Daxili bazar xarici məhsulların əsarəti altında
Deputat: “İdxalın artması, ixracın azalması bizim üçün arzuolunmazdır”

İqtisadçı: “Müstəqil Azərbaycan heç vaxt bu sahədə inkişafa nail ola bilmədi”

Bu il Azərbaycanda idxalın mövqeyi xeyli yüksələrək ekspert dairələrində müəyyən narahatlığa səbəb olub. İqtisadçılar xaricdən idxalı artan malların, xüsusilə də ərzaq məhsullarının idxalının ölkənin makroiqtisadi göstəricilərinə xələl gətirdiyini, xarici ticarət balansına mənfi təsir etdiyini və yerli istehsalın inkişafına mane olduğunu əsas gətirirlər.

Bu ilin on ayı ərzində xarici ticarət strukturunda xaricdən məhsulların idxalının artması neft və qazdan ixrac gəlirlərinin azalması ilə də ekspertləri təəccübləndirir. Onların fikrincə, xarici valyutanın daxil olmasının nisbətən cüzi göstəricilərinə baxmayaraq, onun xarici malların idxalı müqbilində ölkədən çıxışı nəinki azalmayıb, hətta artıb. Nəticədə ötən illə müqayisədə xarici ticarət əməliyyatlarının müsbət saldosu azalıb.

Deputat və iqtisadçı alim Vüqar Bayramovun dediyinə görə, qeyd olunan aylarda ötən illə müqayisədə aktiv xarici ticarət balansında azalma müşahidə olunub: “Respublikanın xarici ticarət dövriyyəsi 37 milyard 367 milyon dollar təşkil edib. Bununla yanaşı, ixrac 23 milyard 193 milyon dollar, idxal isə 14 milyard 174 milyon dollar təşkil edib. Hesabat ayları ərzində ölkəyə idxal 4,6 faiz artıb, ixrac isə 7,7 faiz azalıb”.

“Xarici ticarət balansının strukturuna diqqətlə nəzər salsanız, görə bilərsiniz ki, enerji daşıyıcılarının qiymətinin əvvəlki illə müqayisədə aşağı düşməsi ixracımızın dəyərinin azalmasına səbəb olub. Bununla belə, idxalın artması tendensiyası davam edir. Yəni ötən illə müqayisədə biz bu maliyyə dövründə daha çox xarici məhsul almışıq. Məlumdur ki, idxal ölkədən valyuta axınına gətirib çıxarır, ixrac isə əksinə valyuta gəlirləri gətirir. Ona görə də artan idxal mövqeləri bizim üçün arzuolunmazdır”, - deyə mütəxəssis bildirib.

Bayramov ərzaq məhsullarının idxalının da artdığını qeyd edib: “Məsələn, mal əti idxalı 93,3 faiz, siqaret 48,9 faiz, unlu qənnadı məmulatları 12,7 faiz, şokolad və şokolad məmulatları 12,6 faiz, təzə tərəvəz idxalı 4,9 faiz artıb. Bütün bunlar yerli ərzaq istehsalının genişləndirilməsi ilə, xüsusilə qida seqmentində idxalın əvəzlənməsi proseslərinin sürətləndirilməsinin zəruriliyindən xəbər verir”.

Azərbaycanın ticarət tərəfdaşları olan Rusiya və Türkiyənin valyutalarının ucuzlaşması da buraya idxal olunan malların miqdarının artmasına səbəb olur. İdxal daha güclü milli valyuta ilə alındıqda qiymətin aşağı düşməsi baxımından sərfəli olur. Lakin bütün bunlar qiymətlərin azalmasına heç bir şəkildə təsir göstərmir - Dövlət Statistika Komitəsinin məlumatına görə, ərzaq inflyasiyası azalsa da, hələ də ikirəqəmli səviyyədə qalır.

Yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən illə müqayisədə 109,4 faiz, ərzaq məhsulları, içkilər və tütün məmulatları 110,4 faiz, qeyri-ərzaq məhsulları 108,9 faiz, əhaliyə göstərilən pullu xidmətlər 108,6 faiz təşkil edib. Göründüyü kimi, ərzaq məhsullarının qiymətləri xüsusilə bahalaşır.

İqtisadçı ekspert Rauf Qarayev AYNA-ya şərhində deyib ki, idxalın artımı ilə bağlı mövcud vəziyyət yerli istehsal, xüsusilə də yüngül sənaye sahəsində kifayət qədər çətin vəziyyətin nəticəsidir: “Türkiyə valyutasının ucuzlaşması və qonşu Türkiyədə malların ucuzlaşması qonşu ölkədən kütləvi idxalın yerli istehsal sektorlarına mənfi təsirini artırıb”.

Həmsöhbətimizin sözlərinə görə, yerli istehsalı inkişaf etdirmək üçün ölkəmizdə biznes marağı artırmaq lazımdır ki, sahibkarların respublikada işləməsi maraqlı və sərfəli olsun: “Bu məqsədə çatmaq üçün biz korrupsiyadan, bazarda inhisarçılıqdan qurtulmalı, məhkəmə-hüquq sistemində əsaslı dəyişikliklər həyata keçirməliyik. Yalnız buna nail olmaqla biznesin inkişafını, investisiya axınını və yerli mal istehsalını gözləmək olar. Əks halda, potensial investorların heç biri pullarını bura yatırmaz”.

“Daim eşidirəm ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanda öz bizneslərini qurmaq istəyirlər, lakin yerli reallıqlarla tanış olduqdan sonra fikirlərindən daşınırlar. Biz daim eşidirik ki, Azərbaycanda məmurların dəstəyi olmadan biznes qurmaq mümkün deyil”, - deyə Qarayev vurğulayıb.

Ekspert əlavə edib ki, Türkiyə istehsalı olan malların kütləvi şəkildə idxalı yerli yüngül sənayenin tənəzzülünə gətirib çıxarır: “Bu da onsuz da bir çox problemləri olan sahəni daha da arzuolunmaz vəziyyətə salır. Türkiyənin yüngül sənaye məhsulları Azərbaycan bazarını ələ alıb. Bir çox iş adamları bu vəziyyətdən narazıdırlar, bu sahənin potensialına təlabat azalır. Sovet dövründə bizim öz yüngül sənayemiz var idi, lakin müstəqil Azərbaycan heç vaxt bu sahədə inkişafa nail ola bilmədi. Problem həm də ondan ibarətdir ki, ölkədə müəssisələr yaradanda belə, onların istehsalı etdiyi məhsulun satışı üçün bazar tapmaq çətindir”.

Müəllif: Emma Rzayeva
 

Bölmənin digər xəbərləri

06 May 2025 3 gündə 1 milyonluq tender udan şirkət- “VNM SERVİS”
06 May 2025 Türkiyədə yeni maaşlar bəlli oldu – DİQQƏT
06 May 2025  Quru sərhədlər bağlanandan aviaşirkətlərin gəliri 6 dəfə artıb: 2,1 milyard - İLGİNC FAKT
06 May 2025 Nərimanovda 4 milyona bina evi satılır – Dubleks mənzil yoxsa ikiqat qiymət?
06 May 2025 Azərbaycanın dövlət büdcəsi “aşıb-daşır” - Gəlir proqnozdan çox olub, artıqlıq yaranıb
05 May 2025 ÖLKƏ İÇİ KRİMİNAL DÜNYA GÜNDƏM MEDİA ŞOU-BİZNES "Al" Marketlər bağlanır - SON DƏQİQƏ
05 May 2025 Tramp Çin üçün gömrük rüsumlarını azaldacağını açıqlayıb
05 May 2025 "Tesla"da satışların azalması Maskı çətin vəziyyətə salıb" - "The Wall Street Journal"
03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?

Dünyapress TV

Xəbər lenti