Ardını oxu...
“Jurnalist sualı ittiham kimi verəndə elə də cavab almalı idi”.
Bu sözləri Bakupost.az -a Mətbuat Şurasının sədri Rəşad Məcid bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında jurnalistin ünvanladığı suala Xalq yazıçısı Çingiz Abdullayevin təhqiramiz cavabı ilə bağlı açıqlamasında deyib.
“Sakit vaxt olan kimi orda xırda mikrofonu yazıçının, alimin ağzına soxan "jurnalistlər"ə münasibətimi bildirəcəm. Bu, jurnalistika deyil, tərbiyəsizlikdir”, - deyə Mətbuat Şurasının sədri əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında BakuTv əməkdaşı Xalq yazıçısı Çingiz Abdullayeva “Burda 200-300 minlik bir şey varmı?” sualını ünvanlayıb. Yazıçı isə jurnalistə təhqirlə cavab verib.
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında 4 komissiya təyin olunub, sədr və üzvlər seçilib.
Bölmələrdən və seksiyalardan seçilənlər də əlavə olunmaqla ümumilikdə 330 nəfər nümayəndə müəyyənləşib.
AYB rəhbərliyi: sədr Anar, birinci katib Çingiz Abdullayev, sədrin müavini Rəşad Məcid, katiblər Elçin Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi
Qurultay katibliyinin sədri Adil Cəmil, üzvlər - Arifə Əliyeva, Ramiz Qusarçaylı, Qafar Cəfərli, Taleh Mənsur
Mandat komissiyasının sədri Əkbər Qoşalı, üzvlər - Gülnarə Əmaləddin, Nazim Əhmədli, Akif Əhmədgil, Şahin Musaoğlu
Mətbuat xidmətinin rəhbəri Elçin Şıxlı, üzvlər - Xəyal Rza, Alina Talıbova, Şahanə Müşfiq, Ulucay Akif
Seçki komissiyasının sədri Səyyad Aran, üzvlər - Elxan Elatlı, Saday Budaqlı, Orxan Fikrətoğlu və Cavid Zeynallı
 
Ardını oxu...
“Atam artıq kritik vəziyyətdən çıxıb. Ötən aylara nisbətən sağlıq durumu qənaətbəxşdir. Yavaş-yavaş özünə gəlib. Amma bunlara rəğmən atamın davamlı baş ağrıları olur, təzyiqi qalxır-düşür, beyninə oksigen getmir, eyni zamanda şəkər xəstəliyi də onu haldan salır. O, həmçinin nevroloji problemlərdən əziyyət çəkir”.

DİA.AZ xəbər verir ki, bu sözləri Xalq artisti Ənvər Həsənovun qızı Aytən Həsənova Bizim.Media-nın əməkdaşı ilə söhbətində açıqlayıb.

Sənətkarın qızı atasının bütün xəstəliklərlə yanaşı yaddaş pozuntusundan əziyyət çəkdiyini açıqlayıb.

“Atamın yaddaşında problemlər yaranıb. Bir də görürsən nəsə soruşur, daha sonra soruşduğunu unudur, bir daha soruşur. Baş ağrıları tez-tez olduğundan hələ də ağrıkəsici həblər içir, bununla yanaşı nevroloji dərmanlarını da qəbul edir. Əsas odur ki, indi atam özü-özünü idarə edəcək vəziyyətdədir. Amma biz onu bir dəqiqə də olsun gözdən qoymuruq. Evdə gəzir, dolaşır. Lakin küçəyə çıxmır”.

Aytən Həsənova yenə də Mədəniyyət Nazirliyindən və digər adiyyatı qurumlardan gileylənib. O bildirib ki, sözügedən qurumlardan heç kim onun atasının səhhəti ilə maraqlanmır.

“Atam hamıdan küsüb. Onunla artıq heç kim maraqlanmır. Adiyyatı qurumlar, xüsusi ilə Mədəniyyə Nazirliyindən heç kim atamın səhhəti ilə maraqlanmır. O gözləyirdi ki, nazirlikdən kimsə gəlib onu ziyarət edəcək. Nə qədər banal səslənsə də onların gəlib “Necəsən, neynirsən?” deməsi belə atama müsbət təsir edərdi. Amma atam kimi sənətkara, Xalq artistinə onlar bu cür laqeyd və yad davranışları ilə hörmətsizlik edir. Ən əsası isə atamın pensiya məsələsi hələ də öz həllini tapmayıb. Belə görürəm ki, heç kimə artıq nə atam, nə də ki onun səhhəti maraqlı deyil”.

Almaniyanın Potsdam şəhərindəki muzeydə eko-aktivistlər Klod Monenin “Les Mueles” (Ot tayaları) silsiləsindəki 110 milyon dollarlıq əsərlərindən birinə kartof püresi atıblar.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Letzte Generation” (Son nəsil) ekoloji təşkilatının mətbuat xidməti öz “Twitter” səhifəsində məlumat yayıb.

Hadisə oktyabrın 23-də günorta Barberini Muzeyində baş verib. Belə ki, parlaq jiletlər geyinmiş iki fəal müəssisəyə daxil olaraq sənət əsərinə kartof püresi atıblar. Daha sonra isə əllərini yerə yapışdırıblar.

Təşkilat nümayəndəsinin sözlərinə görə, bu hərəkət Monenin yaradıcılığını səhnəyə, ziyarətçiləri isə tamaşaçıya çevirib. Onlar, bununla qlobal istiləşməyə və mədənçıxarma sənayesinin prosesə verdiyi təkana diqqət çəkmək istədiklərini bildiriblər.

Brandenburq Polis Departamentinin sözçüsü Mario Heinemann bildirib ki, hadisə ilə əlaqədar iki nəfər saxlanılıb və barələrində mülkə müdaxilə və ziyan vurmaq ittihamı ilə istintaq başladılıb.

Barberini Muzeyindən verilən açıqlamada, şüşə ilə örtüldüyü üçün tablonun zədələnmədiyi və oktyabrın 26-da yenidən sərgilənəcəyi bildirilib.

 
 

 

Ardını oxu...
Andrey Makareviç Rusiya haqqında yeni tükürpədici mahnı ifa edib...

Dəfələrlə Putin rejimini tənqid edən, hazırda İsraildə yaşayan məşhur sovet və Rusiya musiqiçisi Andrey Makareviç müasir Rusiya və onun vətəndaşları haqqında çoxmənalı mahnı bəstələyib.

Moderator.az xəbər verir ki, o, özünün "Facebook" səhifəsində dərc etdiyi ağ-qara videoçarxda gitarada mannı ifadə edib.

Qeyd etmək lazımdır ki, mahnıda ölkənin adı çəkilməsə də, bunun Rusiya olduğuna şübhə yeri qalmır:

Elə bir ölkədən danışacağam,
Ağızlar möhürlü, yaşamaq çətin!
İşıq qaranlığın əsirindədir,
Bir kəlməyə görə hazırdır həbsin!..

Elə bir ölkədən danışacağam,
Beyinlər yuyulub, zəhərlənibdir!
Ağlını itirən sarsağın biri
Ölkəni savaşa düçar edibdir!..

Elə bir ölkədən danışacağam,
Məbədə şeytanı buraxıb, gedir!
Ölümə sövq edir ana oğlunu,
Keşiş öldürməyə çağırış edir!..

Elə bir ölkədən danışacağam,
"Dünya üstümüzə gəlir!" hayqırır!
Kasıb balaları od içindədir,
Çekistin üzündən harınlıq yağır!..

Qəribə gələcək mənim sözlərim,
Belə bir ölkəmi vardır dünyada?
Mən isə inamla deyirəm, bilin:
Vardır belə ölkə, gedəcək bada!..

(Mahnının tərcüməsi redaksiyaya aiddir).

Aprel ayında dördüncü dəfə ata olandan sonra Makareviç İsrail studiyalarının birində məşhur İsrail musiqiçisi Arkadi Duxinlə birgə "Bir metr aralıda" adlı mahnı yazıb.

"Maşina vremeni"nin lideri bunu ivrit dilində ifa edib. O, fevral ayında hamilə olan və dünyaya uşaq gətirməyə hazırlaşan həyat yolsaşının yanında olmasi üçün İsrailə gedib.
 
 
 

Ardını oxu...
“Bu gün Şövkət xanımın 100 illik yubileyidir. 100 yaşlı Şövkət xanımı təsəvvür belə edə bilmirəm. O hər zaman gözümüzdə gözəl, cavan qalıb. Bu gün çox sevinirəm ki, xalqımız, insanlarımız, onun tələbələri, musiqi sevərlər Şövkət xanımı unutmayıb və hər zaman yadda saxlayıblar. Şövkət xanım insanların qəlbində elə bir yer, taxt-tac qurub ki, bu sevgi uzun illər onunla yaşayacaq. 19 oktyabrda Şövkət xanımın ən sədaqətli, çox sevdiyi tələbəsi, gözəl müğənnimiz Aybəniz Haşımovanın təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında 100 illik yubileyi tədbiri keçirildi. Bu gün isə Heydər Əliyev adına sarayda böyük konsert proqramı baş tutacaq. Sənətkarın ailəsi olaraq bu bizi çox sevindirir və biz də ailəmiz adından bütün təşkilatçılara öz təşəkkürümüzü bildiririk”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında böyük sənətkarımız Şövkət Ələkbərovanın gəlini, musiqişünas Gülnarə Səfərova deyib. O daha sonra əlavə edib.

“Şövkət xanımgilə gəlin gələndə onun 60 yaşı var idi. Tələbələrinə dərs deyirdi, sadə həyat yaşayırdı. Tələbələrini öz övladları kimi çox istəyirdi. Onları geyindirirdi, yedirdirdi, televiziyada işə düzəldirdi. Şövkət xanımın həyatı ağır və çətin olub. O insanlara buna görə əl tuturdu. İkinci dünya müharibəsi zamanı cəbhədə olmuşdu, konsert vaxtı yanında bomba partladığından kontuziya almışdı. Nəinki Azərbaycanın bir çox dünya ölkələrini də qarış-qarış gəzib. Azərbaycan mahnılarını dünyaya Rəşid Behbudov və Şövkət Ələkbərova yayıb” deyə Gülnarə Səfərova deyib.

Gülnarə Səfərova deyir ki, Şövkət xanım heç vaxt sənətinin ailəsi tərəfindən davam etdirilməsini istəməyib.

“O sənətə çox ciddi yanaşırdı. Həmişə deyirdi ki, sənət xalq üçündür. Sən xalqın qarşısında özünü elə aparmalısan ki, onlar səndə hansısa nöqsan tapmasınlar. Şövkət xanım heç vaxt istəmirdi ki, övladları, yaxud da nəvələri onun sənətini davam etdirsinlər. Hətta bizim qızımız Şövkət anadan olandan sonra Şövkət xanım onun səsi olduğunu hiss edib, mənə demişdi ki, bunun musiqi duyumu çox yaxşıdır, amma onu musiqi sahəsinə qoyma. Qızıma öz adını vermişdi və deyirdi ki, Şövkət adı onun üçün çox qapılar açacaq” deyə o bildirib.

Gülnarə Səfərova bildirib ki, Şövkət xanım qızının ölümündən sonra çox yaşamayıb.

“Şövkət xanımın şəkəri var idi. Qızı Natellanın 48 yaşında vəfat etməsi ona çox pis təsir etdi. Qızının xəstəliyini ondan gizlədirdilər. Kürəkəni deyirdi ki, biz bu haqda Şövkət xanıma nə isə desək, o elə indi ölər. Qızının ölümünə 3 gün qalmış Şövkət xanıma dedilər ki, Natella xəstədir. Şövkət xanım xəstəxanaya gedib, onunla görüşdü. Həqiqətən də bu xəbərdən şok olmuşdu. Natellanın 3 mərasimində Şövkət xanım artıq xəstəxanada idi. Natellanın iki oğlu var idi. Allaha yalvarırdı ki, qız nəvəsinin üzünü görüb, qızının il mərasimini versin, sonra dünyadan köçsün. Necə demişdisə elə də oldu. Yanvar ayında qızının ilini verdik, fevralın 7-də Şövkət xanım rəhmətə getdi” deyə sənətkarın gəlini bildirib.
Ardını oxu...
Bu il Saxarov Fikir Azadlığı Mükafatı Ukrayna xalqına verilib.

Modern.az xəbər verir ki, müvafiq qərar Avropa Parlamenti tərəfindən qəbul edilib.

Bildirilir ki, bu çərçivədə Ukraynanın vətəndaş cəmiyyəti nümayəndələrinə 50,000 avro məbləğində pul mükafatı veriləcək.

Sovet dissidenti Andrey Saxarovun adını daşıyan Saxarov Fikir Azadlığı Mükafatı 1988-ci ildən hər il insan hüquqlarını və əsas azadlıqlarını müdafiə edən şəxslərə və təşkilatlara verilir.
 

Ardını oxu...
“Efirlərə getmirəm, bəyənmirəm. Bəzən düşünə bilərlər ki, bu özünü dartır, göylə aparır. Vaxtilə efirə yeni filmlərin təqdimatı ilə çıxırdım, danışırdım, kollektiv söhbət edirdik. Bu gün əgər çəkilmirəmsə, niyə efirlərə çıxım? Məndən başqa şey yox, kino haqqında soruşacaqlar. Əgər çəkilmirəmsə, olmayan şeydən nə danışmaq olar?! Meydana işlə çıxmaq lazımdır. Elə adamları efirə dəvət edirlər ki, mən ora getmək istəmirəm. Hər şeyi hörmətsiz ediblər”

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev deyib. O daha sonra əlavə edib.

“Şöhrət yaxşı şeydir. Adamı yolda görürlər, sayırlar, şəkil çəkdirirlər. Amma hər adam bu şöhrətdən düzgün istifadə edə bilmir. Şöhrət insanı poza bilər. Buna davam gətirmək lazımdır. 20-30 filmə çəkiləndən sonra da heç vaxt deməmişəm ki, mən etdiyimi etdim. Çünki əgər bu gün filmə çəkilirəmsə, demək ki, sıfırdan başlayıram. Həyat şirindir, arzudan arzu doğur. Nə qədər yaşayırsansa istəyirsən ki, ailənin, balalarının, nəvələrinin xoş günlərini görəsən” deyə Rasim Balayev deyib.
Sənətkar filmlərimizin bu günki vəziyyətindən də danışıb.

“Kinomuzun çətin günlərini yaşayırıq. Qaynar film həyatından gəlib bu gün böyük bir boşluğa düşmüşəm. Kamera qarşısında hər zaman xoşbəxt olmuşam. Bu gün kinomuz naşi adamların əlindədir. Filmlər çəkilir, amma mən istədiyim filmlər yoxdur. Özümü o filmlərdə görmürəm. Çünki mən rejissora, ssenariyə görə filmlərdə çəkilmişəm, prodüsser filminə çəkilmək istəmirəm. Aktyor ömrünün sonuna qədər obraz oynamalıdır. Bəzən deyirlər ki, hər yaşın öz gözəlliyi var. Elə cavanlığın özü gözəllikdir. Qocalıq yaxşıdır, amma gərək sağlam olasan” deyə sənətkar bildirib.

Sənətkar bildirib ki, bəzi filmlərin çəkilişində xəsarətlər alıb.

“Babək” və bir başqa filmimdə atdan yıxılmışam. O vaxt cavan idim, belimdə müəyyən ağrılar olurdu, sonra da düzəlirdi. Cavanlıqda bunu hiss etmirdim, amma yaşa dolandan sonra bütün bu xəstəliklər üzə çıxdı. Filmdə adi at yox, cıdır atları çəkilirdi. Onlarla çəkilmək də çox çətin idi” deyə Rasim Balayev deyib.
0
 
 

Ardını oxu...
“Atam çox mülayim adam olub. Ondan söz düşəndə kövrəlirəm, danışa bilmirəm. Anamdan çox qorxmuşuq, amma atamla dost olmuşuq. Biz Sovetskidə, Maştağalılar məhəlləsində qalırdıq. Atam cavan vaxtı orada dükan da işlədirdi. Atamın demək olar ki, tamaşalarına ilk mən baxmışam. Hər dəfə mənə təzə geyim alıb, özü ilə tamaşalara aparardı. Anam əslində buna razılıq vermirdi, amma atam həvəsli idi”.

DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktyor Məmmədsadıq Nuriyevin qızı Ruhəngiz Axundova deyib. O daha sonra əlavə edib.

“Atam “Uşağlığın son gecəsi” filminə çəkiləndə biz iki bacı bütün günü oturub ona tamaşa edirdik. Bilirsiniz ki, həmin səhnələr Sovetskidə çəkilib. Evimizə yaxın idi. O rolu da atama elə-belədən verməmişdilər. Bizim Sovetskidə xüsusi həyətimiz olub. Atamgil 12 uşaq olublar. O vaxt hamısı rəhmətə gedib, bir bacı, bir qardaş qalıblar. Biz bibimgil ilə eyni həyətdə qalırdıq. Atamın həyətdə damın üstündə ev kimi quşxanası olub. Həmin o filmi və Davud rolunu elə atamın özünə uyğun çəkiblər. Hətta o evdəki divarda uşaqların şəkili var, o uşaqlar da bizik” deyə sənətkarın qızı bildirib.

Ruhəngiz Axundova qardaşı, böyük sənətkarımız Yaşar Nuridən də danışıb.

“Atam mənə və Yaşara çox bağlı idi. Yaşara bağlı olub ona görə ki, onun sənətini, yolunu davam etdirib. Dəfələrlə tamaşalara birlikdə hazırlaşırdılar, evdə məşqlərinin şahidi olmuşam. Onun arzusu olub ki, mən ali savad alım. Mən atamın arzusu ilə universitetin dil ədəbiyyat fakültəsinə daxil olmuşam. 47 il dil ədəbiyyat müəllimi kimi çalışmışam. Atam istəyirdi ki, incəsənətin tənqidçilik şöbəsinə qəbul olum. Hətta o vaxt danışmışdı da, bəlkə yerim də hazır idi. Amma Yaşar bir az narazı idi. Atama dedi ki, Ruhəngiz incəsənətin qapısından içəri girsə, mən bir də universitetə getməyəcəm. Ona görə də bu sənəti seçmədim” deyə böyük sənətkarın qızı bildirib.
Ardını oxu...
“Allahı müdafiə edən adam dünyada ən axmaq adamdır” – Şair qalmaqallı şeirindən danışdı
“Həmin şeiri özüm paylaşmamışam. Özü də onu indi yox, bir neçə ay əvvəl yazmışam. Şeirə görə məni hamı yox, 5-10 nəfər tənqid edib, qalanları ağıllı oxuculardır və nə yazdığımı başa düşüblər. Bəziləri ədəbiyyatdan uzaq, ömründə bir kitab oxumayanlardır…”

Bu sözləri Yenisabah.az-a tanınmış şair Rüstəm Behrudi deyib. Allahla bağlı şeiri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilən şair onu tənqid edənlərə cavab verib:

“Məni tənqid edənlərin səhifələrinə baxdım, onlar ömürlərində bir dəfə Qurani-Kərimi nəinki oxumaq, heç vərəqləməyiblər də. Ancaq Allahın müdafiəçisi rolunda çıxış edirlər. Allahı müdafiə edən adam dünyada ən axmaq adamdır, çünki Allah Allahdır, onun müdafiəyə ehtiyacı yoxdur. O əgər bizim düşündüyümüz, ruhumuzda, ağlımızda yaratdığımız Allahdırsa, onun bu cür səviyyəsiz adamların müdafiəsinə ehtiyacı yoxdur.

Mən özüm ateist deyiləm, tanrıçıyam. Bu barədə 30 il əvvəl kitablar da yazmışam. Şeiri tənqid edənlər heç mənim nə yazdığımı belə analaya bilməyiblər. Həyatda heç bir uğur qazana bilməyənlər Allahı müdafiə etməklə böyük bir iş gördüklərini düşünürlər. Elə düşünürlər ki, onu müdafiə etdikdə cəmiyyət onlara “afərin” deyəcək. O ağılsızlar anlamırlar ki, buna ehtiyac yoxdur. Sadəcə olaraq özlərini göstərirlər. Yenə təkrar edirəm, mən ateist deyiləm! Mən Tanrının olduğuna inanıram. Sadəcə Tanrıya gedən yol müxtəlifdir, hərə bir yolla ona gedir”.

Şair Qurandan misal gətirərək orada yazılanların türk xalqına aidiyyəti olmadığını bildirib:

“Quranda Ənam surəsi, 92-ci ayədə deyilir: “Quran Məkkə əhlini və onun ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır”. Yəni Quranda deyilir ki, bu Məkkə və Məkkə ətrafındakı insanları qorxutmaq üçündür. Bunun türk millətinə nə dəxli var?!

İbrahim surəsi, 4-cü ayədə deyilir: “Allahın dinini onlara izah etsin deyə hər bir peyğəmbəri yalnız öz qövmünün dili ilə göndərdik”. Yəni hər bir millətə öz içindən seçərək peyğəmbər göndərərəm. Türklər ərəbdirmi?! Mən Quranın dili ilə danışıram, cahil, ordan-burdan eşidən adamların dili ilə yox! Bütün dini kitablar mənim stolüstü kitabımdır və oxuyuram.

Bunu mən yox, onların dediyinə görə göydən endirilmiş Quran deyir. Bildirir ki, hər millətə öz içindən peyğəmbər göndərirəm. Məhəmməd peyğəmbərin dövründə artıq millətlər ayrılmış, yəhudi, ərəb, Avropa xalqları formalaşmışdı. Həmin şəxslər mənim nə dediyimi anlamayıblar”.

R.Behrudi onu tənqid edənlərə tək-tək cavab yazmağı vaxt itkisi hesab etdiyini deyib:

“Mən tək Tanrıya inanıram, bu qədim türklərin düşüncəsidir. Tanrı var, sadəcə olaraq türk “Tanrı var olandır, yaradan deyil” deyir. Şeirimi də iki-üç adam paylaşmışdı, tənqid edənlərə cavab verməyə isə nə vaxtım, nə də həvəsim var. Mənim ana babam axund, ata babam isə kəndin sonuncu qanuni mollası olub. Sadəcə olaraq mənim Allah haqqında olan düşüncələrim bir az fərqlidir. Mənim üstümə “hücum” çəkən adamlar anlamırlar ki, İslam zor dini deyil. Onlar müsəlman kimi yox, Cəhənnəm zəbanisi kimi danışırlar. Anlamırlar ki, İslamda zor yoxdur, kim nəyə istəyirsə, inana bilər. Necə müsəlman olduqları elə yazdıqları statuslardan bəllidir. Deməli, onlar heç müsəlman da deyillər”.
 
 
 

Dünyapress TV

Xəbər lenti