Yuxumuzu ərşə qaldıran qiymət artımı -
Son günlər paytaxtın kirayə mənzil bazarında aktivlik müşahidə edilir. Buna səbəb kimi yeni tədris ilinin başlamasına sayılı günlərin qalması göstərilir. Belə ki, qəbul imtahanlarından uğurla keçən rayon qeydiyyatlı abituriyentlər və onların valideynləri Bakıya üz tutaraq, kirayə mənzil axtarışına başlayırlar.

Ötən aylarla müqayisədə kirayə mənzillərin qiymətinin artdığı deyilir. Qiymət artımı tələbələrin kirayə mənzillərə olan tələbatından irəli gəlir.

Qiymətlər mənzilin yerləşdiyi əraziyə uyğun olaraq dəyişir. Şəhərin mərkəzinə və metro stansiyalarına yaxın yerlərdə kirayə evlərin qiyməti digər rayonlarla müqayisədə yüksəkdir.

Hazırda kirayə mənzillər hansı qiymətə təklif olunur?

Elan saytları üzərində aparılan araşdırma zamanı məlum olur ki, paytaxtın Nərimanov rayonunda ikiotaqlı orta təmirli mənzillərin kirayəsi minimum 600 manatdan başlayır. Həmin ərazidə iki-üç min manata üçotaqlı kirayə mənzil tapmaq olar. Kirayə haqları mənzilin şəraitinə uyğun olaraq dəyişir.

Xətai rayonu ərazisində isə ikiotaqlı mənzillərin kirayəsi 400-800 manat arasında dəyişir. Rayon ərazisindəki ən bahalı üçotaqlı kirayə mənzil 1900 manata təklif olunur.

Nizami rayonu ərazisində birotaqlı kirayə evlər 350 manatdan başlayır. İkiotaqlı evlərin start qiyməti 450 manatdır. Bu ərazidə ən baha üçotaqlı kirayə mənzilin aylıq qiyməti 900-1000 manatdır.

Yasamal rayonu ərazisində kirayə mənzillərin qiyməti 400-2000 manat arasında dəyişir. İkiotaqlı mənzillərin qiyməti 400 manatdan başlayır, 900 manata kimi artır. Üçotaqlı mənzillər 500-1800 manata təklif olunur.

Səbail rayonundakı ikiotaqlı kirayə mənzillərin qiyməti təxminən 1000 manatdan başlayır. Bu ərazidə mənzillər əsasən günlük olaraq kirayə verilir. Günlük kirayənin qiyməti 40-100 manatdır. Şəhərin mərkəzi rayonunda üçotaqlı kirayə mənzillərin qiyməti 3000 manata kimi artır.

Paytaxtın Binəqədi rayonunda ikiotaqlı kirayə mənzillərin qiyməti 400 manatdan başlayır, 800 manata kimi dəyişir. Rayon ərazisindəki ən bahalı üçotaqlı kirayə mənzil 1000 manata təklif olunur.

Suraxanı rayonu ərazisində ikiotaqlı mənzillərin kirayə haqqı 200 manatdan başlayır, 700 manata kimi artır. Suraxanıda ən baha kirayə mənzilin aylıq ödənişi maksimum 1500 manatdır.

Nəsimi rayonunda isə ikiotaqlı mənzillərin kirayə qiyməti 500 manatdan başlayır. Bu ərazidə 900-1000 manata da ikiotaqlı mənzil kirayələmək olar. Normal şəraitli üçotaqlı evlərin qiyməti 600-1500 manat aralığında dəyişir.

Qeyd edək ki, yeni tikili binalarda kirayə mənzillərin qiyməti köhnə tikililərlə müqayisədə daha yüksəkdir. Kirayə qiymətlərində mənzillərin şəraiti, əşyaların və elektrik cihazlarının olması başlıca rol oynayır. (Modern.az)
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti