"Exchange" düyünü: Niyə açılmır? - AKTUAL
Valyuta mübadiləsi fəaliyyəti Azərbaycanda xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsidir.

Qeyd edək ki, bir neçə il öncə ölkədə, xüsusilə də paytaxtda çox sayda valyutadəyişmə məntəqələri, "Exchange” fəaliyyət göstərirdi.

Vətəndaşlar istəyi zaman asanlıqla öz valyutasını həmin məntəqələrdə dəyişdirə bilirdilər. Ancaq 2016-cı ildə valyutadəyişmə mətəqələri bağlandı.

Hətta ekspertlərin sözlərinə görə, bu proses 6 min iş yerinin bağlanması ilə nəticələndi. 2023-cü ildə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nı təsdiqlədi.

Valyuta mübadiləsi məntəqəsi hava limanlarının aerovağzal kompleksində, iri ticarət mərkəzləri, mehmanxanalar, vağzallar və limanlar və köşk formasında, ayrıca binalar və binaların küçəyə çıxışı olan hissələrində təşkil oluna bilər.

Beləliklə, bu gün valyutadəyişmə prosesləri əsasən banklarda həyata keçirilir. Bununla yanaşı hazırda çox az sayda valyutadəyişmə məntəqəsi var və bankların əksəriyyəti də saat 18:00-dək fəaliyyət göstərir ki, şənbə-bazar günləri də tamamilə işləmirlər.

Bəs vətəndaşlar axşam saatlarında, yaxud şənbə-bazar günləri valyutanı necə dəyişə bilərlər və "Exchange”-lərin sayının artırılmasına ehtiyac varmı?

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az”a bildirib ki, valyutadəyişmə məntəqələri heç vaxt müstəqil olmayıb:

“Onlar hansısa bankın şöbələri idi. Azərbaycanda o vaxt hamıya elə gəlirdi ki, valyutadəyişmə məntəqələri hamısı müstəqildir, əslində belə deyildi. Onların bəziləri müstəqil idi.

Məsələn, deyək ki, mən sahibkaram, istəyirəm valyutadəyişmə məntəqəsi açım. Gedirdim hansısa bir banka, fikrimi bildirirdim, bank formal olaraq Mərkəzi Banka müraciət edirdi, lisenziya alırdı. Mən də o banka qeyri-rəsmi müəyyən ödəniş edirdim, faktiki o valyuta məntəqəsini işlədirdim. O vaxt valyutadəyişmə məntəqəsinə yaxınlaşanda xırda hərflərlə yazılmış sertifikatı olurdu və orada hansı banka məxsusluğu yazılırdı.

Sadəcə, o zaman niyə valyutadəyişmə məntəqələri çox idi? Birincisi, o dövrlərdə valyuta əməliyyatları çox idi. Çünki 2005-ci ildən 2015-ci ilədək Azərbaycanda iqtisadi inkişafın pik nöqtəsi idi. İnsanlar varlanırdı, neft çox idi, hamı işləyirdi, pul qazanırdı və valyuta əməliyyatları həyata keçirirdilər. Buradan belə nəticə çıxır ki, tələbat çox idi.

Digər tərəfdən həmin dövrdə Mərkəzi Bankın məhdudiyyəti vardı. Yəni bankların, o cümlədən valyutadəyişmə məntəqələrinin satdığı valyutanın məzənnə fərqi Mərkəzi Bankın məzənnəsindən 2 faizdən çox fərqlənə bilməzdi. Sonra onu artırdılar və 4 faiz etdilər.

Bu zaman valyutadəyişmə məntəqələri, müəyyən valyutada qıtlıq olduqda bundan istifadə edirdilər. Yəni onlar o məhdudiyyətdən kənarlaşırdılar.

Məsələn, vətəndaş banka gedirdi və bank deyirdi ki, valyuta yoxdur. Banka sərf etmirdi ki, 2 faizlə vətəndaşa valyuta satsın. Ancaq valyutadəyişmə məntəqəsi çekdə bir məzənnə yazırdı, qeyri-rəsmi pul alırdı. Buna görə də hamı oraya gedirdi və məntəqələrin qarşısında növbələr yaranırdı. Bu da o məntəqələrin populyar olmasının bir tərəfi idi”.

Ekspertin sözlərinə görə, sonra Mərkəzi Bank onları bağladı:

“Eyni zamanda 2-4 faiz məhdudiyyəti aradan qaldırdı. Bu gün banklar istədiyi məzənnə ilə valyuta sata bilir. Eyni zamanda, Mərkəzi Bank bəyan etdi ki, hansı valyutadəyişmə məntəqələrinə lisenziya verilirsə, onlar banklardan asılı deyil. Onlar tamamilə müstəqildirlər.

Ancaq Mərkəzi Bankın onlara qarşı tələbləri də çoxdur. Belə ki, Mərkəzi Bank onlardan kapital tələb edir, banklarda pul saxlamalıdırlar, depozit və s. Bu da çoxuna sərf etmir.

Valyutadəyişmə məntəqəsi açmağın özü çox vəsait tələb edən bir sahədir. Yəni oraya pul qoymaq lazımdır. İndiki dövrdə tələbat da elə yüksək deyil. Problem onda deyil ki, onlara icazə vermirlər, sadəcə tələbat yoxdur. Digər tərəfdən nağdsız ödənişlər, bank kartları və s. həcmi artıb.

O cümlədən də xaricilər ölkəmizə gələndə valyuta dəyişmək üçün bank tapa bilmirsə və yaxud həmin gün şənbə-bazar günü olarsa, həmin şəxs kartı götürüb gedib pulunu bankomatdan çıxarır.

Bu baxımdan, valyuta məntəqələri açmağa meyilin azalması, tələbat və onlara qoyulan yüksək tələblərlə bağlıdır. İndi müstəqil valyutadəyişmə məntəqəsi var, onların sayı çox azdır, çünki açmaq qətiyyən sərf etmir”.
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?
25 Aprel 2025 Ermənistan Türkiyədən nə alıb və nə satıb? - SİYAHI
25 Aprel 2025 Ağsu rayonunda tenderləri kim udur? - İLGİNC...
24 Aprel 2025 Prezident İlham Əliyev Sonq Hailianq ilə görüşüb
24 Aprel 2025 Kredit faizlərinin aqibəti necə olacaq? - AKTUAL
23 Aprel 2025 Bitkoinin qiyməti kəskin artdı
23 Aprel 2025  Kimlər “Lukoyl”un hesabına milyarder olub? - SİYAHI
23 Aprel 2025 Kartof-soğanın qiyməti niyə kəllə-çarxdadır? - Ekspert AÇIQLADI
23 Aprel 2025 Gömrükdən büdcəyə daxil olan vəsaitlərdə böyük azalma var - HESAB-KİTAB
23 Aprel 2025 Ekspertdən cərimə qalmaqalına CAVAB

Dünyapress TV

Xəbər lenti