İnam Kərimovun YARMARKA KAMİFULYAJLI MARKETLƏRİ...
Paytaxtda təşkil olunan ənənəvi kənd təsərrüfatı məhsullarının satış yarmarkalarından narazılıq edənlər sırasına millət vəkilləri də qatılıb. Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Emin Hacıyev yarmarkaların təyinatına uyğun fəaliyyət göstərmədiyini, qiymətləri kəndlilərin deyil, vasitəçilərin təyin etdiyini söyləyib: “Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalarda kəndlilərin iştirakından söhbət gedə bilməz. Özüm dəfələrlə bu yarmarkalarda olmuşam. Ortalıqda vasitəçilər var, onlar da yarmarkaları idarə edərək qiymətlərə təsir edirlər”.

Millət vəkili “bununla bağlı nazirlik hər hansı iş görməyi planlaşdırırmı?”, - deyə sual da ünvanlayıb. KTN-in Torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev isə bildirib ki, yarmarkalara nazirlik tərəfindən nəzarət edilir: “Nəzarət qrupu yarmarkada qiymətlərin tənzimlənməsinə nəzarət edir. Ona görə də yarmarkada qiymətlər bazar qiymətlərindən yuxarı ola bilməz”.

Yarmarkalarda kəndlilərin şəxsən iştirakı və qiymət siyasəti daim müzakirə mövzusudur. Alıcılar da narazıdır, kəndlilər də. Sirr deyil ki, kəndlinin məhsulunu şəhərə girişdəcə alverçilər əlindən dəyər-dəyməzinə alıb gəldiyi yerə yola salır. Sonrasa başlanır bazara – yarmarkaya giriş mərhələsi. Deyilənə görə, burada da müəyyən məbləğ müqabilində piştaxta icarəyə götürülür, məhsul satışına başlanılır. Yarmarkalardakı qiymətlərin şəhərdəki pərakəndə satış bazarlarıyla aşağı-yuxarı eyni olmasının səbəbi də budur. Piştaxtaya, məhsul satışı üçün ayrılan yerə görə ödəniş edən bu məbləği məhsulun üzərinə əlavə edir, nəticədə qiymət alıcıları qane etməyəcək səviyyəyə çatır. Sosial şəbəkədə də bu haqda yazanlar yarmarkalarda alverçilərin əsas rolda olduğunu bildirir. Halbuki kəndli yetişdirdiyi məhsulu özü bazara çıxarsa, həm özü qazanc əldə edəcək, həm də qiymət aşağı olacaq. Amma belə olmur. Kəndli əziyyət çəkib əkib-becərir, ortada isə işbazlar qazanır.

DİA.AZ-ın məlumatına görə, iqtisadçı Fuad İbrahimov “Şərq“ə açıqlamasında qeyd etdi ki, fermerin – kəndlinin bu yarmarkalara məhsul gətirib satışa çıxardığına əmin deyil:

- Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında kəndlilər iştirak etmir, şəhərli satıcılar, alverçilər işləyir. Həmin yarmarkalarda paytaxtda ticarətlə məşğul olanları, bazarlarda alver edənləri görürük. Çox nadir hallarda orda kənddən gəlmiş fermer görə bilərsiz.

Birincisi, fermerin yarmarkada satışla məşğul olması üçün gecələməyə yeri olmalıdır. Fermer gündüz qazandığı pulu gecələmək üçün kirayələdiyi otağa verəcəksə, daha niyə şəhərə gəlir?! Yarmarkanın əsas funksiyası kəndlinin öz məhsulu ilə orada təmsil olunması, becərdiyi məhsulu özünün satmasıdır. Hamımız da bilirik ki, qiymət o zaman bahalaşır ki, məhsul ikinci, üçüncü “əldən” keçir. Yəni yarmarkanı, yarmarka vacibdir deyə, təşkil edirlər, amma əsl mahiyyət qalır kənarda, bazardan bir fərqi olmur.

Bəzən yarmarkanı bazarla yanaşı təşkil edirlər. Yaxınlıqdakı bazardan çadırlar, piştaxtalar götürüb quraşdırırlar. Bazardakı satıcıları da müəyyən müddətə yarmarkaya cəlb edirlər. Bu, aldadıcı üsuldur. Ona görə də qiymətlər ucuz olmur, əhali də narazı qalır. Ənənəvi bazarla, market qiymətləri ilə yarmarka qiymətləri arasında gözəçarpan fərq yoxdur.

Əsl yarmarka təşkil etmək istəyirlərsə, bunun sadə yolu var, o da kəndlinini kənddən şəhərə gəlişini təmin etmək, becərdiyi məhsulun sərbəst satışına şərait yaratmaqdır. Amma monopoliya buna imkan vermir.

Bölmənin digər xəbərləri

15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti