Təhsil Nazirliyinin sirli təmir işləri: 3,5 milyona təmir ediləcək “bir sıra təhsil müəssisələri“ hansılardır?
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı tender keçirib.

Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "S.H. İnşaat" şirkəti seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 3 492 100,54 manatdır. Tenderin şərtlərində görüləcək işlər haqqında məlumat olsa da, bu işlərin konkret olaraq hansı təhsil müəssisələrini əhatə edəcəyi barədə heç bir qeyd yoxdur. Bu isə satınalma müsabiqəsi ilə bağlı müəyyən şübhələr yaradır. Söhbət 3,5 milyon manat dövlət vəsaitindən gedir. Bu, kifayət qədər iri məbləğdir və naziriliyin borcudur ki, təmir işlərinin hansı təhsil müəssisələrində aparılacağını açıqlasın. Bu həm vəsaitin səmərəli xərclənməsi, həm də nəticəyə qiymət verilməsi baxımından əhəmiyyətlidir. Lakin hansısa müəmmalı səbəblərdən nazirlik təhsil müəssisələrində təmir işləri ilə bağlı tenderlər elan etdikdə ümumiləşdirmədən istifadə edir: Respublikanın bir sıra təhsil müəssisəsləri...

Tenderin qalibi seçilən şirkətə gəlincə, mediada bu onun nazirliyin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsinin vəzifəli şəxsləri ilə işbirliyi barədə iddialar yer alıb. Bundan başqa, məlum olur ki, şirkət nazirliyin tərkibində fəaliyyət göstərən sözügedən idarənin tenderlərinin əvəzolunmaz qalibidir.

Şirkət ötən il idarənin 1 146 507 manatlıq bir tenderin, 2022-ci ildə 1 770 094,8 manatlıq, 765 856,96 manatlıq və 2 657 133,88 manatlıq 3 tenderinin qalibi seçilib. Bu tenderlər də təhsil müəssisələrində təmir işlərinin aparılması ilə keçirilib.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevdir. O, 2022-ci ildə nazir vəzifəsinə təyinat alıb.
 
 
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti