Ardını oxu...
Atasını erkən itirən, on səkkiz yaşında ailə quran Dilarə Əliyeva qardaşından nəyi gizlətmişdi?
Teref.az kulis.az-a istinadən aktrisa, aparıcı, Əməkdar artist Dilarə Əliyeva haqqında maraqlı faktları təqdim edir.

Dilarə Hasil qızı Əliyeva 27 Oktyabr 1972-ci ildə Sumqayıtda anadan olub. Ailədə dörd uşaq olublar. Dilarənin on altı yaşı olanda, atası dünyasını dəyişir. Orta məktəbi bitirəndən sonra o, sənədlərini İncəsənət Universitetinin aktyorluq fakültəsinə verir və qəbul olunur.

***

Elə universitetdə oxuyan zaman Oqtay Əliyevlə tanış olur. Bu tanışlıq qısa müddətdən sonra evliliyə çevrilir. Aktrisa müsahibələrinin birində bu haqda deyir:

“Universitetə daxil olandan 1-2 ay sonra ərə getdim. İlk sevgim, qarşıma çıxan ilk bəy Oqtay olub. İlk sevgi güllərini də ondan almışam. Mənə tülpan gətirmişdi. Zahirən nəhəng, amma incə qəlbə malik biridir. Oqtay teatrda rejissor idi. Məni tamaşaya dəvət etdi. “Ər və arvad” tamaşası ilə ilk dəfə səhnəyə çıxdım. Onu nümayiş etdirdikdən sonra biz evləndik, ər və arvad olduq”.

1994-cü ildə buradan məzun olur. İrəvan Dövlət Teatrında aktrisa kimi fəaliyyətə başlayır. On illik teatr fəaliyyətindən sonra aktrisa teatrdan uzaqlaşır. Efirlərdə aparıcı kimi görünməyə başlayır. Tamaşaçı onu aparıcı kimi tanıyıb qəbul edir.

***

Dilarə Əliyevaya ən çox uğur gətirən televiziya layihəsi “Çal-çağır” olub. Uzun illər bu layihənin aparıcısı olan aktrisa sonralar daha iri formatlı verilişlərdə müəllif kimi fəaliyyətinə davam edib.

***



Aktrisa prodüser Oqtay Əliyevlə ailə həyatı qurub. Bu evlilikdən onların iki qızı dünyaya gəlib. Sənətkarlar ailəsinin gəlini olan aktrisanın qayınatası Xalq artisti Vidadi Əliyev, qayınanası isə Xalq artisti Elmira İsmayılovadır. Aktrisanın qaynı məşhur aparıcı Elçin Əlibəyli, qardaşı isə aktyor Vüsal Əliyevdir.

“Vüsal məndən on yaş balacadır. Mənim on altı yaşım olanda atam rəhmətə getdi. Vüsal onda çox balaca idi. Və atamın itkisindən sonra bizim ailədə hamı ona qarşı həssas olmağa, atasız böyüdüyü üçün onu qorumağa çalışdı. Əslində, biz hamımız, elə Vüsal özü də deyib-gülən zarafatcıl insanlarıq. Sadəcə, bir verilişdə Vüsal mənə təşəkkür etdi. O zaman kövrəldim. Çünki mən istəmirəm o, mənə təşəkkür etsin. Onsuz da, Vüsal bunları bilir, təşəkkür etməsi lazım deyil. Həm də mən atamın ona edə bilmədiklərini etməyə çalışmışam. O, bəlkə də, atalı-analı böyüsəydi, mən bu qədər həssas davranmazdım. Vüsalın hansısa çətin anı olanda dərhal atamın rəhmətə getdiyi ərəfə gözümün önünə gəlir. O heç nə başa düşmürdü və biz onun başını qatmağa çalışırdıq, atamızın ölümünü ondan gizlədirdik”.

Dilarə Əliyeva aktrisa kimi fəaliyyət göstərdiyi müddətdə “Məhəbbət yaşayır hələ!…”, “Durnalar qayıdanda”, “Dərəbəylik”, “Madam-Badam”, “Didərginlər”, “Oğru”, “Mənim qayınanam” kimi tamaşalarda maraqlı rolları ifa edib.

***

Aktrisa həmçinin “Leyli və Məcnun”, “Yumurta”, “Gəlinlər”, “Bəylik dərsi”, “Məhəllə”, “Cavid ömrü” adlı filmlərə çəkilib. Aktrisanın filmoqrafiyasında özünün ən çox sevib, qiymətləndirdiyi obraz “Cavid ömrü” filmindəki Müşkinaz rolu olub. O, özü bu barədə deyir:

“Müşkinaz obrazı mənə tapşırılanda bu rolun öhdəsindən gələrək ifa etməyi çox arzulayırdım. Mən bu obraz üzərində işləyərkən mənim arxamda “Çal-çağır” verilişinin böyük tamaşaçı ordusu vardı. Onlar məni elə tanıyır, qəbul edib sevirdilər. “Çal-çağır”dan uzaqlaşıb tamam başqa bir dünyaya getmək, bu qədər məsuliyyətli bir işin altına girib Cavid kimi şəxsiyyətin həyat yoldaşını canlandırmaq üçün təpədən-dırnağa qədər özümü o işə həsr etdim. Cavid haqqında kitabları, Müşkinaz xanımın yazdığı xatirələrin hamısını oxudum. İnanırsınız ki, aylarla dəhşətli, faciəli taleyi olan bir qadının həyatını yaşadım. Gecələr gözümə yuxu getmirdi. Başımı balışa qoyub saatlarla ağlayırdım. Bu günə qədər də Cavidlə bağlı tədbirlərdə mənə söz veriləndə gözlərim dolur, qəhərlənirəm. Yəni mən həmin obrazı, həqiqətən də, çox pis yaşadım. Ərtoğrulun erkən ölümü, dəfn zamanı çoxlarının qorxub tabuta yaxınlaşmaması, həmin məqamlarda Müşkinaz xanımın düşdüyü vəziyyət, doğrudan da, məni dərindən təsirləndirmişdi. Filmdə mənim oğlumu da qardaşım canlandırmışdı”.

***

Aktrisanın qızı Aytən 2019-cu ildə ailə quraraq xarici ölkəyə köçüb. Hazırda bir nəvəsi olan Əməkdar artist “Söhbət var” verilişinin aparıcısıdır.
 
Ardını oxu...
33 yaşlı kanadalı müğənni The Weeknd (əsl adı və soyadı - Abel Makkonen Tesfaye) iki Ginnes rekordu qıraraq dünyanın ən populyar sənətçisi olub.
Sfera.az bildirir ki, Efiopiya əsilli musiqiçi rəsmi olaraq dünyanın ən populyar sənətçisi olub.
“Starboy" sənətçisi 111,6 milyon ilə Spotify-da ən çox dinləyicisi olan Ginnes tituluna sahibdir. Eyni zamanda bu onu axın platformasında aylıq 100 milyon dinləyiciyə çatan ilk sənətçi edir.

Onun Spotify dinləyicilərinin sayı hətta aylıq 82,3 milyon dinləyicisi olan Miley Cyrus, Shakira (81,7 milyon), Taylor Swift (80,3 milyon) və Rihanna (78,2 milyon) da daxil olmaqla digər məşhur sənətçiləri də geridə qoyur.
Ardını oxu...
"O - Kişi" filmindən və "Saç lakı" serialından tanınan Hollivud ulduzu Amanda Bayns ötən bazar günü Los-Ancelesdə tamamilə çılpaq gəzib.

Teref.az axşam.az-a istinadən xəbər verir ki,aktrisa həbs edilib və sonra psixiatrik xəstəxanaya yerləşdirilib. Hadisə şahidinin dediyinə görə, aktrisa hər kəsin ona baxdığını görərək, lüt olduğunun fərqinə varıb. O, yoldan keçən bir maşını saxlayaraq, psixoloji problemi olduğunu deyib. Sonra 911 nömrəsinə zəng edib.

Aktrisa çılpaq küçələrdə gəzərkən fiziki zərər görməyib. Həkimlərin nəzarəti altında Amanda 72 saat qalmalı olub. Adətən psixiatriya klinikasında həbs olunanların saxlanma müddəti bu qədərdir, lakin uzadıla bilər.

Qeyd edək ki, Amandanın psixi problemlərinin olması faktı hələ 2013-cü ildə ortaya çıxıb. Bir dəfə qonşuların evində avtomobili və öz itini yandırmağa çalışan aktrisa psixiatriya klinikasında müalicə alıb.
Ardını oxu...
Bir vaxtlar məşhur türk serialı “Kurtlar Vadisi”ndə Doğu Eşrefoğlu obrazı ilə tanınan Altan Akışık illər sonra ortaya çıxıb.

Ustad aktyor zooparkda görüntülənib.

Yaşlı sənətçini Burak Memişoğlu qonaq edib. O, həmin anları “Instagram” səhifəsində paylaşıb.
“Doğu bəy”in yeni fotoları çox sayda bəyənmə toplayıb və serialın pərəstişkarlarını təəccübləndirib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Novruz bayramı mərasimləri İranda, xüsusilə də Güney Azərbaycanda və Quzey Azərbaycanda demək olar ki, eyni cür qeyd olunur. Amma ölkənin inkişafı ilə əlaqədar bəzi fərqlər var. Bu fərqləri Güneydən Bakıya gələndə gördüm.

Bu sözləri Axar.az-a güneyli fəal və yazıçı İbrahim Şizli deyib.

O, Bakıdakı bəzi Novruz adət-ənənələrinə təəccübləndiyini bildirib:

“Bakıya yeni gələndə mənə bir neçə ənənə çox maraqlı gəldi. Məsələn, papaqatdı. Bu, şalsallamanın yeni forması idi. Bir də görürdün qapı döyüldü və qarşında papaq var. Elə bilirdik ki, kimsə papağını unudub və onu götürürdük. Belə gülməli bir vəziyyət yaranırdı. Bu tayda dörd dəfə çərşənbə qeyd olunur. Dörd dəfə od yandırılır. Güneydə iki dəfə - Su və Od çərşənbəsində tonqal qalanır. Bizim məhəlləmizdə cavan uşaqlar tonqalın ətrafına yığışıb, oxuyub-oynayırdılar, heyrətlənirdik. Həmçinin, bayram axşamları da bu cür tonqal mərasimləri keçirirdilər. Musiqi alətləri gətirib, ifa edirdilər. O tayla müqayisədə çox fərqli keçirilirdi. Gördüklərimə əsasən, deyə bilərəm ki, buranın Novruz bayramı çox əzəmətli, şanlı idi. Hətta dövlət səviyyəsində yüksək səviyyədə qeyd olunur. Mən buradakı mərasimlərdən videolar hazırlayıb, dostlarıma göndərirəm ki, baxsınlar, burada necə əzəmətli qeyd olunur. Çoxu elə bilir ki, bu tərəfdə qeyd olunmur”.

O, getdikcə bayramların əvvəlki təmtəraqda qeyd olunmamasından şikayətlənib:

“Bunları qoruyub-saxlamaq lazımdır. Bu il yaşadığımız ərazidə, düzü, daha sönük keçdi. Əvvəl tonqal ətrafına çoxlu gənc toplaşırdı. Bu dəfə isə məhəlləmizdə nə çərşənbələrdə od yandırıldı, nə də bayramda. Bu da ola bilsin, camaatın yaşayış tərzi ilə əlaqəlidir. Bir telefonla, şəkilli mesaj göndərməklə bayramlaşırlar. Buna çox təəssüf edirəm. Dəyərlərimiz tariximizdir. Bu tarixi ənənələrimiz yavaş-yavaş yaddaşlardan silinir. Bunu belə görmək istəmirəm”.
 
Ardını oxu...
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Novruz bayramı ilə bağlı qalmaqallı paylaşım edib.

“Twitter” səhifəsində paylaşım edən nazir, təbrik mesajında dahi şairimiz Nizami Gəncəvini İran şair kimi təqdim edib.

Vurğulayaq ki, bu İran rəsmilərinin səsləndirdikləri ilk sərsəm fikir deyil.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
 
 
Ardını oxu...
Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Bakı Şəhər İcra Hakimiyyəti və MTK-nın birgə təşkilatçılığı ilə "Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru" kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib. Tədbirdə BŞİH-nin məsul əməkdaşları, kompleksin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirin əvvəlində iştirakçıların ifasında Dövlət Himnimiz oxunub, sonra vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə həsr edilən video-çarx nümayiş etdirilib.
Tədbiri açan Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova qonaqları və tədbir iştirakçılarını salamladı, Qarabağ həqiqətləri və 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbənin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq kitabın əhəmiyyətindən söz açdı.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elmin İmanov bildirib ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsidir. Bildirildi ki, kitab Azərbaycan, rus və türk dillərində çap edilib, ərəb və fars dillərində nəşrlərə hazırlıq görülür və bu gün artıq kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilir. O, qeyd edib ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiiyyət faktoru amilini bir daha sübut edir. Kitabın ingilis dilində çap edilməsi dünyanın bir çox ölkələrində yaşayanların bu müharibə ilə bağlı düzgün məlumat almasına kömək edəcəkdir.
Daha sonra çıxış edən MTK-nin şagirdləri Janel Tağıyeva, Leyla Qasımova və Aydan Abbaslı kitabdakı məqalələr və onların məzmunu barədə məlumat verdilər, Banu Dəvəli, Banu Həbibbəyli, Həşim Sadıqov, Kamran İbrahim, Leyla Qasımova və Əli Əliyev kitabdakı bir sira məqalələri təhlil etdilər. Zeynəb Rzayeva və Səma Cəfərova isə kompleksin müəllimləri, Vətən Müharibəsinin iştirakçıları olan Fuad Məmmədov və Asim Rəsulovla video konfrans formatında müsahibələrini təqdim etdilər.
Qeyd edilməlidir ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan Şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Xəbər verdiyimiz kimi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.

Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİA.AZ bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur vətənpərvərliyin içdən gələn duyğu olduğunu və hər kəsdə olmadığını bildirib:

“Biri var, vətənpərvərlik, biri də var vətən oğruları. Vətənpərvər insanlar ailədə bu cür yetişir, belə tərbiyə olunur və vətəni, dövləti, xalqı, milləti sevirlər. Onlar bu vətən uğrunda canlarından keçən insanlardır.

Mən şəhid olan oğlum Rövşəndən misal gətirəcəyəm, o, “İstanbul” restoranını işlədirdi, iki övladı, cavan xanımı var idi, amma müharibə vaxtı bir kəlmə dedi ki, vətən məni çağırır, getməliyəm. O komissara dedi ki, cavan, 18-19 yaşlı uşaqlar düşmənlə bacara bilməz, ora təcrübəli, mənim kimi zabitlər lazımdır. Özü və onunla bərabər 5 zabit dostu döyüşə getdi. Füzulidə, Cəbrayılda, Qubadlıda vuruşdu, Şuşa uğrunda döyüşdə yaralandı, yaralananda ona morfin vuruldu və hayqırdı ki, qələbəni birimiz canımız, birimiz qanımızla almalıyıq! Amma həmin dövrdə Azərbaycanın bütün məmur, nazir və millət vəkilinin balaları hamısı qaçıb Dubaya, Londona, Avropaya, Amrikaya getdilər. Mən bu haqda prezidentə də müraciət etmişdim. Onlar müharibədən sonra, qələbə qazanandan sonra Bakıya qayıtdılar, atalarının aldığı bahalı maşınlara minib bayraqları çıxarıb şou yaratdılar.

Amma əslində həmin adamlar hamısı fərari idilər. Onlar vətənin, dövlətçiliyin düşməni idilər, lakin görün necə şou yaratdılar. Onların hamısını, ataları ilə bir yerdə içəri basmaq lazım idi”.

Sənətçi İkinci Qarabağ Müharibəsi dövründə ölkədən qaçan məmur övladlarını sərt şəkildə tənqid edib:

“İkinci Qarabağ müharibəsində 3 min şəhid verdik. O şəhidlərin hamısı kasıb balaları idi.

O qaçanlara isə Azərbaycanın pulu lazımdır. Onlara məhz pul lazımdır ki, gedib xaricdə villa alsınlar, otel tikdirsinlər, şirkət qursunlar, kef çəksinlər. Bunlarda milli hiss yoxdur. Milli hiss genlə gəlir, nəsildə olur, evdə aldığı tərbiyədən gəlir. Bir yəhudi misalı var: deyir ki, bir insan 3 nəfər siyasətçi ilə oturub-dursa, 4-cü siyasətçi olacaq, vətənpərvərlə oturub-dursa özü də elə olacaq və narkomanla oturub-dursa, 4-cü narkoman elə özü olacaq. Bunlarda vətənpərvərlik, dövlətə xidmət hissi yoxdur! Onlar gözüyumulu yaşayırlar, çünki hamısının genində qarışıqlıq var, onlarda ya erməni, ya da rus qanı var. Müharibə vaxtı ölkədən qaçan bu adamlar indi milyonlar qazanırlar”.
Ardını oxu...
Vətən müharibəsinə həsr olunmuş filmin çəkilişi baş tutmayıb.

DİA.AZ “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu iddia ilə aktyor Corc Qafarov çıxış edib.

Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan zəfərlə bağlı böyük bir film çəkilməli olsa da, ayrılan vəsait mənimsənildiyi üçün bu, baş tutmayıb.
Ətraflı

Aktyor bu barədə instaqrdam hesabında yazıb:

“Keçən il ikinci Qarabağ müharibəsinə həsr olunmuş, ən əsası zəfərimizlə bağlı böyük bir film çəkilməli idi. Çəkilmədi, çünki böyük miqdarda pullar yeyildi. Kim yedi, necə yedi orasını yalan deyərəm. Hələ bizə ayrılan biabırçı qonorardan danışmıram. Mən öz şəxsimə danışıram ki, o çəkilişə pula görə yox, borc bilib razılıq verdim. Təlimlərə yola düşdük, 1 aya yaxın orada sözün əsl mənasında yaşadıq. Təlimlərdə ayağımız, əllərimiz yara olmuşdu. Bundan şikayətci deyiləm, əksinə bundan həzz alıram. Amma yanımızda olmalıydız, və bütün aktyorlara qulluq etməliydiniz, etmədiniz. Bu əziyyətə görə, biz bu az miqdarda olan qonorara razılıq vermişdiksə, maddi tərəfdən yaramırsınızsa, heç olmasa, mənəvi tərəfdən yarıyardınız. Mən vicdanlı olanlar tərəfindənəm, pul yeyənlər tərəfindən deyil. Mən dünyaya işıq saçan insanlar tərəfindənəm. Mən nə edirəmsə, təmiz iş görürəm. Mənim kimdənsə nə qorxacağım, nə də çəkinəcəyim var. Bu mətni yazdım ki, gec deyil ayılın və vicdanlı olun, işinizlə düzgün məşğul olun. Ümid edirəm, Azərbaycan incəsəntinə ləkə salanlar bir-bir təmizlənərsiniz. Buna əminəm, geci-tezi var!”.
Qeyd edək ki, gənc aktyor təlimlərdən görüntüləri də paylaşıb.

VİDEO BURADA: https://ok.ru/video/4830018734698
Ardını oxu...
Kremlin ən qızğın təbliğatçılarından olan Vladimir Solovyovla bağlı maraqlı məlumatlar dərc olunub.

“AzPolitika.info” xəbər verir ki, Rusiyanın tanınmış “The İnsider” nəşri Solovyovun 1990-cı illərdə qətl sifariş etmək üçün “killer” axtardığını yazıb. Bununla bağlı nəşrə sabiq FTX zabiti Sergey Astaşin məlumat verib.

O, deyib ki, Solovyov şəxsən Astaşindən 10 min dollar müqabilində “killer” tapmasını xahiş edib. Solovyovun öldürtmək istədiyi adam isə “Otari” ləqəbli kriminal avtoritet Otari Kvantrişvili olub.

Jurnalistlə kriminal avtoritet arasında ədavətin nəylə bağlı olduğuna dair məlumat verilmir. Lakin Astaşin deyib ki, Solovyovun təklifini dərhal FTX rəhbərliyinə çatdırıb və bundan sonra indiki Kreml təbliğatçısı, o zamansa nisbətən müstəqil mövqe tutan Solovyov sorğu-suala çəkilib. Astaşin hesab edir ki, məhz həmin vaxt FTX Solovyovu “verbovka” edib və onun indiyə qədər “səhnədə qalması” da məhz FTX ilə əməkdaşlığından qaynaqlanır.

“Otari”-yə gəlincə, xatırladaq ki, bir zamanlar böyük nüfuza malik olan bu kriminal avtoritet elə muzdlu qatil tərəfindən 1994-cü ildə qətlə yetirilib. Lakin bu, Solovyovun sifarişi olmayıb. Yalnız 12 ildən sonra məlum olub ki, qətlin sifarişçisi Kvantrişvilinin şəriki, digər kriminal avtoritet “Silvester” olub.

Dünyapress TV

Xəbər lenti