Ərzaq məhsulları ƏDV-dən azad edilməlidir - İqtisadçı ekspertin şərhi
Prezident İlham Əliyevin yerli TV-lərə verdiyi müsahibəni diqqətlə izlədim, təəssüf ki, yeni tezislər çox az idi, əsasən bundan öncə elan edilən məsələlərin təkrarını dinlədik, ona görə də, bir tək inflyasiya ilə bağlı dediklərinə şərh vermək istərdim.
İlham Əliyev: “Hələ idxaldan asılıyıq, yüksək inflyasiya Azərbaycana idxal edilib. İdxal edilmiş inflyasiya ilə bizim mübarizə imkanlarımız kifayət qədər məhduddur”.
Doğrudan da, ölkə ərzaq məhsullarında 75%-ə yaxın, dərman və tibbi ləvazimatda 95%-ə yaxın, qeyri-ərzaq, sənaye mallarının bir çox növlərində 100% idxaldan asılıdır və bu sual yaradır ki, 30 ilə yaxın ölkəni idarə edən hökumət nədən yerli istehsalla bağlı ciddi uğurlar əldə edə bilməyib.
İndi sözümün canı heç o da deyil, bu haqda zatən illərdir danışırıq: Bəli, xaricdəki qiymət artımı ölkəyə təsir edir, bu bizdən asılı deyil, amma vergi-gömrük siyasəti ki, ölkədən, indiki hökumətdən asılıdır, elə deyil?! Ölkədə ƏDV-ni, vergi növlərini, gömrük rüsumlarını ki, ABŞ, Avropa, Dünya təyin etmir – deməli, qiymət artımı ilə effektiv mübarizə üçün hökumət vergi-gömrük alətlərindən doğru istifadə edə bilmir, 6 aya yaxındır ki, ərzaq məhsullarında ƏDV-ni 18%-dən 2%-ə salmağı, dərmanlar da isə ƏDV-ni tamamən ləğv etməyi təklif etmişik.
Ölkə əhalisi gəlirlərinin 55%-i ərzağa, 4%-ə yaxınını isə dərman və tibbi xidmətlərə sərf edir, vətəndaşlar öz ərzaq təlabatının 80%-ni şəbəkə marketlərdən ödəyir ki, onlar da ƏDV ödəyicisi olduqları üçün kassada 50 manatlıq ərzağa 59 manat ödəməyə məcbur qalır. Bu məsələnin həlli dünyadan deyil də, məhz iqtidardan asılıdır. Bu addım qiymət artımını xeyli səngidə, əhalinin real gəlirlərini artıra bilər. Əhali ərzaq və dərman alarkən ƏDV-dən qənaət etdiyini qeyri-ərzaq məhsullarına xərcləyəcək ki, onların dövriyyəsi artıqca zatən satışdan əldə olunan büdcəyə ƏDV ödənişləri də yüksələcək – yəni, bu addım heç də büdcəyə vergi daxilolmalarını ciddi azaltmayacaq, büdcə böyük pul itirməyəcək, camaat ƏDV-dən qənaət etdiyinə, məsələn, ayaqqabı, mikser, pal-paltar və s. alaraq zatən ticarət dövriyyəsinin artmasına, o sahələrdən vergidaxilolmaların çoxalmasına səbəb olacaq...
Natiq Cəfərli
Teref.az
 

Bölmənin digər xəbərləri

01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı

Dünyapress TV

Xəbər lenti