Ardını oxu...
Rusiya Qərb sanksiyalarının təsirini azaltmaq üçün Asiya ölkələri ilə əlaqələrini genişləndirməyə və yeni bazarlar axtarmağa çalışır. Əsas bazar Çindir. Pandemiyadan sonra Çin-Rusiya sərhədində daşınmaların həcmi artıb. Rusiyanın baş naziri Mixail Mişustinin sözlərinə görə iki ölkə arasındakı ticarətin təxminən yarısı milli valyutalarla həyata keçirilir. Hər iki ölkə dollardan imtina etməyə çalışırlar.
Rusiya Səudiyyə Ərəbistanından sonra Çinə ikinci neft ixraçatçısına çevrilib. Moskva və Pekin siyasətdə olduğu kimi iqtisadiyyatda da çoxqütblü dünyanın formalaşdırılmasına çalışırlar. 2022-ci ilin 10 ayında iki ölkə arasında ticarətin həcmi 150 milyard dollara yaxınlaşıb. Bu ötənilki göstəricidən çoxdur. Hədəf ticarət mübadiləsinin həcmini 200 milyard dollara çatdırmaqdır. Rusiya və Çinin maliyyə institutları dolardan maksimum qədər imtina etməyə çalışırlar.
Rusiya Çinlə ortaq enerji layihələrinin reallaşmasına da çalışır. Mixail Mişustin Çinə yalnız neft və qazın ixraçı ilə kifayətlənmək istəmir, iki ölkə arasında böyük enerji layihələri üzrə çalışmaların başlanılması hədəfdədir. Rusiya Çində atom elektrik stansiyaların tikintisi ilə məşğuldur. Rusiya Çinə neft, qaz və kömürlə yanaşı elektrik nəqlini də artırıb. Bu sahədə 23 faiz artım var.
Rusiya Çinlə yük daşımalarının, o cümlədən yeni lojistik mərkəzlərin tikintisinin artırılmasını da istəyir. Amur çayı üzərində yeni körpülər, dəmir və avtomobil yolları tikilir. Mixail Mişustin Çin şirkətlərinin Rusiyada çalışmalarının miqyasını artırmaq üçün yeni imkanlar yaradacaqlarını bildirib. Misal üçün Rusiyanın Tula bölgəsində Çinin ildə 40 min avtomobil istehsal edən zavodu tikilib. İki ölkə arasında 80 yeni ortaq layihə üzərində iş gedir. Planlanan yatırımların həcmi 160 milyard dollardır.
Çin rəhbərliyinin uzunmüddətli məqsədi ölkəni enerji bazasının resurs imkanlarını, sənaye metalını və ərzaq məhusllarını həcmini artırmaqdır. Artan iqtisadiyyat və əhalinin tələbatı artıb. Ona görə də Çin bu sahələrdə Rusiya ilə əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verir. Çin liderinin keçən həftə Səudiyyə Ərəbistanına səfərinin və “Çin - ərəb ölkələri” sammitində iştirakı da bununla bağlıydı.
Rusiya Çinlə əməkdaşlığı genişləndirməyə çalışmaqla Qərbin təzyiqlərindən qurtarmağa çalışır. Ancaq Çindən asılılıq Rusiya üçün daha böyük təhlükə yaradacaq. Çin Rusiyaya yatırımlarını artırmaqla, Sibirdə yeni zavod və fabriklər yaratmaqla Moskva istər-istəməz Pekinin siyasi istəklərini də nəzərə alacaq.
“Atlas” Araşdırmalar Mərkəzi
Teref.az
 
Ardını oxu...
ABŞ 36 Çin şirkətinə ciddi lisenziya tələbləri qoyacaq ki, bu da onun Amerika mallarına, proqram təminatına və texnologiyalarına girişi ciddi şəkildə məhdudlaşdıracaq.

Editor.az bu barədə ABŞ Ticarət Departamentinin bəyanatında deyilir. Çip istehsalçısı YMTC və süni intellekt çip sənayesindəki 21 böyük Çin şirkəti də ABŞ-ın qara siyahısına əlavə edilən şirkətlər arasındadır.

Ticarət katibinin sənaye və təhlükəsizlik üzrə müşaviri Alan Estevez, Çinin hərbi modernləşdirmə və insan hüquqlarının pozulması üçün süni intellekt, qabaqcıl hesablama və digər güclü, kommersiya baxımından əlçatan texnologiyalardan istifadə imkanlarını ciddi şəkildə məhdudlaşdırmaqla, ABŞ-ın milli təhlükəsizliyini qorumaq üçün atdığı digər addımlar barədə də məlumat verib.
 
Ardını oxu...
Azərbaycana məxsus bir neçə yük maşını Rusiya ilə Belarusun arasındakı sərhəddə, daha dəqiq desək, Bryansk vilayətində heç bir əsas olmadan saxlanılıb.

Bu barədə sürücülərdən daxil olan məlumatda qeyd edilib.
Belə ki, azərbaycanlı TIR sürücülərindən biri bildirir ki, artıq bir neçə gündür, həmin sərhəddə saxlanılıblar:

“Bryansk vilayətində bir neçə maşını saxlayıblar. Ruslar acığa düşüblər və məhz Azərbaycana məxsus yük maşınlarını üçüncü ölkəyə – Belarusa buraxmırlar. Rus sərhədçilər sənədlərimizi alıblar. Nə üçün üçüncü ölkəyə buraxmadıqlarını soruşsaq da, bizə cavab vermirlər. Sənədlərimizi də qaytarmırlar ki, geri qayıdaq. Qeyd edim ki, bizim bütün sənədlərimiz qaydasındadır.

Bizi hansı səbəbdən incitdikləri bəllidir. Bu videonu paylaşıram ki, Azərbaycanın aidiyyəti qurumları bilsinlər ki, Xankəndi yolunda baş verən məsələyə görə sevimli rus qonşularımız bizi burada incidirlər. Biz deyəndə ki hər zaman bu sərhədi keçib getmişik, deyirlər ki, xeyr, siz bu sərhəddən yük ilə keçə bilərsiniz, boş gedə bilməzsiniz”. (oxu.az)

Ardını oxu...
Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) iki günlük noyabr iclasının nəticələrinə görə uçot dərəcəsini ardıcıl dördüncü dəfə 50 baza bəndi artırıb - 4,25-4.50 %-dək.

“Report” xəbər verir ki, bu barədə FED məlumat yayıb.

“Açıq Bazar Komitəsi uzun müddət ərzində maksimum məşğulluğa və 2 % inflyasiyaya nail olmağı hədəfləyir. Bu məqsədlərə dəstək olaraq, komitə federal fondların faiz dərəcəsi üçün hədəf diapazonunu 4,25-4,50%-ə qaldırmaq qərarına gəlib”, - məlumatda qeyd olunub.

Komitənin bütün üzvləri bu qərarın lehinə yekdilliklə səs veriblər.

FED 2022-ci ilin əvvəlindən yeddinci dəfə uçot dərəcəsini artırıb.
 
Ardını oxu...
İqtisadçı artımı "möcüzəvi” sayır və şübhəli yanaşır

2022-ci ildə vergi daxilolmaları 85 faiz artıb. Söhbət 6,7 milyard manatdan çox məbləğdən gedir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatında belə deyilir.

Məlumatda qeyd edilir ki, 2022-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 14 milyard 726 milyon 776 min manat vergi daxil olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 85 faiz və ya 6,7 milyard manatdan çox artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 7 milyard 583 milyon 62,2 min manat olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29,2 faiz və ya 1,7 milyard manatdan çox artıb.

Ödənilən vergilərin 51,5 faizi qeyri-neft-qaz sektorunun, 48,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, iqtisadiyyat elminə, hesab-kitaba görə, vergi daxilolmaları 85 faiz artıbsa, bu, həmin ölkədə iqtisadi artımın fontan vurmasına səbəb olmalı idi: "Rəsmi məlumata görə, 2022-ci ilin yanvar-oktyabr aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çox ümumi daxili məhsul istehsal olunub, yəni ÜDM cəmi 5,2 faiz artıb. Bəs bu nə möcuzədir ki, vergidaxilolmaları 85 faiz, tamı-tamına 6,7 mlrd. manat artıb, nəyin hesabına bu baş verib?! Qeyri-neft sektorundan daxilolmalar 7 milyard 583 milyon manat olub, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 29,2 faiz və ya 1,7 milyard manatdan çox artıb. Yəni 6,7 mlrd. manatın 1,7 mlrd. manatını qeyri-neft sektoru verib, artımın qalan 5 mlrd. manatını isə neft sektoru təmin edib”.

"Yaxşı, artımın 5 mlrd. manatını neft-qaz sektoru təmin edibsə, bu, hökumətin yaxşı işləməsidir, ya dünyada neft-qaz qiymətlərinin yüksəlməsinin nəticəsidir? 2022-də bəxtimiz gətirdi, neft-qaz baha oldu, bəs sonra ucuzlaşan dövrdə nə edəcəyik, büdcə daxilolmaları nəyin hesabına artacaq? Deyəcəksiniz ki, qeyri-neft sektorunun, amma bu sahədə də keçən ilə nisbətən 1,7 mlrd. artıq vəsait toplanması iqtisadi aktivliyin kəllə-çarxa çıxması nəticəsində deyil də, əsasən mühasibatlığın "ağarmasına” görədir. "Ağardılması” yaxşıdırmı, təbii ki, əladır, olmalıdır, amma bir tək "ağartmaqla” 1 il, iki il, yaxşı, lap 3 il artıq vəsait toplayarsan da, bu, daimi proses deyil ki, hər il dadına çatsın?! Bu proses də bitəndən sonra nə olacaq, hökumət nəyi ağardacaq?”, – deyə iqtisadçı qeyd edib.

Natiq Cəfərli bildirib ki, rəsmi makroiqtisadi göstəricilər məmləkətin neft-qazdan faciəvi asılılığını hər rəqəmi ilə sübut edir: "Qeyri-neft sektorunun inkişafı üçünsə "ingilisdilli məmurlar” deyil də, iqtisadi azadlıqlar və ədalətli məhkəmə mühiti lazımdır. Məhkəmə də ki ədalətli deyil. Məmləkətdə hər şey bir-birinə bu qədər bağlıdır”.

2021-ci ilin 11 ayında isə dövlət büdcəsinə 7 milyard 961,8 milyon manat vergi daxil olub.

Həmin vaxt Dövlət Vergi Xidməti proqnoza 121 faiz əməl edildiyini açıqlamışdı.

Həmin müddətdə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 433,1 milyon manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artan daxilolmaların proqnozdan 309,6 milyon manat artıq icra olunduğu vurğulanıb.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfəri öncəsi Ankara Esenboğa Hava Limanında mediaya açıqlamalar verib.

“Biz Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşündə iştirak etmək üçün tezliklə yola düşürük. Xarici işlər nazirlərimiz ilkin hazırlıqları başa vurduqdan sonra biz dövlət başçıları kimi yeni əməkdaşlıq formatına başlayırıq. Ortaq tarixi, dil və mədəni əlaqələrimiz olan Azərbaycan və Türkmənistanla əməkdaşlığımız günü-gündən möhkəmlənir.

Aydındır ki, bizim həmrəyliyimizi daha da inkişaf etdirmək üçün potensialımız var. Münasibətlərimizi gücləndirmək üçün səylərimizdə biz cari regional və qlobal hadisələrin təklif etdiyi imkanları da nəzərə alırıq. Sammit bu səylərin ən yeni və konkret nümunəsidir”, - deyə dövlə başçısı bəyan edib.

O, bildirib ki, enerji, nəqliyyat və kommersiya məsələləri sammitin əsas gündəm mövzuları olacaq.

“Əlaqələrimizin hüquqi əsaslarını gücləndirmək üçün müxtəlif sazişlər imzalayacağıq. Beləliklə, biz məsul qurumlarımız arasında enerji, nəqliyyat, ticarət, iqtisadiyyat, gömrük, təhsil, elm və mədəniyyət sahələrində səmərəli əməkdaşlıq mexanizmlərini dəstəkləyəcəyik. Görüşlərimiz zamanı regional və qlobal məsələlərlə bağlı da fikir mübadiləsi aparacağıq. Məqsədimiz təkcə üç ölkənin xalqı üçün deyil, həm də qardaş türk dövlətləri və bölgəmiz üçün daha firavan və təhlükəsiz gələcək qurmaqdır. Çoxtərəfli platformalarda, xüsusilə Türk Dövlətlər Təşkilatı ilə əməkdaşlığımızı inkişaf etdirmək də hədəflərimiz arasındadır. İnanıram ki, sammitdə qəbul olunacaq qərarlar səylərimizdə bizə kömək edəcək”, - Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, 21-ci əsrin türk əsri olması, həmrəyliyimizi artırmaq, qardaşlığımızı hər sahədə gücləndirmək üçün çalışmağa davam edəcəyik.

Mənbə: TRT
 
 
 
Ardını oxu...
Ötən dəfə Namibiyadakı qiymətlər barədə məlumat verəndə Afrikanın digər 10 ən varlı ölkəsi barədə informasiya yayacağımızı söz vermişdik.

https://konkret.az/namibiyada-qiymetler-azerbaycanla-ozunuz-muqayise-edin-siyahi/
KONKRET.az bu dəfə Ekvatorial Qvineyadakı qiymətlər barədə araşdırma aparıb. Hazırda qeyd olunacaq tariflər turizm şirkətlərinin 2022-ci il iyulun 15-nə olan məlumatıdır:

Restoran-kafe

Bahalı olmayan restoranda qidalanmaq 26AZN
2 nəfərlik xörək 120AZN
BigMac 30AZN
Ev pivəsi 3.60AZN
Xarici pivə 10AZN
Kapuçino 7AZN

Ərzaq

0.33 içməli su 2.70AZN
1 litr süd 3.80AZN
0.5 kq çörək 6AZN
12 ədəd yumurta 4AZN
1 kq ağ düyü 3.60AZN
1 kq yerli pendir 23AZN
1 kq toyuğun döş əti 7AZN
1 kq mal əti 12AZN
1 kq alma 3.60AZN
1 kq banan 1.80AZN

Ölkədə iki növ yanacaq satılır: dizel və benzin. Benzinin Aİ növləri yoxdur. Dizelin litri 1.37, benzin isə 1.42 manatadır. İşlək valyutaları Mərkəzi Afrika frankıdır.

Qeyd edək ki, bu ölkə ən varlı Afrika ölkələri arasında göstərilir, ancaq minimum əmək haqqı barədə informasiya əldə edə bilmədik.
 
 
 
Ardını oxu...
2022-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 45 milyard 111,0 milyon manatlıq, o cümlədən 25354,3 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 19756,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Bu barədə Yenicag.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

2021-ci ilin yanvarnoyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz, qeyri-ərzaq malları üzrə 3,8 faiz artıb.

2022-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,5 faizi içkilər və tütün məmulatlarının, 14,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
 
 
 
Ardını oxu...
Dekabr ayında havaların soyuq keçməsi əhalinin təbii qaza olan tələbatını artırıb.

İlin sonuna bir aydan az müddət qalıb, əhalinin qaz sərfinə tətbiq edilən limit qalmaqdadır. Qazın istehlakına tətbiq edilən limit hər il yanvar ayında sıfırlanır.

Qeyd edək ki, 2021-ci il oktyabr ayından Tarif (qiymət) Şurasının qərarına əsasən, əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir.

Yəni əhali qrupu üçün təbii qazın illik istehlak həcmi 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1200-2500 kubmetrə görə 20 qəpik, 2500 kubmetrdən çox olduqda isə hər kubmetrə görə 25 qəpik ödənilir.

Cari ildə nə qədər abonent ilkin limiti keçib?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki, abonentlərin təxminən yarısı aşağı tariflə qaz alıb:

“On bir ayın nəticəsinə görə, 48 faiz abonent ilk limiti keçməyib. Ötən ilin eyni dövründə isə 44, 8 faiz limiti keçən abonent qeydə alınmışdı”.
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya silah tədarükünü ödəyən Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılmasını təsdiq edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının dərc olunmuş bəyanatında deyilir.

“Aİ ölkələrinin xarici işlər nazirləri Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılması barədə siyasi qərara gəliblər”, - bəyanatda deyilir.

Sənəddə qeyd edilir ki, bununla bağlı yekun qərar 2023-cü ilin əvvəlində təsdiqlənəcək.
 
 
 

Dünyapress TV

Xəbər lenti