Sondan dördüncü…
“Z/Yen Group Ltd.” maliyyə və konsaltinq şirkəti hər yarım ildən bir dünyanın ən böyük maliyyə mərkəzlərinin reytinqini açıqlayır. 2007-ci ildən bəri yayımlanan reytinq 11 min respondentin rəyi əsasında hesablanır. Respondentlər bankçılıq, maliyyə, idarəetmə, sığorta, investisiya idarəçiliyi, ticarət birlikləri və digər bu kimi sahələrin təmsilçiləridir.

Beynəlxalq maliyyə qurumlarının da söykəndiyi builki ikinci buraxılışı yayımlanıb. Reytinqə dünyanın 119 şəhərinin göstəriciləri daxil edilib. Bakı da bu reytinqə əksini tapıb, ancaq Azərbaycan paytaxtının reytinqdəki yerini heç də uğurlu saymaq olmaz. Nəticələrə görə, Bakı siyahıdakı şəhərlərdən cəmi üçünü qabaqlaya bilib və 119 şəhər arasında 116-cı yeri tutub. Bu, həm də o deməkdir ki, Bakı şəhərinin mövqeyi 2020-ci illə müqayisədə iki pillə geriləyib. Bakının qabaqlaya bildiyi üç şəhər Barbados və Çinin Sian və Uhan şəhərləridir. Bu nəticə ilə Bakı həm də Şərqi Avropa və Mərkəzi Asiya regionunda reytinqə daxil şəhərlər arasında sonuncu yeri tutub.

Dünyanın ən böyük maliyyə mərkəzləri hansılardır
Sözügedən reytinq siyahısına artıq dörd ildir ki, Nyu-York şəhəri (ABŞ) başçılıq edir. Siyahının ikinci pilləsində Böyük Britaniyanın paytaxtı London, üçüncü yerdə Sinqapur şəhəri dayanır. Honkonq və San-Fransisko şəhərləri də siyahıda ilk beş yerə çıxıb. Ən çox geriləmə yaşayan şəhər İndoneziyanın paytaxtı Cakarta olub. Bu şəhər 26 pillə geriləyərək 95-ci yerə düşüb.

Mövqeyini ən çox yaxşılaşdıran şəhərlər arasında 16 pillə irəliləyərək 26-cı yerə yüksələn Berlin və 10 pillə yüksələrək dünyada ən böyük 13-cü maliyyə mərkəzi olan Sidney diqqət çəkir.

Siyahıya Azərbaycanla qonşu ölkələrin də şəhərləri daxil edilib. Məsələn, İstanbul dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində 119 şəhər arasında 77-ci yerdə qərarlaşıb. Son dövrlər Türkiyə iqtisadiyyatının yaşadığı problemlər bu reytinqə də təsir göstərib, axı İstanbul biröncəki illə müqayisədə 13 pillə geriləyib. Sanksiyalar ucbatından çətin günlər yaşayan Rusiya şəhərlərinin də reytinqi aşağı düşüb. Paytaxt Moskva bir il öncə dünyanın ən böyük 51-ci maliyyə mərkəzi sayılırdısa, bu il siyahıda 73-cü olub. Ölkənin digər böyük şəhəri Sankt-Peterburqsa 17 pillə geriləyərək 114-cü yerdə qərarlaşıb. İranın paytaxtı Tehran son dönəmlər mövqeyini 6 pillə yaxşılaşdıraraq 112-ci pilləyə yüksəlib.

Siyahıda diqqətçəkən daha bir məqam Qazaxıstanla bağlıdır. Azərbaycanla nisbətən bənzər iqtisadi struktura sahib Qazaxıstanın iki şəhəri dünyanın ən böyük maliyyə mərkəzləri reytinqində yer alıb. Hər iki şəhərin – həm Almatı, həm də Nursultanın (artıq yenə Astana adlanır) göstəriciləri Bakı ilə müqayisədə daha yaxşıdır. Almatı 66-cı, Astana 89-cu pillədə yer ala bilib.

Azərbaycanın reytinqi niyə ürəkaçan deyil
Azərbaycanda maliyyə bazarlarının zəif inkişafı tez-tez dartışılır. Müstəqil ekspertlərin fikrincə, ölkənin maliyyə bazarlarının gəlişməsini əngəlləyən bir çox problem var. Bunlardan ən ciddilərindən biri ölkə iqtisadiyyatına özəlliklə xarici kapitalın giriş imkanlarının məhdudluğudur. Həmin problem ölkədə məmur sahibkarlığının geniş yayılmasından və bir çox sahədə rəqabət ortamının olmamasından qaynaqlanır. Bazara inzibati müdaxilə imkanlarının olması inkişafa ciddi maneədir, axı xarici investorların hər hansı bir ölkəyə yatırım etməsinə təsir göstərən ən vacib amillərdən biri həmin ölkədə rəqabət imkanlarının yaxşı səviyyədə olmasıdır.

Yatırım qərarlarına təsir edən digər bir amilsə ölkədə qanunun aliliyinin təmin edilməsi və məhkəmə-hüquq sisteminə güvənlə bağlıdır. Azərbaycanda bu istiqamətdəki durumun da əcnəbi yatırımçıların gözləntilərini qarşıladığını demək mümkün deyil. Bu baxımdan, ölkədə iqtisadiyyatın liberallaşdırılması və hər kəsə eyni fürsət və rəqabət imkanlarının yaradılması çox önəmlidir.

Hüquq-məhkəmə sisteminə güvənin yaradılması və əlaqədar qurumların şəffaf fəaliyyəti də ölkə iqtisadiyyatı üçün çox vacib sayılmalıdır. Qiymətli kağızlar və investisiya bazarının gəlişməməsi maliyyə sektorunda yalnız bankları gözə çarpdırır. Azərbaycan banklarının əsas fəaliyyəti isə, əsasən, kreditləşmə ilə məhdudlaşır.

İrs Fondunun (Heritage Foundation) “İqtisadi Azadlıq İndeksi”nə görə, Azərbaycan bu il Avropa regionunda yerləşən 45 ölkə arasında 37-ci yerdədir, başqa sözlə, regionda cəmi səkkiz ölkəni qabaqlaya bilib. Azərbaycanın dünya üzrə göstəricisi isə 177 ölkə arasında 75-ci olub. Cənubi Qafqazda yerləşən digər iki ölkənin göstəricisi Azərbaycanla müqayisədə daha yaxşıdır. Azərbaycanın 75-ci olduğu siyahıda Gürcüstan iqtisadi azadlığa görə 26-cı, Ermənistansa 58-ci olmağı bacarıb.
 

Bölmənin digər xəbərləri

15 İyun 2025 Neft qiymətləri 200-300 dollara qalxa bilər - İraq XİN
14 İyun 2025 İran-İsrail müharibəsi fonunda neftin qiyməti 130 dollara qalxa bilər
14 İyun 2025 Xəstəxanalarda qiymətlər bahalaşdı
13 İyun 2025 “İstəyirsən qazı işlət, ya da işlətmə, aylıq məbləği ödəməlisən” - deputat
13 İyun 2025 İsrailin İrana hücumundan sonra neftin qiyməti kəskin artıb
13 İyun 2025 Həmin qəza "Boeing"in səhmlərini çökdürdü
12 İyun 2025 Qızıl avronu sıxışdırır: Mərkəz Banklar 1960-cı illərdə olduğu kimi yenidən qiymətli metal toplayır
12 İyun 2025 Klinika rəhbərinin ölkədən çıxışına "stop" qoyuldu - 600 mindən çox borcu var
11 İyun 2025 Dünya Bankı 2025-2027-ci illərdə Azərbaycanda ÜDM-in hər il 2,4 %-dən çox artacağını proqnozlaşdırır
11 İyun 2025 Qiymət artımının qarşılığında keyfiyyətin yüksəlməsi operatorların əsas vəzifəsidir - AMMA BİZDƏ...
11 İyun 2025 İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir? - AKTUAL
10 İyun 2025 Birjada qızılın qiyməti artıb
09 İyun 2025 Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur
08 İyun 2025 Azərbaycanın turizm potensialı Koreya Respublikasında təqdim olunur
08 İyun 2025 Türkiyənin ən kasıb şəhərləri məlum oldu: Üçü də eyni bölgədə yerləşir
07 İyun 2025 Tramp yenə FED rəhbərinə “ilişdi”: FED-də “cənab çox ləng” fəlakətdir!
06 İyun 2025 Dövlət büdcəsinin gəlirləri açıqlandı
06 İyun 2025 Bakıda mollarda parkinq bahalaşıb - YENİ QİYMƏTLƏR
06 İyun 2025 Altında gün içi rallisi! Uçtu gitti, tutmak mümkün değil
05 İyun 2025 İş adamı Emin Hüseynov dövlətə olan vergi borcunu ödəmir - TƏFƏRRÜAT

Dünyapress TV

Xəbər lenti