Gömrük ödənişləri niyə bahadır? -
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq.

Bildirək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsi Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Mövzu ilə əlaqədar sosioloq Ağasəlim Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, sosioloqların bununla bağlı narahatlığı var:

"Sosioloji sorğular zamanı apardığımız müşahidələr göstərdi ki, Azərbaycanda kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanların Türkiyədən Azərbaycana mal gətirməsi ilə bağlı qarşılaşdığı müəyyən çətinliklər var. Bunlar nəinki həmin sahibkarların işinə təsir göstərir, məsələyə bir qədər dərindən yanaşdıqda görürük ki, Türkiyədən Azərbaycana ixracatın həcmi azalır.

Xatırladım ki, bir il öncə İstanbuldan Bakıya daşınan yüklərin həcmi vergi və gömrük rüsumları daxil olmaqla yekun qiymət 7 dollar 20 sentə qaldırıldı. Bundan əvvəl isə rüsumlar 3 dollar səviyyəsində idi. Hesab edirik ki, bu məbləğin (3 dollar) özü belə yüksəkdir, amma birdən-birə 100 faiz qiymət artımı ortaya çıxdı. Bu da kiçik sahibkarlıqla məşğul olan “Binə” və “Sədərək” ticarət mərkəzlərində çalışan sahibkarların haqlı narazılığına gətirib çıxardı".

Onun sözlərinə görə, artıq Türkiyədən Azərbaycana uzun illər mal gətirən insanlar Çin bazarına üz tutub:

"Bu isə Azərbaycana Türkiyədən ixracatın səviyyəsinə, xüsusilə tekstil sənayesi məhsullarının azalmasına gətirib çıxardı. Bu gün Türkiyədən Tacikistanın paytaxtı Düşəmbəyə bütün xərclər daxil olmaqla daşımaçılıq 1 kiloqram üçün 1 dollar nəzərdə tutulur. Biz xəritədən baxdıqda İstanbudan Düşəmbəyə məsafə nə qədərdir, İstanbuldan Bakıya isə nə qədər, o zaman bütün sualların cavabı bəlli olur.

Necə olur ki, İstanbuldan Çin sərhədinə yaxın yerləşən ölkəyə gömrük rüsumları daxil 1 kiloqram üçün 1 dollar qiymət təyin olunub, yaxın məsafədə yerləşən şəhər üçün malların gömrük rüsumu 1 kiloqram üçün 7 dollar təyin olunub? Bu qərarı qəbul edən qurumlar bunu düşünməlidir".

Sosioloq qeyd edib ki, artıq sahibkarlar bununla bağlı Türkiyə dövlətinə müraciət ünvanlayıblar:

"Türkiyədə olan sahibkarlar Azərbaycandakı qiymət artımından dolayı istehsal etdiyi malların ixracatının azalması ilə bağlı Türkiyə dövlət qurumlarına rəsmi müraciət ünvanlayıblar.Düşünürlər ki, Türkiyə tərəfdən bu məsələyə baxılacaq. Real vəziyyət ondan ibarətdir ki, uzun illərdir kiçik sahibkarlıqla məşğul olan, Türkiyə ilə çalışan, işini quran sahibkarlar Çinə üz tutmalı olublar.

Çinin də coğrafi baxımından daha uzaqda yerləşməsi daşımaçılıq cəhətdən vaxt itkisi yaradır. Türkiyə üzərindən işini quran sahibkarlar Azərbaycana mal göndərdiyi halda onu cəmi bir həftə ərzində Bakıya çatdıra bilirdi. Bu, azərbaycanlı iş adamlarının, Azərbaycana mal satan Türkiyə şirkətləri üçün əlverişli bazar idi".

Onun sözlərinə görə, azərbaycanlı sahibkarların 90 faizi Çinə üz tutur:

"Necə olur ki, digər ölkələrdə aşağı olan daşımaçılıq qiymətləri Azərbaycanda 6 dəfə bahadır. Bütün bunlar kiçik sahibkarlıqla məşğul olanların işinə mənfi təsir edir. Düşünürəm ki, dövlətimiz bununla bağlı ciddi addımlar atacaq və sahibkarların hüquqlarının qorunmasını təmin edəcək.

Ulu Öndər Heydər Əliyev illər öncə Türkiyə ilə Azərbaycanın müttəfiqliyini geniş anlamda ifadə edərək "Bir millət, iki dövlət" fəlsəfəsini ortaya qoydu. Bu, bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də inkişaf etməlidir. Azərbaycanlı iş adamları kiçik sahibkarlıqla məşğul olanların işinə öz töhfəsini verməlidir".
 

Bölmənin digər xəbərləri

06 May 2024 Milyonçu var-dövlətindən əl çəkib evsiz qaldı- Buna səbəb nə oldu?
06 May 2024 Rusiyanın ən varlı 26 milyarderi son bir gündə 5 milyard dollar qazanıblar – Tam siyahı
06 May 2024 Ölkə iqtisadiyyatında inkişafın başlanğıcının təməli Heydər Əliyev tərəfindən qoyulub
04 May 2024 Honkonq birjasının əsas indeksi son 8 ayın maksimumuna çatıb
04 May 2024 Toya hazırlaşanlar narazıdır, şadlıq saraylarında qiymətlər od tutub yanır: - SƏBƏB NƏDİR?
03 May 2024 Azərbaycanda devalvasiya olacaq - TARİX AÇIQLANDI
03 May 2024 “Access Bank” faiz endirimin acısını yaşayır - 3 ayda 86 milyonluq depozit itkisi
03 May 2024 "Qanun dəyişikliyi problemli ipoteka kreditlərinin qarşısını alacaq" - AKTUAL
02 May 2024 Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 27 % artırıb
02 May 2024 "A.M.A.Y"ın külli miqdarda borcu var - "AMAY Abdulla"nın şirkəti məhkəmə qarşısında
01 May 2024 Azərbaycan Türkiyəyə ən çox qaz ixrac edən 2-ci ölkə oldu
01 May 2024 Azərbaycanda məşhur müəssisədə kütləvi ixtisarlar başladı: şirkət müflis olur?
30 Aprel 2024 Astana Bakı və Ankara qədər Zəngəzur dəhlizinin işə düşməsini istəyir
30 Aprel 2024 Bazarlar od tutub yanır: Alan da narazıdır, satan da… - REPORTAJ
29 Aprel 2024 Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - DETALLAR
28 Aprel 2024 “Titanik”in ən zəngin sərnişininin saatı hərraca çıxarıldı - FOTO
27 Aprel 2024 Ölkələrin dövlət borcları və iqtisadiyyatlarının həcmi – SİYAHI
27 Aprel 2024 İşçiləri “Aquavita”nın əmək haqqı vermədiyini deyirlər
26 Aprel 2024 Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
25 Aprel 2024 Büdcəyə yenidən baxılacaq?

Dünyapress TV

Xəbər lenti