Rusiya nefti üçün qiymət həddi qüvvəyə minir: Azərbaycan üçün gözləntilər
Dekabrın 5-dən etibarən Rusiya neftinin Avropa İttifaqı tərəfindən müəyyən edilən bir barel üçün 60 dollar məbləğində qiymət həddi qüvvəyə minir.

DİA.AZ bildirir ki, bununla bağlı qəbul edilən sənəd bu məbləğdən baha olan məhsulların dəniz nəqliyyatı xidmətlərinin göstərilməsini qadağan edir. Hələlik məhdudiyyət xam neftə təsir edəcək və fevralın 5-dən neft məhsulları üçün qiymət həddi tətbiq ediləcək. Avropa İttifaqının sənədində qeyd olunub ki, qiymət bazar qiymətindən ən azı 5 faiz aşağı olmalıdır.

Bu tarixdən Rusiyadan Avropaya dəniz yolu ilə neft nəqlinə də embarqo tətbiq edilir. Eyni zamanda, "Drujba" neft kəməri ilə ixrac davam edir. Yəni, Avropa İttifaqına neft tədarükünün ümumi həcmindən (gündə 4,5 milyon barel) dekabrın 5-dən etibarən 2,2 milyon barel neft axını dayandıracaq.

Beynəlxalq Enerji Agentliyi Avropa İttifaqının Rusiya neftinin idxalına qadağasının qüvvəyə minməsindən sonra gələn il Rusiya neft hasilatının sutkada 1,4 milyon barel azalacağını proqnozlaşdırır.

BEA ekspertləri hesab edirlər ki, Moskvanı gəlirdən məhrum etmək qərarı neft bazarlarında əlavə qeyri-müəyyənlik yaradacaq və qiymətlərə, o cümlədən dizel yanacağına təzyiqi artıracaq.

Təklif olunan neft qiymətinin tavanı gərginliyi azaltmağa kömək edə bilər, lakin bir çox qeyri-müəyyənliklər və logistik problemlər qalmaqdadır.

Azərbaycanlı enerji eksperti İlham Şaban Trend-ə bildirilib ki, Rusiya nefti üçün qiymət həddi tətbiqinin əlbətt ki, bazarlara təsiri olacaq

"İlk təsir emosional faktorlardan qaynaqlanacaq: çünki bu hadisəni alovlandıran hər iki tərəfin (bu qərarı verən ölkələr və Rusiya) bir birinə zidd səsləndirdikləri fikirlər olacaq. Qərar faktiki olaraq cümə günü dünya birjaları bağlandığı zamana təsadüf etdiyindən biz onun təzahürlərini bazar ertəsi hiss edəcəyik. Amma elektron hərraclarda cümə günu neft qiymətlərinin nəzərə çapmayacaq dərəcədə aşağı enməsini müşahidə edirdik: "Brent" markalı neftinin fevral fyuçersləri 85,5 dollar ətrafında ticarət edilib", - deyə ekspert bildirib.

İ.Şaban qeyd edib ki, ABŞ Maliyyə nazirliyinin açıqlanan məlumatında bildirilib ki, Rusiya yuxarı hədd qiymətini keçməmək şərti ilə qlobal bazarlarda neft tədarükçüsü kimi iştirak edə bilər.

"Noyabr ayı üçün Urals markalı neftin orta satış qiyməti Rusiya Maliyyə nazirliyinin açıqlamasına görə, 66,47 dollar təşkil edib. Amma noyabrda Rusiya neftinin ən ucuz partiyası 52 dollara satılıb. Yəni bu statistikadan çıxış etsək, Qərbin Rusiya neftinə qarşı atdığı son qadağa bazarda bərqərar olmuş vəziyyətin hüquqi müstəviyə keçirilməsidir. Məqsəd isə həm də Rusiyanın neft hasilatını azaltmağa vadar etməkdir. Təbii ki, qlobal bazarda xüsusi çəkisi azalacaq Rusiyanın yerini digər oyunçular tutmalıdır (qazdan fərqli olaraq neftdə buna nail olmaq daha az müddət tələb edir). ABŞ, Səudiyyə Ərəbistanı, İraq, Liviya və Venesuelanın nefti Rusiya neftinin itirilmiş həcmlərini əvəz edə bilər", - deyə o bildirib.

Azərbaycana gəldikdə isə ekspert qeyd edib ki, bizim bazara çıxardığımız neftin qiyməti beynəlxalq birjalarda müəyyən edilmir:

"Azərbaycan nefti "Brent"in gündəlik spot qiymətini rəhbər tutur. Amma Azərbaycan neftinin qiyməti "Brent" markalı neftinin qiymətlərini üstələyə bilər, çünki Avropada "Urals" markalı neftinin satış həcmi azaldıqda yüngül neft markalarına ilk dövrdə tələbat artmalıdır. Burada söhbət Türkiyə vasitəsilə dünya bazarına çıxardığımız "Ceyhan BTC Blend" markalı neftindən gedir".

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan 2021-ci ilin eyni dövründəki 23 800 444 ton (11,220 milyard ABŞ dolları) ilə müqayisədə 2022-ci ilin yanvar-oktyabr aylarında 17,180 milyard dollar dəyərində 22 682 798 ton xam neft və neft məhsulları ixrac edilib.

Beləliklə, Azərbaycanın xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir illik müqayisədə 53,1 faiz artıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında xam neft və neft məhsullarının payı bir il əvvəl 66,59 faizə qarşı 49,49 faiz təşkil edib.

Bölmənin digər xəbərləri

01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı

Dünyapress TV

Xəbər lenti