Ardını oxu...
Ötən ay Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64,77% bahalanıb.
Yeniavaz.com Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 22 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2001-ci ildə bundan yüksək (68,5%) olub.
Ən yüksək bahalanma restoran və otel xidmətlərində qeydə alınıb – 93,24%.
Bundan başqa təhsil xidmətləri 82%, səhiyyə xidmətləri 79,6%, nəqliyyat xidmətləri 77%, qida və içkilər 72%, ev əşyaları 58,46%, bahalanıb.
Ən az artım mənzillərin qiymətlərində qeydə alınıb. Mənzillərin qiyməti son bir ildə 40,4% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 5-liyində yer alır.
 

Ardını oxu...
Azərbaycanda heyvan və quş ətinin satışı daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Bu güzəşt müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, Azərbaycanda heyvan və quş ətinin satışı 2020-ci il yanvarın 1-dən ƏDV-dən azad edilib. Ölkədə ƏDV dərəcəsi isə 18 % təşkil edir.

Azərbaycan alıcısının bu gün ən çox aldığı məhsullardan biri də broyler toyuğudur. Quş ətinin satışı ƏDV- dən azad olduğu halda nəyə görə qiymətlərin aşağı düşməməsi hamını maraqlandırır. Satışdakı toyuqların əksəriyyəti yerli istehsaldır. Satıcıların sözlərinə görə, toyuqun satışında durğunluq olanda endirimli qiymət təklif edib satışı həyata keçirirlər.

“Toyuq ətinin satışında problem yoxdur. Biz satdığımız quş ətinin əksəriyyətini Siyəzəndən və Ukraynadan gətiririk. İri marketlərlə müqayisidə bizdə qiymətlər xeyli ucuzdur. Sadəcə olaraq onlarlarla sağlam rəqabət imkanımız yoxdur. Onlar istədiyi an maya dəyərini aşağı sataraq bizə təsir edə bilirlər. Ona görə biz stabil qiymətə satırıq.

Qiymətlər isə müxtəlifidr. Toyuğu bütöv və ya hissələrə ayrılmış şəkildə satırıq. Ən ucuz qiymət toyuq ciyərindədir- 3 manat. Ən baha hissə kimi isə toyuq sinəsini (file) 6.50 dən başlayaq 8,9 manata qədər təklif edirik. Bütöv toyuğa gəldikdə isə kilosu 4.60 başlayaraq – 9 və 12 manata qədər təklif edirik”,-deyə Saraydakı marketlərdən birinin sahibi bildirib.

Alıcılar isə toyuq ətinin qiymətinin çox baha olmasından şikayətlənirlər:

“Əvvəllər 3.50 qəpiyə aldığımız toyuq ətini hazırda azı 5 manata təklif edirlər. Çox zaman məhəllə marketlərindən almırıq. Gözləyirik ki, böyük marketlərdə endirim olsun, sonra alaq. Bir sözlə, ümidimiz böyük marketlərin insafına qalıb. Nə zaman qiymətlər enirsə, onda da alarıq”.

Quş əti, yumurta istehsalçıları və ixracatçıları Assosiyasının sədri Mürvət Həsənli “Cebhe.info”- ya bildirib ki, toyuq əti və süfrə yumurta qonşu dövlətlərlə müqayisədə nisbətən ucuzdur.

“Əlavə dəyər vergisi olmadığına görə toyuq ətinin və süfrə yumurtasının qiyməti bizdə münasibdir. Əgər ƏDV olsaydı, biz məcbur olub 18 faiz də üstünə qoyub satışı həyata keçirtməli olardıq. Amma quş əti ƏDV-dən 3 il müddətinə azad olunduğuna görə bizdə qiymətlər başqa dövlətlərlə və qonşu dövlətlərlə müqayisədə nisbətən ucuzdur. Qardaş Türkiyə, Gürcüstan və Rusiya bazarınla müqayisə etdikdə bunu görmək olar”.

Həmsöhbətimiz həmçinin qeyd edib ki, keçən il müvafiq dövriyyəsinə nəzər salsaq, daxili istehlak bazarında quş ətində ucuzlaşma var.
 
Ardını oxu...
Yeni ilin əvvəli qızıl bazarında durğunluq yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, bazarda qiymətlərin baha olması alıcıların azalmasına səbəb olur.

Satıcılar bildiriblər ki, hər il bayramda daha çox alıcı olduğu halda, bu bayram alıcı sayı kəskin azalıb.

Bildirilib ki, son iki ayda qızıl bazarında qiymət artımı pik həddə çatıb. Mart ayında isə qızılın qiymətinin ucuzlaşacağı deyilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 
Ardını oxu...
Azərbaycanda son 10 ildə ABŞ dollarına tələbat hər ilin sonu artır, iqtisadçılar bunu, əsasən,
ilsonu ödəmələri ilə izah edirlər. Amma bununla belə, Azərbaycanda 2017-ci ilin martından
manatın məzənnəsi dəyişmir – 1 dollar 1 manat 70 qəpik olaraq qalır. Baxmayaraq ki, Mərkəzi
Bank (AMB) hələ 2015-ci il dekabrın 21-dən (həmin il ikinci devalvasiyadan) sonra üzən
məzənnəyə keçidi elan edib. Lakin bu proses reallıqda heç iki il də çəkməyib.
Neft hasilatının azalması və işğaldan azad olunmuş bölgələrin bərpasının xərc tələb etməsi
fonunda manatın məzənnəsində 2024-cü ildə ciddi dəyişiklik ola bilərmi? Bu suala AMB-dən
cavab almaq mümkün olmayıb.
Amma Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Vüqar
Bayramov deyir ki, bu il də manatın məzənnəsi neftin qiymətindən asılı olacaq: “Mərkəzi Bank
2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. Sənədin təhlili göstərir
ki, 2024-cü ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi, neftin
qiymətindən asılı olacaq… Mərkəzi Bankın valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini
bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda, valyuta
ehtiyatlarımızdan istifadə oluna bilər”.
İqtisadçı Natiq Cəfərlinin də fikrincə, 2024-cü ildə manatın məzənnəsi bircə faktordan asılı
olacaq: “Həmişəki kimi, məzənnə neftin qiymətindən asılı olacaq. Neftin qiyməti indiki səviyyədə
– 80 dollar həddində qalacaqsa, manata heç bir təhlükə yoxdur”.
O vurğulayır ki, bu il üçün hökumət büdcənin bütün parametrlərini 1 dollara görə 1.7 manat
məzənnə ilə hesablayıb: “Yəni, hökumətin, məncə, bu il məzənnə dəyişikliyinə getmək fikri
yoxdur. Amma fövqəladə bir şeylər baş versə, məsələn, neftin qiyməti kəskin 40-50 dollara
düşsə və bir neçə ay elə həmin qiymətlər qalsa, o zaman hökumət devalvasiya ilə bağlı
düşünməyə və müəyyən addımlar atmağa məcbur qalacaq”, –
iqtisadçı https://d3iybxy1u9orum.cloudfront.net/a/dollar-manat-mezenne/32756187.htmlAzadlıqRadiosuna proqnozunu bölüşür
pressklub
 
Ardını oxu...
Rusiyanın ən zəngin iş adamlarının sərvəti 2023-cü ildə 50,012 milyard ABŞ dolları artıb.

“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyinin dərc etdiyi “Milyarderlər İndeksi” göstərir.

Hesabata əsasən, ilin əvvəlindən “Lukoyl”un təsisçisi Vahid Ələkbərov 9,29 milyard ABŞ dolları qazanıb və onun sərvəti 24,7 milyard ABŞ dollarına yüksəlib. “Eurochem”in həmtəsisçisi Andrey Melniçenkonun sərvəti isə 5,67 milyard ABŞ dolları artaraq 17,2 milyard ABŞ dollarına yüksəlib. NLMK Direktorlar Şurasının sədri Vladimir Lisin sərvəti isə 23,9 milyard ABŞ dolları təşkil edib.

Qeyd edilib ki, “Akron”un əsas səhmdarı Vyaçeslav Kantor ən çox itkiyə məruz qalıb, onun sərvəti 0,149 milyard ABŞ dolları azalaraq 6,21 milyard ABŞ dolları təşkil edib.
 
Ardını oxu...
Braziliya OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulub. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ölkənin hakimiyyət orqanlarının hələlik alyansın neft hasilatını azaltmaq səylərini dəstəkləmək fikrində olmadığı aydınlaşdırılır. Bundan əvvəl Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirib ki, ölkə OPEC+-da yalnız müşahidəçi qismində iştirak etməyə çalışır və heç vaxt alyansa tamhüquqlu üzv kimi qoşulmayacaq. Braziliyanın girişi 2023-cü ilin noyabrında məlum olub. Hazırda alyansa 23 ölkə, o cümlədən ən böyük istehsalçılar - Rusiya və Səudiyyə Ərəbistanı daxildir.

OPEC+-nın əsas məqsədi üzv ölkələrin maraqlarını qorumaqdır. Bu ölkələrin büdcələri daha çox neft hasilatı və ixracı hesabına formalaşdığından təşkilat üçün əsas məsələ dünya neft bazarında qiymətlərə nəzarət olub.
 
Ardını oxu...
Afrikanın ən varlı adamı son bir ildə 3,6 milyard dollar itirib

Afrikanın ən varlı adamı, Nigeriyanın ən böyük sənaye şirkətinin sahibi Aliko Danqote son bir ildə 3,6 milyard dollar itirib.

Bu barədə Hurriyyet.Az “La Nouvelle Tribune” portalına istinadən xəbər verir.

Belə ki, onun sərvəti 18,7 milyard dollardan 15,1 milyard dollara düşüb.

Danqotenin maliyyə problemləri əsasən Nigeriya Mərkəzi Bankının iyunun 14-də bir neçə məzənnə əvəzinə milli valyutanın - nairanın vahid üzən məzənnəsini tətbiq etdiyi qərarı ilə bağlıdır. Bu, nairanın 50%-dən çox dəyər itirməsinə səbəb olub.

Nəticədə oliqarxın əsasən Nigeriyada yerləşən aktivləri ucuzlaşıb.

Buna baxmayaraq, əvvəllər qitənin aparıcı sement istehsalçısı kimi tanınan Danqote, Nigeriyada, gündə 650 min barel neft emal etmək üçün nəzərdə tutulmuş və 20 milyard dollara başa gələn ən güclü neft emalı zavodunu müvəffəqiyyətlə inşa edib.

Onun istifadəyə verilməsinin ölkənin enerji sektorunda inqilab olacağı güman edilir. Zavodun planlaşdırılan dövriyyəsi ildə 27 milyard dollar təşkil edəcək. \\Report
 
 
 
Ardını oxu...
Azərbaycana idxal edilən bəzi məhsullar daha 2 il gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, ölkəyə idxal edilən inəklər, toyuqlar, toyuq əti, kərə yağı, rekombinə edilmiş yağ, zərdab yağı, təzə və soyudulmuş tomat, xiyar və kornişonlar, üzümün süfrə növləri, alma, armud, bəzi portağal və digər sitrus meyvələrinin şirələri, meyvə və tərəvəz şirələri əsasında içkilər, bəzi energetik içkilər, istehsal məqsədli tütün növləri, emal edilməmiş gönlər, südlü pastalar daha 2 il gömrük rüsumundan azad edilib.
 
Ardını oxu...
Azərbaycana idxal edilən bəzi məhsullar 15 faiz gömrük rüsumuna cəlb ediləcək.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, ölkəyə idxal edilən şalot soğanı və digər soğanlar, qabıqlı və qabığı təmizlənmiş meşə fındığı, xurma, gips, anhidrit, bəzi keramika məmulatları 15 faiz gömrük rüsumuna cəlb ediləcək.
 
Ardını oxu...
Bu gün qüvvədə olan sığorta müqavilələrinə əsasən, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlər 500 milyard manatlıq riskə təminat verib.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev bildirib.

Onun sözlərinə görə, bu da, il ərzində ölkədə istehsal edilən ümumi daxili məhsulun (ÜDM) 5 misli deməkdir: "Yəni ölkənin 1 illik gəlirlərinin 5 qatına təminat verilir. Bu da, sığorta sektorunun iqtisadiyyatda nə qədər böyük rol oynadığının göstəricisidir. Ancaq biz bununla qətiyyən kifayətlənməməliyik. Bu göstəricinin daha da artması üçün çalışmalıyıq. Bu göstərici bəzi ölkələrdə ÜDM-nin 10-20 qatı səviyyəsində olur. Məsələn, Türkiyədə bu rəqəm ÜDM-nin 20 qatına bərabərdir".

AMB-nin baş direktoru vurğulayıb ki, əgər sığorta bazarı bu templə böyüməyə davam etsə, əhalinin və iş adamlarının daha böyük risklərinə təminat verə biləcək: "Bununla da, fərdlərin, iş adamlarının və müəssisələrin maliyyə vəziyyətinə, onların rifahına dəyəcək zərərlərdən müdafiə xəttini gücləndirə biləcəyik".

Xatırladaq ki, ölkədə yalnız təkrarsığorta fəaliyyəti ilə məşğul olan 1 şirkət - "AzRe Təkrarsığorta" ASC fəaliyyət göstərir. Bununla yanaşı 5 sığorta şirkəti təkrarsığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyaya malikdir.
 

Dünyapress TV

Xəbər lenti