycan, Qazan və Türküstanı da əhatə etməyə başlamışdı. Rus şovinizmi və millətçiliyinə qarşı yaranan “Türkçülük” cərəyanının yaradıcıları onu ideoloji-siyasi dokfirina kimi qəbul etmişdilər ki, bu işdə böyük Türkçü kimi tarixə öz möhürünü vuran Yusuf Akçuraoğlunun (1879-1935) müstəsna xidmətləri olmuşdur.
“Türkçülük” ideyasının Türk dünyasında yayılmasında əvəzsiz fəaliyyət göstərən, keşməkeşli, lakin başarılı bir həyat yaşayan, siyasi-ideoloji çalışmaları, tədqiqatçılığı, xüsusilə siyasət və tarixi mövzulardakı əsərləri ilə Türk mədəni-siyasi həyatında xüsusi yer tutan Yusuf Akçura 1879-cu ildə Simbirskdə anadan olmuşdur. İlk yaşından atasını itirən Yusuf Akçuraoğlu kiçik yaşlarından anası ilə birgə Simbirskdən İstanbula gələrək ilk və orta təhsilini orada tamamladıqdan sonra 1897-ci ildə 18 yaşında ikən İstanbul hərbi Məktəbinə daxil olmuşdu. Hərbi Məktəbdə oxuyarkən tətil vaxtlarını anadan olduğu Simbirskdə və Qazanda qohum-əqrəbasının yanında keşirən Yusuf Akçura Şimal Türklərinin həyatını və düşüncə tərzini yaxından izləməklə gələcək elmi, ideoloji, siyasi və fəlsəfi əsərləri üçün material toplamış, Kırımda yaşayan bacısı əri məşhur İsmayıl Bəy Qaspıralı ilə görüşərək onun ideyalarını mənimsəmiş, bir çox qərb dillərini qədim və yeni Türk dilini bilən, Uyğurca oxuyub yazmağı bacaran tədqiqatçı və zəngin kitabxanaya malik olan əmisi İbrahim Bəy Akçuraoğlundan Türk aləmi və Türkologiyaya dair söhbətlər dinləmiş, həmçinin şimalda milli fikrin yaradıcılarından olan Qəyyum Nasiri və Sihabəddin ilə yaxından tanış olmuşdu. Bütün bunlar həmçinin Vələd Çələbi, Nəcib Asim kimi Türkçülərin əsərlərini oxuması Yusif Bəyin gənc yaşlarından bir Türkçü kimi yetişməyində mühüm rol oynamışdı.
Yusuf Akçura hərbi məktəbin ikinci kursunda oxuyarkən Gənc Türklərə qoşulmuş və bu səbəbdən də Sultan II Əbdülhəmid tərəfindən ömürlük həbsə məhkum edilmişdi. Fəqət fürsət tapıb yaxın dostu Əməd Fərid Bəylə birlikdə həbsdən qaçaraq Fransaya getməyə müvəffəq olmuşdu. Parisdə Türk milliyyətçilərindən olan Doktor Şərafəddin Mağmumi ilə yaxından tanış olan Yusuf Akçura ondan “Osmançılıq” siyasətinin çürüklüyünü, Türk milliyətçiliyindən başqa heç bir sağlam fikrin olmamasını, qərblilərin Türk düşmənçiliyini öyrənmiş, Əhməd Fərid Bəylə birgə vaxt itirmədən Sərbəst Siyasi Elmlər Məktəbinə daxil olmuşdu. Bu məktəbdə Albert Sorvelin, Funk Brentanon, Boutumyon, Anatol Leroy-Beanlien, Renovier, Levi Bryul kimi dövrün ciddi millətçi alimlərindən dərs alan Yusuf Akçura özünə qədərki maarifçi Türkçülüyü siyasi-ideoloji Türkçülük səviyyəsinə qaldırmışdı.
Parisdə təhsilini bitirib diplom aldıqdan sonra Türkiyəyə qayıtmağı mümkün olmadığından Yusuf Akçura öz vətəninə dönməyə məcbur olur. O, ailəsinin əsil yurdu olan Ziyəbaşı kəndinə gələrək əmisi İbrahim Bəyin yanında yaşayır. İlk məqaləsini hələ 1897-ci ildə hərbi Məktəbdə oxuyarkən Şimal Türklərinin ən məşhur alimlərindən, Şimalda milli oyanış hərəkatının və dini yenilik cərəyanının ilk cığırdaşlarından olan Şihabəddin Mərcaninin həyat və fəaliyyətinə həsr edərək İstanbulda “Mətbuat” dərgisində çap etdirən Yusuf Akçura məşhur əsəri olan “Üç tərzi-siyasət” əsərini doğma yurdu Ziyəbaşı kəndində yazaraq Qahirədə Əli Kamal Bəyin redaktorluğu ilə nəşr olunan “Türk” qəzetində çap etdirir. Əsər çap olunan kimi böyük əks-səda doğurmuş, həm tam müdafiə olunmuş və həm də kəskin tənqidlərə məruz qalmışdı. Əsər təkcə şərq tədqiqatçılarının deyil, Avropa tədqiqatçılarının da nəzər-diqqətini cəlb etmiş, Yusuf Akçura Türkçülük hərəkatının öndərlərindən, qurucularından və yayıcılarından biri kimi qiymətləndirilmiş, “İslam birliyi” fikrinin yaradıcısı və yayıcısı Şeyx Cəmaləddin Əfqani ilə müqayisə edilmişdi (Seçmələr bizimdir – A.M. Bax: Rafail Əhmədli, Azərbaycan milli-demokratik Dövlətçilik məfkurəsi-Türkçülük, Müasirlik, İslamçılıq, Bakı, Elm, 2007, səh.155).
Bu əsəri ilə Yusuf Akçura ilk dəfə olaraq açıq bir şəkildə “Osmanlıçılıq, İslamçılıq və Türkçülüyü” şərh edərək Türkçülüyü siyasi cəhətdən bütün açıqlığı ilə gündəmə gətirmişdi. Bu yazısında Yusuf Akçura bütün həqiqətləri araşdıraraq belə bir nəticəyə gəlmişdi ki, “Osmanlıçıların “Osmanlı Milləti” adı altında Osmanlı İmperatorluğunu qoruyub saxlamaq niyyəti boş bir yorğunluqdur”. “İslam Birliyi” məsələsinə müəyyən qədər ehtiyatla yanaşmasına baxmayaraq Yusuf Akçura əsərinin bir çox yerində elə faktlar gətirmişdi ki, bu faktlar onun “İslam Birliyi” məsələsinə də inanmadığını göstərir. Belə ki, müəllif İslamla bağlı geniş şərh verdikdən sonra yazırdı ki, “Bu siyasətin tətbiqi Osmanlı təbəələr arasında dini nifaq və düşmənçiliyin artması... və həmçinin Osmanlı dövlətinin gücünün azalması ilə nəticələnəcək. Bundan başqa, ümumiyyətlə Türklərin arasına müsəlman və qeyri – müsəlman fərqi düşərək, irqdən gələn qardaşlıq dini ixtilaflarla pozulacaq...” “İslam Birliyi” siyasətinin tətbiqində xarici maneələr də çox güclüdür. Həqiqətən, bir tərəfdən İslam dövlətlərinin çoxu xristian dövlətlərinin nüfuzu altındadır. Digər tərəfdən də bir-iki xristian dövləti istisna olmaqla bütün xristian dövlətləri müsəlman təbəəyə malikdir... Ona görə də zamanımızda ən qüvvətli “İslam Birliyi” siyasətini tətbiqə başlamasına xristian dövlətləri müvəffəqiyyətlə qarşı çıxarlar” (Seçmələr bizimdir – A.M. Bax Akçura Yusuf, Üç terzi-siyasət, 2-ci baskı, Ankara 1987, səh.32-33).
Yusuf Akçura “Osmanlı Milləti” və “İslam Birliyi” ideyasından daha çox “Türk Birliyi” ideyasına inanmış və Türk birliyi məsələsini Türk dünyasında ilk dəfə olaraq siyasi, elmi, fəlsəfi və ideoloji cəhətdən şərh edərək özünə qədərki bütün maarifçi Türklərin fikir və mülahizələrini ümumiləşdirərək “Üç tərzi-siyasət” əsərində göstərmişdir ki: “Zamanımız tarixində görülən ümumi cərəyan irqlərdədir. Dinlər, din olmaq baxımından getdikcə siyasi əhəmiyyətlərini, güclərini itirirlər. İctimai olmaqdan daha çox fərdiləşirlər. Cəmiyyətlərdə vicdan azadlığı din birliyinin yerini alır... Dinlər irqlərlə birləşərək irqlərə yardımcı və hətta xidmətedici olaraq siyasi və ictimai əhəmiyyətlərini mühafizə edə bilirlər... Bu gün Xristian dövlətlərindən yalnız birinin-Rusiyanın müsəlman Türk təbəəsi vardır. Bu cəhətdən öz mənfəətləri xatirinə Türklərin birləşməməsinə çalışacaq yalnız bu dövlətdir. (Rusiya nəzərdə tutulur-A.M.) Başqa Xristian dövlətlərə gəlincə, ehtimal ki, bəziləri Rusiyanın mənafeyinə zərərli olduğu üçün bu siyasəti (Türk Birliyi nəzərdə tutulur-A.M.) müdafiə edə bilərlər” (Seçmələr bizimdir –A.M.; Bax: Yusuf Akçura, Üç tərzi-siyasət, səh.33-35)
Əsil böyük faydanın dilləri, irqləri, adət-ənənələri və hətta əksəriyyətinin dinləri belə bir olan, Asiya qitəsinin böyük bir hissəsi ilə Avropanın Şərqinə yayılmış olan Türklərin birləşməsinə, digər böyük millətlər arasında öz varlığını qoruyub saxlaya biləcək böyük bir siyasi güc təşkil etmələrinə, gələcəkdə “bəyazlar və sarılar aləmi arasında bir Türk dünyası yaranacağına” inanan Yusuf Akçura göstərirdi ki, “Türklük fikirləri... Türkləri birləşdirmək düşüncəsi hələ yeni doğulmuş bir cocuqdur... Türkləri birləşdirmək siyasətinin tətbiqindəki daxili çətinliklər... daha çoxdur... Xülasə, sağlam bir birliyi meydana gətirə biləcək amillər və hazırlıqlarda hələlik heç biri Türklükdə yoxdur. Bu gün (söhbət 1903-cü ildən gedir – A.M.) Türklərin əksəriyyəti keçmişlərini unutmuş bir vəziyyətdədir. Lakin bu da unudulmamalıdır ki, dövrümüzdə birləşməsi mümkün olan Türklərin böyük bir hissəsi müsəlmandır. Buna görə də İslam dini böyük Türk milliyyətinin təşəkkülündə mühüm bir ünsür ola bilər... İslam Türklüyün birləşməsində bir xidməti yerinə yetirmək üçün son zamanlarda xristianlıqda da olduğu kimi, öz içində millətlərin mövcudluğunu qəbul edəcək şəkildə dəyişməlidir. Bu dəyişmə əslində məcburidir də. Çünki bugünkü tarixdə görülən ümumi cərəyan irqlərdədir”(Seçmələr bizimdir-A.M. Bax: Akçura Yusuf, Üç tərzi-siyasət, səh.34)
Bütün bunlar onu göstərir ki, Yusuf Akçura Osmanlı birliyinin şiddətlə sarsıldığını, Osmanlı İmperatorluğunda yaşayan millətlərin milli məqsədlərinə çatmasının qarşısının alınmasının mümkün olmadığını 1903-cü ildə, yəni Albaniya, Makedoniya və Qərbi Trakiyanın İmperiyadan ayrılmasından 9 il, Osmanlı İmperatogluğunun tamamilə dağılmasından isə 15 il əvvəl görmüş, ona görə də belə bir fikir irəli sürmüşdü ki, “Osmanlı İmperatorluğu öz varlığını qoruyub saxlaya bilməsi üçün bir Federativ Dövlət şəklinə düşməlidir” (Akçura Yusuf, Türkçülüyün tarixi, İstanbul, 1990, səh 129)
Bütün mənalı həyatını Türklərin yüksəlişinə həsr edən böyük Türk mücahidi Yusuf Akçura Rus-Yapon müharibəsi, 1905-ci il rus inqilabı, Rusiyada Məsrutiyyətin elanından və s. istifadə edərək siyasi sahədə Şimal Türklərinin təşkilatlanmasında, Türk millətçiliyinin yayılmasında, “Rusiya Müsəlmanları İttifaqı” adlı siyasi təşkilatın yaradılmasında əvəzsiz xidmətləri olmuşdur. Bütün bunların nəticəsi idi ki, o, Rusiya İmperatorluğu tərkibində əzilən Türklərin, o cümlədən də o dövr Azərbaycan Türklərinin içərisndə sayılan və sevilən şəxsiyyətlərdən biri olmuşdur. Onun və İsmayl Bəy Qaspıralının, Əlimərdan Bəy Topçubaşovun, Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Məmmədəmin Rəsulzadənin və s. sayəsində çar Rusiyası tərkibindəki Türklər arasında “Milli Birlik” şüuru ön plana keçmişdi.
Çar Rusiyasında Stolipinin irticası illərində Yusuf Akçura özünün məşhur “3 haziran Vakayi-Müəssifəsi” (3 iyun vaqiəsi-A.M.) adlı oçerkini yazıb çap etdirmişdi. Bu oçerkdə Yusuf Akçura qorxmadan, çəkinmədən yazmışdı ki: “Dünya mədəniyyət tarixinə ən çox təsir göstərən fikir milliyyət fikiridir. Milliyət fikrinə - bu əzəmətli gücə heç bir şey qalib gələ bilməz. Yüz minlərlə nizami ordular milliyyətçilik qarşısında yenildi. Bu gün milliyyət fikirlərini yenə biləcək qüvvət, şiddət, zülm, top, tüfəng deyildir, bəlkə milliyyət fikrinin ata və anası olan hürriyyət və bərabərlik fikirləri onu yenə bilər... İctimai və siyasi inqilabların ən güclü səbəbi sosial siniflər və ən başlıcası hakim-məhkum millətlər arasındakı həqiqi bərabərsizliklərdir. Müsəlman, ya da əsas etibarilə rus olmayan xalqlar ruslarla olan əlaqələrində nə qədər güc göstərə bilərlərsə, o qədər hüquqa sahib ola bilərlər. Müsəlmanlar əvvəldən bəri alışdıqları boyun əymək, yalvarmaq və üzə gülmə siyasəti ilə zərbələrdən qorunacaqlarını düşünürlərsə, çox yanılırlar” (Yusuf Akçura 3 haziran Vakayi-Müəssifəsi, Orenburq 1907, Bax: (Akçura Yusuf, Türkçülüyün tarixi, səh.139).
Yusuf Akçuranın bu oçerki o dövrdə mətbuat qanununa zidd elan edilərək müəllifi Rusiyada bütün Türk və müsəlman hərəkatının amansız düşməni olan şərqşünas alim və senzor Smirnov tərəfindən məhkəməyə verilmiş, barəsində axtarış elan edilmiş və sorğu hakimi tərəfindən ona “Çağrışnamə” göndərilmişdi. Axtarış dövründə Yusuf Akçura Baxçasarayda bacısının həyat yoldaşı məşhur İsmayıl Bəy Qaspıralının nəşr etdiyi “Tərcüman” qəzetində çalışırdı. “Çağırışnamə” ona çatmamış Osmanlı səltənətində II Məşrutiyyət elan edildiyindən Yusuf Akçura yenidən 1908-ci ilin oktyabr ayında İstanbula qayıdır.
Yusuf Akçuranın 1905-1908-ci il fəaliyyətini qiymətləndirən tədqiqatçılar göstərirlər ki: “Rusiyadakı 1905-ci il və Türkiyədəki 1908-ci il inqilablarından yararlanan Yusuf Akçuraoğlu Türk millətçiliyi fikirlərini hər vasitə ilə yaymağa başladı və bu yolda mümkün olan siyasi təşkilatların qurulmasına çalışdı. Bu məqsədlə o, Qazanda “Məhəmmədiyə Mədrəsəsi”ndə tarix, coğrafiya və Osmanlı Türk ədəbiyyatı müəllimi kimi Tatar gənclərinə milliyyətçiliyi, müasirliyi təbliğ etməklə yanaşı, “Qazan müxbiri” adlı bir qəzet də çıxararaq ilk dəfə bütün Şimal Türklərini milli bir siyasi təşkilatda birləşdirmək məqsədilə İsmayıl Bəy Qaspıralı, Əlimərdan Bəy Topçubaşov və Əbdürrəşid Kadı İbrahimovla bərabər çalışaraq “Rusiya Müsəlmanları İttifaqı” adlı partiya yaratdı və Firqənin İdarə heyətinə üzv olmaqla ümumi katibliyinə seçildi” (Bax: Rafail Əhmədli, göstərilən əsəri, səh, 215)
“Rusiya Müsəlmanları İttifaqı” adlı partiyanın Proqramını Əlimərdan Bəy Topçubaşov hazırlamış və partiyanın Nijni Novqorodda keçirilən III Qurultayında qəbul edilmişdi. Bu siyasi təşkilatın əsas məqsədi çar Rusiyasında yaşayan bütün xalqların, xüsusilə Şimal, Türküstan və Azərbaycan Türklərinin hüquq bərabərliyinin, milli mədəniyyətinin inkişafının qanunla təsdiq edilməsi idi. Bu siyasi təşkilat Dumaya seçkilərdə ciddi fəaliyyət göstərmiş və çar Rusiyasındakı Türklərin lazımi miqdarda millət vəkili seçilməsinə nail olmuşdu. Bu dövrdə Yusuf Akçura həm də “Vakit” və “Tərcüman” qəzetlərində davamlı olaraq Türk milliyyəti qayəsinə uyğun olan siyasi-ideoloji və mədəni yazılar da dərc etdirmişdi.
1908-ci ildən Yusuf Akçuranın fəaliyyətinin ikinci dövrü olan Türkiyə dövrü başlayır.
“Böyük ideologiyalar kiçik əməlləri, mənfəətləri, şəxsiyyətləri unutdurur” (Ömər Seyfəddin, Türkçülük ülküsü, İstanbul 1990, səh.48) düşüncəsiylə yola çıxan, az bir zamanda böyük uğurlar əldə edərək dünya Türklərinin qəlbində özünə şərəfli bir yer qazandıran Yusuf Akçura “Türkçülük” ideologiyasının yaradıcılarından biri və mən deyərdim ki, birincilərindən olmuşdur.
Yusuf Akçura ilk olaraq bir millətçi kimi özündən əvvəlki ideoloji, siyasi, fəlsəfi və ədəbi cərəyanların Millət, dil, din, əxlaq, adət-ənənə, Vətən və s. kimi anlayışlara öz münasibətini bildirərək şəxsi nəzəri siyasi və ideoloji fikirlərini irəli sürmüş, 1908-ci ildən 1914-cü ilə qədər İstanbulda fəaliyyət göstərən bütün milliyyətçi təşkilatlarda və orada çap olunan əksər qəzet və dərgilərdə yaxından iştirak etmiş, “Türk Dərnəyi” adlı təşkilat yaratmış, eyni adda bir jurnal nəşr etdirmiş, “Türk Yurdu” Cəmiyyətinin təşkilatlanmasında yaxından iştirak etmiş və Cəmiyyətin orqanı olan, dövrün bütün Türk mütərəqqi ziyalılarını ətrafında toplayan “Türk Yurdu” jurnalının təsisçisi və ən aparıcı simalarından biri olmuşdur. Sonradan “Türk Dərnəyi” “Türk Ocağı”na birləşmişdi.
“Türk Ocağı” və onun orqanı olan “Türk Yurdu” dərgisi böyük bir milliyətçi ziyalı ordusunu öz ətrafında birləşdirərək dünyadakı bütün Türklərlə bağlı məsələləri şərh etməyi özünə hədəf seçmiş, Türklərin qədim əsərlərini, xalq ədəbiyyatı nümunələrini, etnoqrafiyasını, qədim və müasir coğrafiyasını araşdırmış, müasir ədəbi, mədəni və siyasi-ideoloji görüşlərinə səhifələrində geniş yer ayırmış, bir sözlə, “Türkçülük” məfkurəsinin yayılmasını öz öhdəsinə götürmüşdü. “Türk Ocaqları” ilə “Türk Yurdu”nun birgə səyi nəticəsində “Türkçülük” artıq bir ideologiya səviyyəsinə yüksəlmişdi.
Yusuf Akçura və digər milliyətçilərin sayəsində artıq Türk dünyasında hər bir ziyalı milliyyətçi olmuş, “Türkçülük” ən öyülən, şərəfli bir iş sayılmış, hətta II Əbdülhəmidi devirərək yenicə hakimiyyətə gəlmiş “İffihad və Tərəqqi” Cəmiyyətinin aparıcı şəxsiyyətləri olan vitsegeneralissimus Ənvər Paşanın, dövlətin Xarici İşlər Naziri Tələt Paşanın, Dəniz qüvvələri Naziri Camal Paşanın, Xəlil Paşanın və digərlərinin “Osmanlıçılıq”dan imtina edərək bu ideologiyaya dəstək vermələri, onu Türkiyə hökumətinin rəsmi ideologiyasına çevirmələri Türkçülüyün daha da güclənməsi və tərəfdarlarının çoxalmasına yol açmışdı. Beləliklə Yusuf Akçura və digər Türkçülərin səyi nəticəsində maarifçi və ideoloji Türkçülüklə siyasi və hərbi Türkçülük birləşərək “Turançılıq” məfkurəsini ön plana çıxarmışdı. Bu ideologiyanın xarici siyasətdə də tətbiqinə başlanması, məktəb və mədrəsələrdə və hətta hərbi məktəblərdə tədrisi “Türkçülük” cərəyanına bütün Türk dünyasında böyük maraq yaratmışdı. Başda Yusuf Akçura, Əlibəy Hüseynzadə, Əhməd bəy Ağayev, Ziya Göyalp olmaqla Türkçülüyün elmi əsaslarını işləyib hazırladılar ki, sondan Ziya Göyalp bütün bunları bir “Proqram” şəklinə salaraq “Türkçülüyün əsasları” adı altında nəşr etdirmişdi.
Digər Türkçülər kimi Yusuf Akçuraya görə də “Türk dili, Türk tarixi, Türk ədəbiyyatı, Türk mədəniyyəti yalnız bir türk xalqının, məsələn, Osmanlının malı deyil. Bütün Türklük birdir, bir Millətdir və bütün bu mədəniyyət Ümumtürk mədəniyyətidir”. (Seçmələr bizimdir-A.M. Bax: Akçura Yusuf, Türkçülük, İst., 1990, səh.28).
“Türk Yurdu” dərgisi 1931-ci ildə qapadılsa da, “Türk ocaqları” tərəfindən fasilələrlə də olsa yayımlanmasına və yaşadılmasına çalışılmışdır. Bu dərgi Türklük şüurunu oyandırma vəzifəsini əsasən onun yaradıcısı Yusuf Akçuranın redaktorluğu dönəmlərdə yerinə yetirmişdi.
Yusuf Akçura özünün məşhur “Osmanlı dövlətinin dağılma dövrü” adlı əsərində İmperatorluğun çöküşünün səbəblərini xülasə edərək göstərmişdi ki: “Qərbdən fərqli olaraq Osmanlıların dənizlərdən istifadə edərək müstəmləkəçilik siyasəti yeritməməsi, o ölkələrin sərvətlərini mənimsəməməsi; Digər Qərb dövlətlərindən fərqli olaraq Osmanlıların müxtəlif dinlərə, məzhəblərə inanan, müxtəlif dillərdə danışan təbəələrini maddi və mənəvi təsislərlə uzlaşdıraraq birləşdirməyə çalışmaması; İmperatorluğun çox geniş bir ərazini əhatə etməsi və xristian dünyası ilə davamlı müharibələrdə olması; Osmanlıların dənizlərdə Fransızlara, Felemenklilərə, Venedeklilərə, İngilislərə imtiyazlar verməsi; Osmanlı dövlətinin zəiflənməsindən istifadə edən xristian Avropanın və Rusiyanın Osmanlı təbəəsi olan xristianları himayəyə qalxması və onları Osmanlı dövlətinə qarşı seperatçılığa və itaətsizliyə təşviq etmələri; Xristian əsillilərin Osmanlı dövlətində yüksək mövqe tutaraq dövlətin xarici siyasətində və maliyyə işlərində xəyanətkar mövqe tutmaları; hökumətlə əhali arasında ahəngin zəifləməsi; Elmin Qərbdən geri qalması; Kapitalist istehsal üsuluna keçilə bilməməsi və beləliklə də sənaye, texnika və hərbi cəhətdən Qərbdən geri qalması və s. (Seçmələr bizimdir – A.M. Bax: Yusif Akçura, Osmanlı dövlətinin dağılma devri, İstanbul 1940, səh.6-9).
Çar Rusiyasında Yusuf Akçuranın Türk ruhunun inkişafında müstəsna xidmətləri olmuşdur. Yusuf Akçuranın gərgin fəaliyyəti nəticəsində Türklük ruhu Namiq Kamalın fikir aləmi ilə birləşərək Türkiyə Türklüyünə də öz təsirini göstərmişdi (Bax: Prof. Dr. Laszlo Rsonyi, Tarihte Türklük, Ankara 1971, səh.237, 258, 276).
İstanbulda yaşayan, əslən çar Rusiyasının tərkibində olan Türk yurdlarından bir çox ziyalılarla da bir araya gələrək “Rusiya Müsəlmanları Türk-Tatar Millətləri Müdafiə hüquq Cəmiyyəti”ni yaradan Yusuf Akçura Əlibəy Hüseynzadə, Qafqaz üləmalarından olan Məhəmməd Əsəd Çələbizadə və Mükməddin Beycan ilə birgə 1915-ci ilin sonlarında Rusiya Müsəlmanlarının hüquqlarını müdafiə məqsədilə Mərkəzi Avropa dövlətlərinin hökumət nümayəndələrinə vəziyyəti anlatmaq üçün İstanbuldan Avropaya hərəkət etmişdilər.
“Turan heyəti” öncə Budapeştə, oradan Vyanaya, Berlinə və İsveçrəyə gedərək Yusuf Akçura və Əlibəy Hüseynzadə tərəfindən “Komitə” adına hazırlanan “Rusiya Müsəlmanlarının Tələbləri” adlı memorondium mahiyyətli bir risaləni Alman dilində çap etdirərək Avropa dövlət adamları və məşhur şəxsiyyətlərinə, həmçinin Rus sosialist liderlərinə təqdim etmişdilər. Bu “Tələbnamə”də Rusiyadakı Türklər altı bölgədə göstərilmiş və onların hər birinə milli müstəqillik verilməsi istənmişdi. Komitə üzvləri Budapeştdə Macarıstan Baş Naziri Kont Tissa, Vyanada Avstrya Baş Naziri və Xarici İşlər Naziri tərəfindən səmimi qəbul edilmiş, onlarla bu “Tələblər”lə bağlı danışıqlar aparılmışdı. Ondan sonra Berlinə gələn nümayəndə heyəti orada Alman dövlət yetkililəri ilə görüşlər keçirmiş, memorandumu əlaqəli şəxslərə təqdim etmişdilər. Təbiidir ki, Alman hökumətinin rəyi xüsusi əhəmiyyətə malik idi. Çünki Rusiyada yaşayan Türklərin mədəni və siyasi haqlarının əldə edilməsi yalnız Almaniya hökumətinin razılığı ilə mümkün ola bilərdi. Vyanadan sonra Berlinə daha sonra isə tərəfsiz ölkə olan İsveçrəyə gələn heyət üzvləri burada da hökumət üzvləri və həmçinin Leninlə Zürihdə görüşmüş, öz istəklərini də onlara çatdırmışdılar. İsveçrədə olarkən Leninlə bir neçə dəfə görüşən Əziz Bəy yazır ki: “Yusuf Akçura Bəylə bərabər 1916-cı ilin iyun ayında Lozanda keçirilən məhkum millətlərin Qurultayında iştirak edirdik. Orada bəzi rus sosialistləri ilə də görüşdük. Bunlardan Zifeld adlı bir gənc bizi Leninlə görüşdürməyə vasitəçi oldu” (İqtibas Dr. Akdes Nimet Kuratın “Türkiye ve Rusya” adlı əsərindən götürülmüşdür. Bax: göstərilən əsər, Ankara 1990, səh.329).
Tərəfsiz bir ölkə olan İsveçrədə heyət üzvləri “Rusiyadakı Xalqlar Konqresi” adı ilə bir toplantı təşkil edərək Rusiya müsəlmanlarının və azlıqda qalan xalqların mədəni, dini bərabərsizliklərinin aradan qaldırılmasını, seçki sistemində dəyişikliklər edilməsini İsveçrə hökumətindən xahiş etmişdilər. İsveçrədən İngiltərə, Fransa və digər ölkələrin hökumətlərinə teleqramlar göndərərək onlardan da Rusiya Müsəlmanlarının haqlarının tanınmasını xahiş etmişdilər. Həmçinin Yusuf Akçura, Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun imzası ilə 18 may 1916-cı ildə ABŞ Prezidenti Vilsona eyni məzmunda bir teleqram göndərilmişdi. Onların bu fəaliyyətinin müəyyən qədər də olsa təsiri olmuş, ilk dəfə olaraq Rusiya Müsəlmanlarının səsləri onların vasitəsilə xarici aləmə duyurulmuşdu.
I Dünya müharibəsi dövründə “Petroqradda keçirilən Qarışıq Komissiyada Türk heyətinin tərkibində Türk əsirlərinin işləri ilə məşğul olmaq üçün “Hilali-Əhmər” (Qızıl Ay) təşkilatının xətti ilə Kopenhagenə göndərilən Yusuf Akçura da Türkiyə Xarici İşlər Naziri Tələt Paşanın Berlindən verdiyi əmrə əsasən iştirak etmişdi”. (Bax: Dr. Akdes Nimet Kurat, göstərilən əsəri, səh.396).
Yusuf Akçura həmçinin Ruslara əsir düşmüş Türk əsirlərinin vətənə dönmələri üçün “Hilali-Əhmər” xətti ilə Moskvaya gəlmiş, burada Türkiyə səfiri Qalib Kəmali Bəyə Rusiya və bolşeviklər haqqında müfəssəl məlumatlar vermiş, Moskvadakı əsirlərə yardım Komitəsi ilə görüşdükdən sonra Türk əsirlərinin daha çox bulunduğu Kostroma şəhərinə getmiş və Moskvada Ayaz İshaki Bəy tərəfindən nəşr edilən “El” qəzetində Türk əsirlərinə xitabən bir “Açıq Məktub” dərc etdirmişdi. Bu açıq məktubunda Yusuf Akçura bütün Rusiyadakı əsir Türk zabit və əsgərlərinə müraciət edərək onlardan yaşadıqları yerlər və sayları haqqında məlumat vermələrini, həmçinin yerli xalqlardan onlara hər cür yardım göstərməyi xahiş etmişdi. Yusuf Akçuranın sayəsində yerli Türklər Rusiyadakı Türk əsirlərinə hər cür yardım göstərmiş, bu məqsədlə Rusiyanın 13 şəhərində “Əsirlərə yardım şöbələri” yaradılmış, bir neçə yüz Türk əsirləri Finlandiya və İsveç yolu ilə vətəninə qayıda bilmişdilər.
Yusuf Akçuranın Moskvaya gəlişi Türkiyə səfirliyi ilə Rusiya Müsəlmanları arasında təmaslar yaratmaqda mühüm rol oynamışdı. Belə ki, bolşevik hökumətinin qəbul etdiyi “Vərəsəlik qanunu” bütünlüklə Rusiyadakı Türklərin mal-mülkdən məhrum olmasını ehtiva etdiyindən Yusuf Akçuranın təşəbbüsü ilə Ufadakı İdil-Ural Türklərinin “Milli İdarəsi”nin başçısı Sədri Məqsudi Bəy, Mufti Əlimcan Barudi və İdarənin üzvlərindən Qurbanqaliyev Sovet hökumətinə bir “Memorandum” hazırlayıb təqdim etmiş, onun həyata keçməsi üçün Türkiyə səfiri Qalib Kəmali Bəydən Rusiya Müsəlmanlarının haqlarının qorunmasında yardım istəmiş və bu yardım göstərilmişdi.
I Dünya müharibəsində məğlub olan və əraziləri Antanta dövlətləri tərəfindən işğal olunan Osmanlı İmperatorluğunun tarix səhnəsindən silinməsindən sonra Qazi Mustafa Kamal Paşanın başlatdığı “İstiqlal Savaşı”nın iştirakçısı olan Yusuf Akçura hətta “45 yaşında olmasına baxmayaraq bir dəliqanlı kimi “Sakarya Meydan Savaşı”nda bir əsgər kimi düşmənlərə qarşı savaşmışdı. İstiqlal mücadiləsi və sonrakı dövrlərdə də Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilən Yusuf Akçura 1931-ci ildə “Türk Yurdu” dərgisinin bağlanmasına baxmayaraq (Dərgi 1931-ci ildə bağlansa da “Türk Ocaqları” tərəfindən fasilələrlə də olsa yayımlanmış və yaşadılmışdır-A.M.) Türk Tarixi Tədqiq Cəmiyyətinin (Sonrakı adı “Türk Tarihi Kurumu” – A.M.) üzvü, 1932-ci ildən vəfatına, yəni 1935-ci ilə qədər Cəmiyyətin başqanı olmuşdur. Öz həyatı ilə bağlı yazdığı “Ta Kəndim-Yahut Defteri-Amalım” adlı əsəri 1944-cü ildə İstanbulda nəşr edilmişdir.
Türkçülüyü bütün dünyadakı Türk Millətinin milli mənafeyini özündə əks etdirən dünyagörüş kimi qəbul edən, özünün məşhur “Üç tərzi-siyasət, “3 haziran Vakayi-Müəssifəsi”, “Türkçülüyün tarixi”, “Türkçülük” və s. kimi əsərləri, sayı-hesabı bilinməyən elmi, siyasi, ideoloji və fəlsəfi məqalələri ilə Yusuf Akçura, fəaliyyəti ilə də Tark Millətinin haqqının, ləyaqətinin, hüququnun təmsilçisi kimi Türk Millətini yox etməyə çalışan bütün qüvvələrə, xüsusilə rus şovinizminin iyrənc antitürk siyasətinə qarşı ömrünün sonuna qədər mübarizə aparmışdır.
Yusuf Akçuranın da öndərliyi ilə Türkçülüyün “Türk millətçiliyi” bayrağı altında tarix səhnəsinə çıxması o dövrdə yalnız Türkiyə milli ziyalılarını deyil, bütün dünyadakı Türk milli ziyalılarını bir araya toplayaraq Türklərin tarixən yaşadıqları və əzəmətli dövlətlər qurduğu ərazilərin adı ilə bağlanmış, “Turançılıq” adı altında adlanmağa başlamışdı.
Bu ideologiya XX əsrin əvvəllərində Türk dünyasına Azərbaycan Xalq Cumhuriyyəti və Türkiyə Respublikasını, XX əsrin sonlarında isə beş müstəqil Türk Cumhuriyyəti bəxş etmişdir.
Ruhun şad olsun, ey böyük Türk mücahidi!
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
Teref.az
 
Ardını oxu...
TÜRKLÜYƏ XİDMƏT ETMİŞ TÜRKÜN AZMAN ŞƏXSİYYƏTLƏRİ SERİYASINDAN
Tarix şəxsiyyətlər yetişdirdiyi kimi, şəxsiyyətlər də tarix yaradırlar. Tarix yaradan, orta əsrə son verib yeni əsrə qədəm basan belə tarixi şəxsiyyətlərdən biri də 1000 illik bir İmperatorluğa son qoyub, Türk-İslam və ortodoks Xristian Bizans hakimiyyət ənənələrini birləşdirməyi bacaran, Türk-İslam dünyası ilə Şərqi Avropa ortodoks xristian dünyasını öz Türk çadırı altına alan, bu iki müəzzəm mədəniyyəti çulğaşdıran əzəmətli Türkün böyük oğlu, dahi Türk Xaqanı Sultan Mehmet Fatehdir.
Dünyanı yeni bir nizama və bəşəriyyəti səadətə erişdirmək qayəsi ilə meydana çıxan, Ulu Peyğəmbərin müqəddəs əsəri olan İslamiyyət, əxlaqı pozulmuş Sasani Pers İmperatorluğunu ildırım sürəti ilə ortadan qaldırdığı halda "gah anarxiya, gah da müstəbidlikdə ad çıxaran, hər cür mənəvi mənadan məhrum, siyasi əhəmiyyətini itirib, ayrı-ayrı əxlaqsız şəxslərin və ictimai təşkilatların ehtiraslarının miskin oyununa çevrilən Şərqi Roma və ya başqa adla Bizans İmperatorluğu" (Mirzə Kazımbəy, İslam tarixi (rusca), "Russkoye slovo" jurnalı, 1860, II nömrə, səh 124) yalnız qanadları qırılmış halda İslamın rəqibi olaraq qalmış, xristian dünyasının başlıca təəssübkeşi kimi İslam aləmini təhdidə girişmiş və İmperiyanın paytaxtı Konstantinapol (İstanbul - A.M) da xristian dininin bir qalası rolunu oynamışdır. O dövrdə İstanbul xristitanlıq üçün təkcə dini deyil, həm də siyasi əhəmiyyət daşıyırdı.
Doğrudur, xristian dünyası üçün İstanbul Qüds və digər şəhərlər kimi müqəddəs sayılan bir şəhər deyildi. Lakin Həzrəti Məhəmməd Peyğəmbərin (s) İstanbulla bağlı hədisləri və Ulu Peyğəmbərin (s) səhabələrindən Əbu Əyyub Ənsarinin məzarının orda olması İstanbulu müsəlmanların nəzərində müqəddəs bir şəhərə çevirmişdi. Ona görə də istər Ərəb xəlifələrinin və istərsə də Türk Sultanlarının İstanbulun qurtarılmasını zəruri edən amillər arasında bu dini amil də başlıca rol oynamış, şəhərin fəthinə siyasi məziyyətlə yanaşı həm də ilahi bir əmr mahiyyəti qazandırmışdı. İstanbul artıq Türklərin "Qızıl Alma"sı, Türk Cahan Hakimiyyəti məfkurəsinin bir simvolu olmuşdur.
O dövrdə artıq xristian dünyasında belə bir fikir qətiləşmişdi ki:"Konstantinapol şəhəri Konstantin adlı bir hökmdar zamanında itiriləcək". (Bax: Barboro, Konstantiniyyə muhasırası, İstanbul, 1953, səh 62; Dukas, Bizans tarihi, İstanbul 1956, səh 168)
İslam dünyasında da Peyğəmbər adından söylənilən: "Konstantinapol mənim (Məhəmməd Peyğəmbərin (s) - A.M) adımı daşıyacaq bir müsəlman hökmdarı tərəfindən alınacaq" hədisi geniş yayılmışdır.
Hər iki fikir sonda özünü doğrultdu. Bizans İmperatoru XI Konstantinin dövründə Türk Sultanı Sultan Məhəmməd tərəfindən 29 may 1453-cü ildə Konstantinapol fəth edilərək, "İstanbul" adlanmağa başladı. Ulu Peyğəmbərin 800 il öncə söylədiyi hədisi böyük Türk qazisi Sultan Mehmet Fateh tərəfindən təsdiqləndi.
Bizans İmperatoluğuna ilk zərbəni hələ 1048-ci ildə Səlcuqlu Sultanı Toğrul Bəy dövründə onun ordu komandanlarından olan İbrahim Yınal və Kutalmış Pasin Ovasında, daha sonra Toğrul Bəy özü 1054-cü ildə Ercisdə, ən böyük zərbəni isə 1071-ci ildə Sultan Alp Arslan Malazqırtda vurmuş və tarixdə ilk dəfə olaraq Bizans İmperatorunu (İmperator Diogenesi - A.M) əsir almışdı. Alp Arslandan sonra oğlu Böyük Səlcuqlu Sultanı Məlikşah dövründə Anadolu Bizanslılardan alınaraq, artıq bir Türk məmləkətinə çevrilmişdi. Böyük Səlcuqlu İmperatorluğu parçalandıqdan sonra da bu ərazidə Anadolu Səlcuqlu dövləti təşəkkül tapmış, Türk-Moğol İmperatorluğu dövründə Anadolu Səlcuqlu dövləti də ayrı-ayrı Bəyliklərə parçalanaraq, Hülakülərin vassalına çevrilmiş, nəhayət XIV əsrin əvvəllərindən başlayaraq, Osmanoğulları dövründə bir çox bəyliklər birləşdirilərək, mərkəzləşmiş dövlət halına gətirilmişdir. Osmanlı Sultanı İldırım Bəyazidin Əmir Teymura məğlub olmasından sonra bir müddət ölkə yenə də Bəyliklərə parçalanaraq, Teymuroğullarının vassalına çevrilmiş, nəhayət Sultan II Mehmet İldırım Bəyazidin mərkəziyyətçi hakimiyyətini bərpa etməyə müvəffəq olmuş və dövləti İmperatorluğa çevirmək təşəbbüsündə bulunmuş və buna nail olmuşdur.
Sultan II Mehmet Xanın atası Sultan II Murad Əmir Teymurun oğlu Şahruxun ölümündən sonra vassallıqdan qurtularaq dövlətini müstəqil elan etmiş, II Kosovo savaşında yeni bir Xaçlı ordusunu məğlub etmiş, Albaniya səfərində ölüncə yerinə gənc oğlu II Mehmet taxta çıxmışdır. Karaman səfərindən sonra Bizansla mübarizəyə və İstanbulun fəthinə hazırlaşan Sultan II Mehmet Xana qarşı xarici və daxili düşmənlər fəaliyyət göstərsələr də böyük övliya AK Şəmsəddin:"Dərd çəkmə Bəyim, İstanbulu fəth edəcəksən. Bəyim, bu qalanın (İstanbul nəzərdə tutulur - A.M) fatehi sən olasan deyə aləmi-şahzadəlikdə sənə çatdırdıq"- müjdəsini vermiş, Sultan Mehmet Xan da İstanbulun fəthinə dair Peyğəmbərin hədisində göstərilənə və övliyasının kəramətlərinə inanaraq bu işə girişmiş və müvvəffəqiyyətlə başa çatdırmışdı.
Gənc Xaqanın İstanbulun fəthi üçün keçirdiyi iztirab və həyəcanları tarixi qaynaqlara əsaslanaraq, tarixçi Dukas yazır ki:"Padşahın (Sultan Mehmet nəzərdə tutulur - A.M) gecə və gündüz huzuru qaçmış, dincliyi pozulmuşdu. Yatağına girərkən də, yatağından qalxarkən də, sarayında və bayırda gəzinərkən də İstanbulun fəthini düşünürdü. İstirahət və yuxu bilməzdi. Əlində qələm və kağız daima İstanbulun xəritəsi ilə uğraşırdı. Beləliklə Xaqan böyük insanlara məxsus yüksək bir idealın atəşi ilə yanırdı". (Bax: Dukas, Bizans tarihi, İstanbul 1956, səh 152-154)
Sultan II Mehmet Xanın Ədirnə sarayında topladığı yüksək bir məclisdə etdiyi tarixi nitqi gənc Sultanın bu yaşda nə qədər geniş bir biliyə, dərin bir zəkaya sahib olduğunu göstərir. Tarixi mənbələrdə qeyd edilən bu nitqində Sultan II Mehmet Xan:"Əlimizdə bulunan bu dövlət əcdadlarımızın necə cihad, necə savaş və əməkləri ilə qazanılmış və bizlərə miras qalmışdır. Yaşlılarımız bu cihad ilə savaşlara şahiddirlər, onlarla birgə savaşmışlar. Gənclərimiz də onların hekayələrini ata-babalarımızdan dinləmişlər. Bu uğurda bir çox igidlərimiz əbədiyyətə qovuşmuşlar. Fəqət onların qəhrəmanlıq xatirələri içimizdə yaşamaqdadır. Ürəkləri uca hisslərlə dolu, qorxudan azad olan atalarımız ən müdhiş təhlükələrə göyüs gərərək, böyük işlər gördülər...Ey yaşlı fədakarlar və igid gənclər! Bütün bu fəthlərin asan olmadığını və əməksiz dövlət əldə edilmədiyini bilirsiniz. Bu uğurda nə qədər qanlar töküldü, yaralar açıldı. Nə qədər dul və yetimlərin göz yaşları axdı. Necə əngin dərələr, coşqun irmaqlar, yalçın qayalar, sərt dağlar aşıldı. Neçə yuxusuz gecələr, istirahətsiz gündüzlər və təhlükəli anlar keçdi. Əcdadımız bütün bu fövqəladə əziyyətlərə qatlandı. Düşmən qarşısında bəzən tale üzlərinə gülmədi. Fəqət heç bir zaman istiqbaldan ümid kəsmədilər. Qalib gəlincəyə qədər uğraşdılar. Daima cihad yolunda qaldılar. Ata-babalarımız fəlakət zamanında kədərlənməz, zəfər anlarında da aşırı sevinc duymaz, qürrələnməzdilər. Bu sayədə şanlı bir dövlət qurdular. Cahana da hamilik və ədalətin örnəyini verdilər. Bizlərə də hər yönü ilə mükəmməl bir dövlət ərmağan etdilər. İndi bizə düşən vəzifə şöhrətimizi yüksəltmək və ata-babalarımıza layiqli xələf olduğumuzu meydana qoyaraq ruhlarını şad etməkdir... Rum (Bizans nəzərdə tutulur - A.M) hökumətinin bizlərə verdiyi zərərləri, çıxardıqları zorluqları və çevirdiyi dolabları hamınız bilirsiniz. Dədəm Bəyazidə qarşı (İldırım Bəyazid -A.M) Fransız, German, Macar və digər Kralları rumlular kuşqurtmuş, ordularını Tunadan (Dunaydan -A.M) gəmilərlə keçirib, dövlətimizi yıxmaq, bizi Rumelidən və hətta Anadoludan çıxarmaq istəmədimi? Şükür ki, dədəm onları Allahın yardımı ilə Tunanın dalğalarına tökərək, dövlətimizi qurtardı. İstanbul fəth edilmədikcə Bizansın fəsadı və bizə qarşı çıxardığı təhlükələr davam edəcəkdir. Məmləkətimizi ortadan parçalayan bu şəhər (İstanbul - A.M) Rumların əlində qaldıqca dövlətimiz əmniyyətdə olmayacaqdır. Sizləri buraya bu qənaətimə qatılmağınızı düşünərək topladım. Biz ya şəhəri hücumla alacağıq, ya da uzun bir mühasirə ilə düşməni təslim olmağa məcbur edəcəyik. Sürətlə hərəkətə keçib, düşmənin dövlətimizin ortasında təhrik və fəsadına fürsət verməyəlim və əcdadımıza layiq olduğumuzu cahana göstərəlim.
Bizi heç bir əngəl yolumuzdan döndərməyəcək. Mən (Sultan Mehmet Xan - A.M) ordumun başında sizinlə bərabər birinci səfdə bulunacağam" - deyərək, bu böyük və məzmunlu nitqini bitirmiş və səfər hazırlıqlarına başlamışdı. (Bax Tarihi Sultan Mehmet Han, İstanbul, Hicri 1328, səh 24-37) Toplantıda iştirak edən övliya, üləma, bəy və ordu komandanları dualar edib, söyləmişlər ki: "Cəmi başımız sənin yoluna fəda olsun". (Bax: Dukas, Bizans tarihi, İstanbul 1956, səh 112)
Sultan Mehmet Xan Bizans İmperatoru XI Konstantinə şəhəri döyüşsüz təslim edərsə, Mora yarmadasını ona verəcəyini bildirmişsə də Bizans İmperatoru ilk öncə bu təklifi rədd etmiş, sonda sülh təklif etmişsə də gənc Xaqan:"Ya mən şəhəri alacam, ya da şəhər məni"- demişdi. (Bax: Dukas, Bizans tarihi, səh 170)
"Hər başlanğıc gözəl bir hekayə, yeni bir həyatdır" düşüncəsi ilə yola çıxan Sultan II Mehmet Xan Ədirnədə möhtəşəm ordusu, müəzzəm topları və başda mürşidi AK Şəmsəddin, üləmalardan Akbıyık və Molla Gürani olmaqla 70-ə qədər alim, vəli, şeyx və dərvişlərlə birlikdə "Mehtər marşları"nın sədası altında yürüşə başlamışdı. Şəhərə hücum zamanı övliya AK Şəmsəddin çadırına çəkilərək, tanrıya dua ilə məşğul olmuş, Sultan da vaxtlı-vaxtında namazını qılaraq, "Quran"dakı" və Cahidu" ayəsini oxuyaraq "Ya Rəbbim, sənə layiq olmağa çalışıram"- deyə Allaha niyaz etmiş, qazilərinə də "Şəhərin daşı və torpağı mənə, mal və sərvəti də sizə nəsib olsun"- demişdi.
İstanbulu qurtarmaq üçün Bizans İmperatoru, dövlət və din adamlarının bütün səylərinə baxmayaraq, 50 günlük mühasirədən sonra 29 may 1453-cü ilin axşamında ölümə hvazırlaşan İmperator və onun kiçik mühafizə bölüyü çirkləndirdikləri müqəddəs Ayasofiyada son dualarını yapmış və beləliklə min illik bir İmperatorluq tarixə qovuşmuş, Türk Cahan hakimiyyətinin yeni və parlaq bir dövrü başlamış oldu.
İstanbulun fəthi ilə "Fateh" titulu qazanan Sultan II Mehmet Xan şəhərin fəthindən üç gün sonra bəyaz atının üstündə möhtəşəm bir alayla Topqapıdan İstanbula daxil olmuş, birbaşa Rumların kirlətdiyi Ayasofiyaya gələrək, oranı təmizlətdirmiş, qazilərin sevinc və həyəcanları içində ilk "Cümə namazı"nı Türk "Qızıl Alması"nın qəlbi sayılan Ayasofiyada qılmışdı. Konstantinapolun fəthində başda Serblər olmaqla xeyli digər Xristian əskərlər də Türklər tərəfində vuruşmuşlar. Bizanslı Nofarausun o çağlardakı düşüncələri əks etdirən bu sözləri sonrakı tarix kitablarında da təkrarlanmışdı. O yazırdı: "Latın tiarası (Katoliklərin baş örtüyü - A.M) yerinə şəhərdə Türk sarığını tərcih edərik". Dövrün digər bir xristian müəllifi G.Trapezuntios da Sultan Mehmet Fateh haqqında yazırdı:"Kimsə şübhə edə bilməz ki, Sən (Sultan Mehmet Fateh - A.M) Rum İmperatorusan. İmperatorluq mərkəzini hüquqi cəhətdən əlində tutan şəxs İmperator və Rum İmperatorluğunun mərkəzi də İstanbuldur". (Bax: Fr Babinqer, Mehmet II der Eroberer und İtalien, Beyantion 1951, səh 266)
İstanbulun fəthindən sonra Sultan Mehmet Fateh əhaliyə dinlərini sərbəst ifadə etməyə icazə vermiş, Katoliklər tərəfindən həbs edilərək, zindana salınan İstanbul patrikini azad etmiş, onun rütbə və mövqeyini özünə qaytarmışdı. Fatehin Rum Patrikxanəsinə bəxş etdiyi muxtariyyət və imtiyazlar milli ənənə, din hürriyyəti və siyasi görüş baxımından olduğu kimi Türk Cahan hakimiyyəti məfkurəsinin həyata keçirilməsi üçün də mühüm əhəmiyyət kəsb edirdi. Fateh Rum patrikini himayə etməklə ortodoks xristianlarının qəlbini qazanmış, ortodoks rahiblərinə imtiyazlar verməklə bütün Avropaya Türk ədalət və hürriyətini nümayiş etdirmişdir.
İstanbulun Sultan II Mehmet tərəfindən fəthi İslam dünyasında nə qədər yüksək həyəcan və sevinclə qarşılanmışdısa, Xristian dünyasında bir o qədər səssiz qarşılanmış, dinlərinə bağlı Rumlar Katolik olmaq qorxusundan azad olduqlarından hətta sevinmişdilər. İstanbulun fəthindən sonra XI əsr xristian xronikləri kimi, XV əsrə aid bəzi xristian müəllifləri də Türkləri qədim qəhrəman Troyalıların nəsli saymışdılar. Tarixçi Kritovules Sultan Mehmet Fatehə həsr etdiyi əsərində Fatehi:"Allahın iradəsi ilə müzəffər qalib, yenilməz, dəniz və quruların ağası, hökmdarların hökmdarı, İmperatorların ən böyüyü" kimi vəsfləndirmişdi. (Bax: Tarihi Sultan Mehmet Han, İstanbul, hicri 1328, səh 27)
Məşhur tədqiqatçı Uspenski İstanbulun fəthi ilə əlaqədar olaraq yazırdı:"1453-cü ildə Türklər, 1204-cü ildə Konstantinapolu işğal edən Xristianlara baxanda daha çox insani hərəkət etmişlər". (İqtibas Prof.Dr Laszlo Rasonyinin "Tarihte Türklük" əsərindən götürülmüşdür. - A.M Bax: Göstərilən əsər, Ankara 1971, səh 197)
İstanbulun fəthindən sonra Sultan Mehmet Fateh İslam dünyasının ən şanlı, ən qüdrətli Sultanı sayılmış, "Xəlifə" ünvanı daşımaqla "Müsəlmanların rəhbəri, Qazi və mücahidlərin əfəndisi, Rəbbülaləmin təyini ilə səltənət və xilafət səmasının, dünya və dinin Günəşi Əbül-fəth Sultan Məhəmməd Xan" kimi vəzifələr daşımışdır.
Sultan Mehmet Fateh də qədim Türk Xaqan və Sultanları kimi Allah, haqq və ədalət uğrunda cihad etdikləri üçün Cahanşaha göndərdiyi məktubunda öz əskərlərini "Allahın qalib ordusu" adlandırmış və göstərmişdir ki:"Dünyada tək bir din, tək bir dövlət, tək bir padşah və İstanbul da Cahanın tək paytaxtı olmalıdır". (İqtibas Prof.Dr Osman Turanın "Türk Cihan hakimiyyeti mefkuresi tarihi" əsərindən götürülmüşdür. - A.M Bax: göstərilən əsər, II cild, səh 60-65)
Fateh İstanbulun fəthindən sonra kəramətlərini gördüyü böyük Şeyxi AK Şəmsəddinin əllərini öpmüş, boynuna sarılmış və hakimiyyətdən əl çəkib, xəlvətə çəkilərək, guşənişin olmasını və ondan (AK Şəmsəddindən - A.M) faydalanmasını rica etmiş, lakin AK Şəmsəddin Sultanın bu ricasını rədd etmiş və "Dünya işlərinə Tanrı tərəfindən məmur olan Sultanın "Qeyb aləmi"nin sirlərinə dalmasını öz vəzifəsini icra etməməsi" kimi dəyərləndirmiş və belə bir işin dövlətə zərər gətirməklə bərabər hər ikisinin (Sultanın və AK Şəmsəddinin - A.M) də Allah qarşısında məsul olacaqlarını bildirmişdi.
Şeyxinin bu məsləhətindən sonra Fateh Sultan Mehmet qısa bir zamanda Anadoluda İsfəndiyar, Trabzon və Ağqoyunlu ərazilərini, Karaman və Dülqədir Bəyliklərini İmperatorluğun tərkibinə qatmış, Krım Xanlığını öz vassalına çevirmiş, Yunanıstan, Albaniya, Bosna-Hersek, Belqrad istisna olmaqla bütün Serbiya, Bessarabiya, Moldoviya və digər ölkələri fəth edərək, Osmanlı İmperatorluğunu Tunadan (Dunaydan - A.M) Fərata qədər genişləndirmişdi. Ağqoyunlu hökmdarı Uzun Həsən anası Sara Xatunu qaynatası Trabzon hökmdarını qorumaq üçün Sultan Mehmet Fatehin yanına göndərmiş və onun Trabzona toxunmamasını, bu ərazini gəlininə bağışlamasını xahiş etmişdi. Sara Xatun:"Ey oğul, bu Trabzon sənin nəyinə lazımdır, onu mənim gəlinimə bağışla" demiş, Sara Xatunu bir ana kimi qəbul edən Fateh isə ona bildirmişdi:"Ey ana, bu zəhmət din yolundadır, axirətdə Allah hüzuruna varınca inayət ola. Zira əlimizdə İslam qılıncı var. Əgər bu zəhməti çəkməsək bizə "Qazi" demək yalan olar". (İqtibas Osman Turanın göstərilən əsərindən götürülmüşdür. - A.M Bax: Göstərilən əsər II cild, səh 62)
Sultan Mehmet Fateh 1461-ci ildə Trabzonu aldıqdan sonra Gürcüstana qədər bütün güney Qara dəniz bölgəsini Osmanlı İmperatorluğunun sərhədləri içinə almış, Bosna-Hersek və Albaniyanı ələ keçirəndən sonra isə dənizlərdə Venedikt donanmasını məğlubiyyətə uğratmışdı. Fateh 1463-cü ildə Bosnyaya daxil olarkən xalq öz krallarını buraxıb, Türklərlə birləşmiş, kütləvi şəkildə müsəlmanlığı qəbul edərək, "Bosna müsəlmanları" adı ilə bir daha xristianlığa dönməmiş, bu bölgədə uzun müddət Osmanlı hakimiyyətinin dayağı olmuşdular. Davamlı olaraq digər xristianlar tərəfindən əzilən bu xalqın Türk hakimiyyəti sayəsində əllərindən alınan torpaqları özlərinə qaytarılmış, ölkədən qaçqın düşən Bosnalılar yenidən öz vətənlərinə qayıtmışdılar.
Katolik Venediklərin zülmünə dözə bilməyən Mora yarmadası əhalisi də 1457-ci ildə Fatehə məktub göndərərək, bildirmişdilər:"Gəl yurdumuzu Venediklərdən al da rahat olaq". Fateh Moranı almış, yunanların xeyrinə Katolik kilsəsinə və Roma hakimiyyətinə son vermiş, keçmiş yunanların öz vətənlərinə dönmələrinə imkan yaratmışdır. Yunanlar qüdrətli və ədalətli Fatehi öz İmperatorları saymış, sonrakı Osmanlı Sultanlarını da "Rum Sultanı" adlandırmışdılar. Bu proses XIX əsrə qədər davam etmiş, uzunmüddətli bir Türk-Yunan dostluğu yaranmışdır.
Sonradan Xristian təəssübkeş Avropa alim, şair və romantikləri sayəsində bu dostluq Yunan-Türk düşmənçiliyinə çevrilmişdir ki, bu düşmənçilik bu gün də davam etməkdədir.
Sultan Mehmet Fateh Anadoluda milli birliyə nail olmaqla yanaşı, bütün Türk və İslam dünyasının hörmətini qazanmış, həmçinin şərq ortodoks xristianlarını Qərb katolik təhlükəsindən xilas etməklə Ortodoksların nüfuzunu qazanmışdır. Fateh ortodoks Rum və Balkan xristianlarını da öz himayəsi altına almış, Bizans tarixində ilk dəfə olaraq, İmperatorların siyasi vasitə kimi istifadə etdiyi Patrikxanəni müstəqilliyə qovuşdurmuşdu. Çünki Bizanslılara görə, Qərbi Avropalılar barbar, zalım və Xristianlıqdan çıxmış insanları idi. Avropa Katolikləri də Bizansılıları "Rafizi" (Kafir), hiyləgər və Xristianlığa xəyanət etmiş sayırdılar. Bu iki məzhəb (Katolik və ortodoks) arasındakı düşmənçilik nəhayət Xristianlığı ikiyə bölmüş, dördüncü Səlib yürüşündə katoliklər İstanbulu 1204-cü ildə yağmalamış və yandırmışdılar. İstanbulda katoliklərin törətdiyi bu vəhşiliyin izləri bu gün də qalmaqdadır.
Fateh tarixi Türk, İslam və Bizans hakimiyyət ənənələrini çulğalaşdıraraq, klassik Türk hökmdarı tipi yaratmış, balkanlardakı bütün hökumət və xanədanları ortadan qaldıraraq, yarmadanı bütünlüklə öz hakimiyyəti altında birləşdirmiş, Boğazlarda (Bosfor və Dardanel boğazları) hakimiyyəti əlinə alaraq Qara dənizi bir Türk dənizi halına gətirmiş, iki qitədə (Asiya və Avropa) bulunan Balkanları və Anadolunu birləşdirərək 400 illik bir İmperatorluğun əsasını qoymuşdur.
Sultan Mehmet Fateh öz milli və İslami məfkurəsi, yüksək zəkası və enerjisi, millət, din, vətən və dövlət uğrunda sonsuz fədakarlıqları, ədaləti, tolerantlığı, uğurlu siyasəti, böyük din və dövlət adamlarını ətrafında toplaması sayəsində elə sağlam bir dövlət sistemi yaratmışdı ki, sonradan həm normal, həm də zəif sultanlar zamanında belə bu dövlət əsrlərcə öz varlığını qoruyub saxlaya bilmişdi. Əslində Anadoludakı bütün Oğuz-Türkmən boylarını vahid bir millət şəklinə salan və Osmanlı dövlətini İmperatorluğa çevirən ilk Sultan da məhz dahi Mehmet Fatehdir.
Yəhudilərin Türk Sultan sarayı ilə ilişkiləri də Fateh dövründən başlayır. Təbabətdə məharəti və geniş bilgisi ilə Fateh Sultan Mehmetin etimadını qazanan, "Əslən bir İtalyan Yəhudisi olan Həkim Yaqub Paşa İslamiyyəti qəbul edərək, Osmanlı sarayında vəzirlik rütbəsinə qədər yüksəlmişdir". (Bax: Mustafa Uslu, "Fatihin ölümü üzərinə", Türk dünyası tarih dərgisi, İstanbul 1988, XVII nömrə, səh 19)
Yaqub Paşadan sonra da Osmanlı sarayında bir çox Yəhudi dövlət işlərində çalışmışdır.
Sultan Mehmet Fateh dövründə "Ankara savaşı"nın yaraları sarılmış, artıq Osmanlı dövləti tam mənası ilə yeni yüksəliş dövrünə qədəm qoymuşdur. Fateh öz mərkəziyyətçi hakimiyyətini möhkəmləndirmək üçün bir sıra radikal addımlar atmışdı. Belə ki, o, "Yeniçəri" (Yeni ordu) orudusunu iki dəfə artırmış, uc Bəyliklərinin kontrolunu öz əlinə almış, bir çox dövlət tərəfindən təsdiqlənməmiş vəqf torpaqlarını dövlət mülkü elan etmiş, yeni pul buraxdırmış, yeni vergi sistemi tətbiq etmiş, yeni gömrük qaydaları müəyyənləşdirmiş, dünyanın bir çox ölkələrilə ticarət əlaqələri yaratmış, yeni "Qanunnamə" tərtib etmişdi. Fateh öz "Qanunnamə"sində bir çox məsələlərlə yanaşı: "Övladlarımdan hər kimsəyə səltənət müyəssər olarsa, onun öz qardaşlarını Nizami-aləm üçün qətl etməsi münasibdir. Əksər üləma və qazilər bunu bəyənmişdir." maddəsini də əlavə etməklə dövlətin qüdsiyyətini düşünmüş və dövlətçiliyə aid bir zərurəti qanuniləşdirmişdir.
Türk, İslam, Yunan, İtalyan, Yəhudi və s. böyük elm, din, mədəniyyət və sənət adamlarını ətrafına toplayan Fateh Türk-İslam mədəniyyətinə yeni bir çalar gətirmiş, İstanbulu dövrün ən böyük elm mərkəzlərindən birinə çevirmiş, Şərq-Qərb mədəniyyətini çulğalaşdırmağa nail olmuşdur. Fateh Trabzonlu alim Georgi Amirukusu xidmətinə götürərək, Batlamyus coğrafiyasına görə, dünya xəritəsini çəkdirmiş, Baltamyusun əsərini 1465-ci ildə ərəbcəyə tərcümə etdirmiş, dinlə fəlsəfə arasında Qəzzali ilə İbn Rüşd tərəfindən başladılan münaqişyə son qoymaq məqsədi ilə hikmətlə bağlı əsər yazan Türk Xocazadənin başçılığı ilə bir heyət təşkil etmiş və üçüncü bir "Təhafüt" əsəri yazdırmışdı.
Fateh dövrün İtalyan rəssamı Bellinini sarayına dəvət edərək, gözəl tablolar çəkdirmiş, çeşmələri, su anbarlarını bərpa etdirmiş, mədrəsələr, məscidlər, xəstəxanalar, imarətlər, saraylar inşa etdirmiş, Ayasofyanı yenidən bərpa etdirərək məscidə çevirmiş, Anadolu və digər yerlərdən gətirtdiyi insanlarla şəhərin əhalisini çoxaltmış, sönən şəhərin - İstanbulun üzünü yenidən güldürmüşdü.
Fateh 30 illik hakimiyyəti dövründə dövlətin sərhədlərini 2,5 milyon kilometrə çatdırmış, Anadoludan İtaliyaya qədər olan bölgələri Türk hakimiyyəti altına almış, Türk quru ordusu kimi, Türk donanmasını da bir neçə dəfə böyüdərək, dünyanın ən güclü donanmalarından biri durumuna gətirmişdi. Fateh İstanbulda Universitet yaratmış, paytaxtını bir elm mərkəzinə çevirməyə müvəffəq olmuş, böyük mədrəsədə şəriət və psixologiya elmlərinin oxudulmasını, caminin nəzdindəki Darüş-Şəfada təbiblər, cərrahlar, göz həkimləri, əczaçılar, və s. yetişdirilməsini şərt qoymuşdu. O dövrdə xəstəxanalarda hətta sinir və ruhi xəstəlikləri musiqi ilə tədavi etməyi şərt kimi irəli sürmüşdü.
Sultan Mehmet Fatehin sarayında bulunan dövrün İtalyan tarixçisi Lanqustonun yazdığına görə:"Fateh hərb sənəti başda olmaqla dövrün elm, fəlsəfə, tarix, ədəbiyyat, və riyaziyyatını da gözəl bilirdi. Fateh uzun boylu, gözəl üzlü və alicənab idi. Türkcə, rumca və slavyanca danışırdı. Hər şeyi öyrənmək istəyən zəkalı bir araşdırıcı, nəfsinə hakim, soyuğa, istiyə, aclığa, susuzluğa dözümlü idi". (Bax: P. Vittek, Fəthi-Mübin, İstanbul Enstitüsü dərgisi, II, 1956, səh 209)
İstanbulu fəth edib İmperatorluğun paytaxtına çevirdikdən, Krım Xanlığını öz vassalına çevirdikdən, Balkanları və Mora adasını fəth etdikdən sonra Şərqdə bütün İslam dünyasına və Xilafətə sahib olmaq, Qərbdə Papalığı və Romanı da alıb, dünya birliyi və nizamı qurmaq istəyən Sultan Mehmet Fateh İtaliya səfərinə çıxarkən 6 may 1481-ci ildə zəhərlənərək ölmüşdür. Ruhu şad olsun!
İstanbulun fəthindən sonra Cahan hakimiyyəti sevdalısı, Qara dəniz, Mərmərə və Aralıq kimi üç dənizi iç dəniz halına gətirən Sultan Mehmet Fatehin ölüm xəbəri bütün Türk-İslam və ortodoks xristian dünyasını kədərə, Qərbi Avropa katolik dünyasını isə sevincə qərq etmiş, hətta Roma Papasının göstərişi ilə Katolik kiləsələrində şükran duaları oxunmuşdur.
Siyasi tarixçilər göstərirlər ki, əgər Fateh on il artıq yaşamış olsaydı, dünya tarixi tamamilə başqa şəklə düşmüş olardı. (Mustafa Uslu, Fatihin ölümü üzərinə, Bax: Türk dünyası tarih dergisi, 1988, XVII nömrə, səh 15)
Dahi Türk Xaqanı Sultan Mehmet Fatehin Cahan hakimiyyəti ideyalını xələfləri Sultan Səlim Yavuz Şərqdə, Sultan Süleyman Qanuni isə Qərbdə həyata keçirməyə müvəffəq olmuşlar.
Ruhları şad olsun!
AYDIN MƏDƏT OĞLU QASIMLI
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU
 
 
 

Dünyapress TV

Xəbər lenti