Dünyada ucuzlaşan yağ Azərbaycanda niyə bahalaşır?
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) sentyabr ayında bitki yağı qiymətlərinin azaldığını açıqlayıb. FAO Bitki Yağı Qiymətləri İndeksi aylıq müqayisədə 6,6 faiz azalaraq, sentyabr ayında 152,6 bənd təşkil edib. Bu göstərici son bir ilin ən aşağı həddidir. Azərbaycanda isə vəziyyət digər ölkələrdən bir qədər fərqlidir. Belə ki, həm bitki yağlarının, həm də bütövlükdə duru yağların qiymətində kəskin artım müşahidə edilir. Əvvəlki illərdə artım aşağı həcmdə olduğu üçün çox nəzərə çarpmasa da, son bir ildə yağlarda 1-5 manat aralığında bahalaşmanın olduğu açıq görünür.

Maraqlıdır, dünya bazarında yağın qiymətində ucuzlaşma olduğu halda, Azərbaycanda niyə hələ də bahalaşma davam edir?

Məsələni şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ilk olaraq dünya bazarında ərzaq qiymətlərinin ucuzlaşma səbəblərindən danışıb.

O bildirib ki, əsas səbəb bir neçə ay bundan əvvəl Avropanın və Afrikanın ərzaq təminatında müstəsna rola malik olan Ukrayna limanlarının açılmasıdır:

“Bu hadisə ucuzlaşmaya təkan verdi. Beş ay Ukrayna limanları bağlı qaldı və həmin müddətdə Ukraynanın ərzaq alıcıları məhsul ala bilmədilər deyə öz ehtiyatlarından istifadə etdilər, nəticədə qıtlıq yarandı və qiymətlər bahalaşdı. Amma Ukraynadakı ərzaq olduğu kimi qaldı. Birdən-birə limanların açılması dünya bazarına xeyli miqdarda məhsulun atılmasına səbəb oldu ki, bu da qiymətlərin ucuzlaşmasına gətirib çıxardı.

Bundan başqa, yay kənd təsərrüfatı məhsullarının mövsümüdür. Mövsüm başlayanda bütün dünyada bu ilin kənd təsərrüfatı üçün çox münbit bir il olduğu, məhsuldarlığın yüksək olacağı müşahidə olundu. Buğdanın məhsuldarlığı Rusiyada 30-40 faiz artıb. Nəticədə ötən illə müqayisədə bu il Rusiya iki dəfə çox ərzaq buğdası, dənli bitkilər istehsal edə bilib. Ukrayna, Braziliyada da həmçinin məhsuldarlıq yüksək olub. Ona görə də dünya bazarında təklif spektri genişlənib. Bu da, sözsüz ki, qiymətlərin aşağı düşməsinə səbəb olub. Yəni bitki yağlarının qiymətinin dünya bazarında ucuzlaşmasının ilkin səbəbi Ukrayna limanlarının açılması idisə, ikinci səbəb ərzaq məhsullarının bolluğu ilə bağlıdır. Hətta Meksikada da məhsuldarlıq ötən illə müqayisədə 40-50 faiz artıb”.

Ekspert Azərbaycanda yağların, xüsusilə bitki yağlarının qiymətlərinin bahalaşma səbəbinin isə ümumi olduğunu deyib:

“Bu gün Azərbaycanda idxal da, daxili istehsal da inhisardadır. İnhisarçı sahibkar isə heç vaxt məhsulun ucuzlaşması barədə düşünmür. Digər tərəfdən, istehsalçı da əgər istehsal etdiyi mal və məhsul inhisardadırsa, qiymətlərin bahalaşmasından narahat olmur. Əsassız olaraq qiyməti artırırlar, bu da onunla bağlıdır ki, həmin sahibkarların bazarda rəqibi yoxdur. İnhisarçılar məhsulları öz aralarında gizli şəkildə bölüblər, ixtisaslaşıblar, bir qrup taxıl, digər qrup başqa məhsul idxal edir”.

İqtisadçı həmin şəxslər arasında gizli sazişin olduğunu və ona uyğun olaraq qiymət müəyyənləşdirdiklərini diqqətə çatdırıb:

“Özləri üçün xeyir götürürlər, onların qiymət artımı isə əhliyə ziyan vurur. Bu gün bazarda hansısa inhisarçının rəqibi yoxdursa, onlar nəyə görə qiyməti ucuzlaşdırmalıdır, bahalaşmanı niyə dayandırmalıdır? Bahalaşmanın dayandırılması, optimal qaydada qiymətin qoyulması və keyfiyyətin yüksəlməsi üçün bazarda mütləq rəqabət olmalıdır, rəqabət olmayan bazarda heç vaxt qiymətin ucuzlaşmasını müşahidə etmək mümkün deyil. Biz Azərbaycanda ucuzlaşmanı və keyfiyyətin yüksəlməsini o vaxt müşahidə edəcəyik ki, Azərbaycan iqtisadiyyatı inhisardan azad olsun, heç olmasa, inhisar azalsın. Çünki bu gün iqtisadiyyatımızın böyük hissəsi inhisardadır. Ona görə də biz Azərbaycanın daxili bazarında nə qiymətin ucuzlaşmasını, nə də keyfiyyətli məhsulu gözləyək. Çünki keyfiyyətli məhsul maya dəyərini artırır. Maya dəyəri artırsa, inhisarçı sahibkarın gəlirləri azalır. Qiymətlərin ucuzlaşması üçün heç bir mexanizm, təzyiq vasitəsi yoxdur. Ona görə də sahibkar getdikcə qiyməti artırır ki, gəliri artsın”./oxu.az
 
 
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti