Ardını oxu...
Tarixinin ən bahalı iPhone olacağı gözlənilən “iPhone 15 Ultra”nın qiyməti sızdırılıb.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, yeni seriyanın top modeli olacağı gözlənilən “iPhone 15 Ultra” 1199 dollar və ya 1299 dollardan başlayan qiymətə satışa çıxarılacaq.

Beləliklə, telefon indiki “iPhone 14 Pro Max”dan 100-200 dollar baha satılacaq.
 
Ardını oxu...
İran valyutası olan rialının (1 sıfır çıxıldıqda tümən) dəyər itirməsi xəbəri doğrudur. Hazırda 1 dollar 370500 rial və ya 37050 tümən təşkil edir. Lakin bu rəqəm qara bazarın müəyyən etdiyi məzənnədir.
İran dövləti idxal-ixrac əməliyyatları ilə məşğul olan şirkət və müəssisələrə (xüsusən xammal alanlar) 1 dolları 4270 tümənə və ya 42700 riala satır. Məqsəd xaricdən alınan zəruri ərzaq məhsulları və digər xammalların qiymətini sabit saxlamaq, daxili bazarda həmin alınan xammal hesabına istehsal edilmiş məhsulun satış qiymətinin bahalaşmamasına imkan verməməkdir.
Lakin bu əməliyyatların özü də molla rejiminin əsas qazanc mənbələrindən biridir. Belə ki, mollalar özləri idxal-ixrac şirkətləri ilə əllərindəki rialları (tümən) dəyərindən ucuz qiymətə (rəsmi məzənnə ilə) alaraq, onu xaricdəki hesablarına ötürürlər.
Hələ bir neçə il bundan əvvəl İranda "dollar oyunbazlığı" ilə bağlı qalmaqallar yaşanmışdı. Həmin qalmaqallardan məlum olmuşdu ki, İranda hökumətdə təmsil olunan əksər nazirlərin və dövlətə bağlı bankların hamısı rəsmi məzənnə ilə dollar alaraq, onu ya daxili bazarda tümənə (rial) çevirib, böyük qazanclar əldə edirmişlər. Bütün bunların da hamısı "idxal-ixrac" şirkətlərinin əliylə edilirmiş.
Amma bu heç də o demək deyil ki, İranda bahalaşma yoxdur. Əksinə qonşu ölkədə infliyasiya artıq aylıq 15-20 faiz təşkil etməyə başlayıb. Buna səbəb də əksər sahibkarların rəsmi məzənnə ilə dollar almaq imkanından məhrum olması və məcburiyyətdən baha qiymətə ABŞ valyutası əldə etməsidir. Bu da nəticə etibarı ilə idxal olunan bütün məhsulların bahalaşmasına gətirib çıxarır.
Fikrət Fəraməzoğlu
Teref.az
 
 

Ardını oxu...
2023-cü ildə Almaniyanın dövlət büdcəsinin kəsiri ÜDM-in 4,5 %-ni təşkil edəcək ki, bu da öncə təxmin ediləndən iki dəfə çox olacaq.

“Report” xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin hazırladığı sənədə istinadən “Der Spiegel” nəşri məlumat yayıb.

Bildirilib ki, kəsirin artmasına səbəb qaz və elektrik enerjisinin bahalaşmasının qarşısını almaq üçün dövlət tərəfindən əhaliyə və iqtisadiyyata dəstək tədbirləridir. Büdcə kəsirinin 2024-cü ildə 2 %-ə, növbəti iki ildə isə 1,5 %-ə düşəcəyi gözlənilir. “Der Spiegel” yazıb ki, bu, dövlət yardımının məhdud xarakter daşıması və hazırkı planlara görə, 2024-cü ildə başa çatması ilə əlaqədardır.

Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, söhbət federal hökumətin büdcə kəsirindən gedir. “Der Spiegel”ə görə, federal əyalətlərin, bələdiyyələrin və sosial müdafiə fondlarının büdcələri ya balanslaşdırılıb ya da artıqlıdır. Gələn il borcun ÜDM-ə nisbəti 70 %-ə yüksələcək, 2024-cü ildə isə 68,5 %-ə düşəcək. 2025-ci ildə bu rəqəmin 67,5 %, bir ildən sonra isə 67 %-dən bir qədər çox olacağı gözlənilir.
 
Ardını oxu...
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,42 ABŞ dolları, yaxud 1,8 % artaraq 79,49 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat verib.

Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 76,10 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
 
 

Ardını oxu...
“Ümumiyyətlə, qış turizmi dünyanın hər yerində bahalı turizm növü sayılır”.

Bu fikirləri açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib. İqtisadçının sözlərinə görə, bu turizm sahəsində qoymətlərin baha olması normaldır.

“Bu, orta sinif və daha yuxarı insanların əylənmək və dincəlmək məkanları kimi sayılır. Ona görə də, bu sahədə qiymətlərin baha olması normaldır. Azərbaycanda ciddi rəqabət mühiti olmadığına görə, qiymətlər də yüksəkdir. Problem odur ki, hətta varlı insanların istirahət növü kimi qəbul olunmuş qış turizm obyektlərinə belə dövlət büdcəsindən dotasiyalar verilir. Gələn il məsələn Şahdağ Turizm Mərkəzinə dövlət büdcəsindən 12 milyon manat dotasiya veriləcək. Bu, anlaşılan deyil və anormallıqdır. Ən azından bu yanaşma doğru deyil. Ona görə də, bu sahədə qiymətlərin tənzimlənməsi üçün ciddi bir rəqabətli mühit lazımdır. Gələcəkdə işğaldan azad olunmuş torpaqların təhlükəsizliyi ilə bağlı problemlər həll ediləndən sonra Kəlbəcərdə də, Laçında da belə mərkəzlərin yaradılması mümkündür. Nə qədər çox mərkəzlər olacaqsa, bir o qədər seçim imkanları genişlənəcək. Seçim imkanların genişlənməsi qiymətlərin tənzimlənməsində də rol oynayacaq. Amma, qış turim növü heç vaxt ucuz olmayacaq. Çünki xərci çoxdur, spesifik istirahət növüdür, bu sahədə istirahət edənlərin bəyəndiyi və sevdiyi istirahət növü olduğuna görə, insanlar öz vəsaitlərinə uyğun olaraq qış turizm növünü seçirlər”.
 
Ardını oxu...
Mərkəzi Bank tərəfindən Azərbaycanda idmanın inkişafında və müasir gəncliyin formalaşmasında müstəsna rola malik olan Azərbaycanın Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə tədavülə nominal dəyəri 5 manat təşkil edən gümüş yubiley pul nişanı buraxıb.

“Report” AMB-yə istinadən xəbər verir ki, yubiley pul nişanı “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 mart 2022-ci il tarixli sərəncamından irəli gələrək hazırlanmış və buraxılış limiti 200 ədəd olmaqla Milli Olimpiya Komitəsinin sifarişi əsasında müəyyən edilib.

Bu pul nişanlarının Milli Olimpiya Komitəsinə satışı təmin edilib.

Yubiley pul nişanının çəkisi 1 troy unsiya – 31,1 qram, diametri 38,61 mm təşkil edir. Pul nişanı Almaniyanın “Bavarian Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Bildiririk ki, yubiley pul nişanının əsas dizayn elementləri kimi ön tərəfində “Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi”, “30”, “1992-2022” yazıları, olimpiya məşəlinin və eləcə də digər idman simvollarının təsviri, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri və nominalın rəqəmi əks olunmuşdur.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır.

Buna görə də dünyanın bütün ölkələrinin qızıl fondu mövcuddur. 1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası (World Gold Council) isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır.

Qızıl ehtiyatı dövlətlərə maliyyə siyasətini həyata keçirmək və fövqəladə hallar zamanı ən zəruri ehtiyaclarını ödəmək üçün lazımdır.

Buna görə də dünyanın bütün ölkələrinin qızıl fondu mövcuddur. 1987-ci ildə yaradılan Ümumdünya Qızıl Şurası (World Gold Council) isə həmin dövlətlərdə mövcud olan qızılın miqdarı ilə bağlı statistika aparır.

Teref.az dünyanın ən büyük qızıl ehtiyatlarına sahib ölkələrin siyahısını təqdim edir.

1. ABŞ – 8,135.5 ton

Dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkə Amerika Birləşmiş Ştatlarıdır. ABŞ tarixinin ən böyük qızıl ehtiyatı 1946-cı ildə 20 min 205 ton olub. Hazırda ABŞ qızıl ehtiyatına sahib ölkələr siyahısında 8,135.5 ton qızılla birincidir.

Daha 60 ölkənın qızıl ehtiyatı Amerikadakı xüsusi anbarlarda saxlanılır.

2. Almaniya – 3,369.9 ton

Siyahıda ikinci yer tutan Almaniya 1968-ci ildə qızıl ehtiyatının ən yüksək həddinə – 4 min tona çatdırıb. Bu gün bu göstərici 3,339 kiloqram azalıb. Hazırda Almaniya 3,369.9 ton qızıl ehtiyatına sahibdir. Almaniyanın qızıl ehtiyatının 36.6%-i ABŞ Federal Rezerv Bankında, 12,8 faizi İngiltərə bankında və cüzi hissəsi Fransa bankında yerləşir. Hazırda Almaniyanın qızıl ehtiyatının 50,6 faizi Frankfurt şəhərindəki “Bundesbank”da saxlanılır.

3. İtaliya – 2,451.8 ton

İtaliya Benito Mussolini diktaturası başladığı andan qızıl potensialını aktiv səkildə artırıb. Qeyri-stabil siyasi və iqtisadi vəziyyət italya hakimiyyətini qızıl ehtiyatından istifadə etməyə sövq etsə də, hazırda bu rəqəm 2,451.8 ton olaraq dünyanın ən böyük qızıl ehtiyatına sahib ölkələri sırasında İtaliyanı 3-cü yerdə qərarlaşdırıb.

4. Fransa – 2,436.1 ton

Fransa ötən əsrin 60-cı illərində dollar ehtiyatlarını qızıla dəyişməklə özü üçün böyük “Ağ qızıl” ehtiyatı yaradıb. Fransa 1965-ci ildə 4 min 400 ton qızıl ehtiyatının olduğunu elan etmişdi. Hazırda bu ehtiyatlar 2 min ton azalsa da, Fransa dünyanın ən çox qızıl ehtiyatına sahib 4-cü dövlətidir. Bu qızıl ehtiyatı Fransanın əsas bankı “Banque de France”də yerin 29 metr dərinliyində qorunur.

5. Rusiya- 2301,6 ton

Rusiya son 10 ildə dünya bazarlarında aktiv şəkildə qızıl əldə etdiyi üçün ilk “beşliy”ə daxil ola bilib. 1993-cü ildə 267,2 ton, 2003-cü ildə isə 387,6 ton qızıl ehtiyatına malik Rusiyanın hazırda 2301,6 ton qızıl ehtiyatı var. Ukrayna böhranı ilə bağlı iqtisadi sanksiyalara məruz qalsa da, şimal qonşumuz qızıl ehtiyatının həcmini artırmaqda davam edir.

Siyahının sonrakı yerlərində aşağıdakı dövlətlər qərarlaşıb.

6. Çin -1,054,1 ton
7. İsveçrə – 1,040 ton
8. Yaponiya – 765,2 ton
9. Hollandiya – 612,5 ton
10. Hindistan – 557,7 ton
11. Türkiyə – 529,1 ton
12. Tayvan – 423,6 ton
13. Portuqaliya – 382,5 ton
14. Venesuela – 367,6 ton
15. Səudiyyə Ərəbistanı – 322,9 ton
16. Böyük Britaniya – 310,3 ton
17. Livan – 286,8 ton
18. İspaniya – 281,6 ton
19. Avstriya – 280 ton
20. Belçika – 227,4 ton
lent.az
 
Ardını oxu...
Azərbaycanda 1, 3, 5 və 10 qəpik kimi dəmir pulların dövriyyəsində müəyyən problemlər müşahidə olunur. Bu qəpiklərdən istifadə, demək olar ki, mümkünsüz olub.

Baku.ws xəbər verir ki, mağazalarda vətəndaşlar onlara 1, 3 və 5 qəpikliklər qalıq kimi veriləndə bundan imtina edir. Bir sözlə, vətəndaşlar bu qəpiklərin işlənmədiyini deyirlər.

Bəziləri bu pulların dövriyyədən çıxarılacağı ilə bağlı iddialar səsləndirirlər. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankının Mətbuat Xidmətindən bildirilib ki, denominasiya tədbirləri çərçivəsində tədavülə 1 yanvar 2006-cı ildən etibarən 6 nominalda metal pul nişanları buraxılıb:

“Metal pullardan 1, 3 və 5 xırda, 10, 20 orta və 50 qəpiklik yüksək nominallı pul nişanlarıdır. 2021-ci ildə metal pul nişanları 4,4%, xırda nominallı metal pul nişanları isə 10,3% artıb. Cari ilin 11 aylıq göstəricilərinə əsasən isə metal pul nişanları 4,5%, xırda nominallı metal pul nişanları isə 9,6% artıb.

Tədavüldə xırda nominallı pul nişanlarına tələbin səbəbi bu pul nişanlarının qiymətlərin formalaşmasında istifadəsi və pərakəndə ticarətdə onlardan geniş istifadənin hələ də qalmasıdır.

Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Bank tərəfindən mövcud xırda nominallı metal pul nişanlarının dövriyyədən çıxarılması planlaşdırılmır”.

Mərkəzi Bankdan həmçinin bildirilib ki, beynəlxalq təcrübədən irəli gələrək 1 manatlıq kağız pul nişanlarının metal pulla əvəz olunmasının iqtisadi və sosial qiymətləndirilməsi həyata keçirilib və hazırda 1 manatlıq kağız pul nişanının metal pulla əvəz edilməsi də nəzərdə tutulmur.
 
Ardını oxu...
Rusiyanın Tula şəhərində ət, balıq, süd və duz üzrə ərzaq talonları çap etməyə başlayıblar. Görünür, işğalçılar ölkəsində planlı şəkildə SSRİ obrazlı defisitə qayıdırlar.

Yerli KİV-in xəbər verdiyi kimi, şəbəkədə kadrlar göstəriblər ki, onlar nəşriyyatlardan birində çap olunub. Məlum olub ki, ərzaq talonları çap etmək üzrə aparılan iş planlıdır.

Qeyd edək ki, belə kart sistemi talonlarla defisit şəraitində dövriyyəyə buraxılır və bu talonlar adambaşına müəyyən ərzaq istehlakını müəyyən edir.

Bundan əvvəl RF Sənaye və Ticarət Nazirliyi müvəqqəti işğal olunmuş Krımda ərzaq talonları tətbiq etməyə hazırlaşırdı. Guya Şimali-Krım kanalının işində sahələrin suvarılması üzrə problemlər meydana çıxa bilər ki, bu da kənd tsərrüfatı məhsulları defisitinə gətib çıxara bilərmiş.
 
 
 
Ardını oxu...
Dünyada 8 aydır ki, ərzaq qiymətlərinin aşağı düşdüyü açıqlanıb.

DİA.AZ bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) açıqlama yayıb.

Bildirilib ki, qlobal ərzaq qiymətləri indeksi noyabr ayında 0,1% azalaraq yanvar ayından bəri ən aşağı səviyyəyə düşüb.

Maraqlıdır, dünyada qiymətlərin aşağı düşdüyü bir vaxtda, Azərbaycanda nə üçün bunun əksi baş verir?

Bununla bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda ərzaq qiymətlərinin sürətlə artmasının səbəblərindən biri məhz idxaldan asılılıqdır:

“Çünki ölkənin ərzaq bazarının 75 % idxal malları tutur. Hətta yerli məhsullar adı altında bazarda olan məhsulların çoxunun xam malı xaricdən gətirilir. Ona görə də əvvəllər Azərbaycan rəsmilərinin ölkədəki qiymət artımını xaricdəki bahalıq ilə əsaslandıranmağa müəyyən dərəcədə haqları vardı.

Amma indi dünyada ard-arda qiymətlər və ərzaq indeksləri aşağı düşür. Azərbaycanda isə qiymətlərin aşağı düşməməsi prosesi baş verirsə, bunun səbəbini daxili problemlərdə axtarmaq lazımdır. Yəni inhisarçılıqda, gömrük və vergi siyasətinin doğru olmamasında axtarmaq lazımdır. Nəticə etibarilə, bütün bu problemlər Azərbaycandakı qiymət artımının əsaslarını yaradır”.

Natiq Cəfərli aylardır heç olmasa həm ərzaqlarda, həm də dərmanlarda əlavə dəyər vergisinin və gömrük rüsumlarının aşağı salınmasını təklif etdiklərini xatırladıb:

“Bütün bunlar qiymətlərə təsir edə biləcək amillər ola bilər. Təəssüf ki, Azərbaycan hökuməti ilin əvvəllində ölkədəki inflyasiyanı dünyadakı bahalaşma ilə izah etməyə çalışsa da, indi dünyada qiymətlər düşən zaman bunun izahını verməkdə çətinlik çəkirlər. Bəs indi niyə Azərbaycanda qiymətlərinin aşağı düşməsinin nəticəsini görmürük?

Deməli, Azərbaycandakı inflyasiyanın səbəbi bir tək bu deyil, daxili problemlərdən qaynaqlanan məsələlərdir. Onların həlli isə yubadılır. İllərdir korrupsiya, inhisarçılıq, vergi və gömrük siyasəti ilə də bağlı problemlər dilə gətirilsə də, təəssüf ki, onun həlli yolları ilə bağlı hansısa addımlar atılmır”.

Dünyapress TV

Xəbər lenti