Ardını oxu...
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycandan xarici ölkələrə 40 milyon 985 min ədəd toyuq yumurtası ixrac olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu hesabatda yer alıb.
Məlumat üçün bildirək ki, Azərbaycandan ixrac olunan yumurtanın bir ədədinin gömrük dəyəri 7 sent (12 qəpik) olub.
Müqayisə üçün bildirək ki, daxili bazarda satılan toyuq yumurtasının 1 ədədinin qiyməti 16 qəpiyə bərabərdir. Açıqlanan məlumatdan belə nəticəyə gəlmək olur ki, daxili bazarda satılan yumurtanın qiyməti xaricə satılan yumurtanın qiymətindən təxminən 33% bahadır.
 
Ardını oxu...
İqtisadiyyat Nazirliyi ötən il Azərbaycanın qeyri-neft ixracının dəyərində tarixi maksimumun qeydə alındığını açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə qurum öz Teleqram kanalında məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə Azərbaycandan 3 milyard 348 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub, hansı ki bu, 2022-ci illə müqayisədə 9,8% çoxdur.
İqtisadçı-ekspert Allahverdi Aydın isə İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatlarla tam razı deyil.
O, Yeniavaz.com-a bildirib ki, əslində qeyri-neft ixracının artımı birbaşa neft-qaz sektoru ilə bağlıdır:
“Ötən ilin 11 ayı ərzində Azərbaycan xaricə 3 milyard 34 milyon dollarlıq məhsul ixrac edib. Bu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,8% artım deməkdir. Lakin ixrac olunan məhsulların strukturuna baxdığımız zaman açıq şəkildə görülür ki, artımın əsas səbəbi elektrik enerjisi ixracındakı artımdır. Əgər biz ixracda elektrik enerjisinin payını nəzərə almasaq onda məlum olur ki, ötən ilin ilk 11 ayında xaricə 2 milyard 625 milyon dollarlıq məhsul ixrac edilib. 2022-ci ilin ilk 11 ayında bu göstərici 2 milyard 623 milyon dollar olub. Nəticədə 2022-ci ilin eyni dövrü ilə müqayisədə demək olar ki, heç bir artım (cəmi 0,07%) qeydə alınmayıb”.

İqtisadçı-ekspert deyir ki, dəyər ifadəsində elektrik enerjisinin ixracı 2022-ci ilin ilk 11 ayı ilə müqayisədə ötən ilin ilk 11 ayında 6 dəfə artıb:
“Açıqlanan rəsmi statistikadan da göründüyü kimi, artım tamamilə elektrik enerjisinin ixracı hesabına baş verib. 2023-cü ilin ilk 11 ayında Azərbaycanda 24,1 milyard kVt.saat əmtəəlik elektrik enerjisi istehsal olunub. İstehsal olunan elektrik enerjisinin 93%-i istilik elektrik stansiyalarının payına düşüb. Elektrik enerjisi istilik elektrik stansiyalarında təbii qazdan istifadə edilərək istehsal olunur. Yəni xaricə qeyri-neft məhsulu olaraq ixrac olunan elektrik enerjisi tamamilə təbii qazdan istifadə edilərək əldə olunur”.
Allahverdi Aydın hesab edir ki, təbii qazdan əldə olunan elektrik enerjisini qeyri-neft məhsulları qrupuna daxil edərək ixrac göstəricilərini “şişirtmək”lə əslində qeyri-neft sektorundakı real ixrac göstəriciləri gizlədilir.
 
 
 
Ardını oxu...
Son günlər bir çox abonentlər “Azəriqaz” İstehsalat Birliyindən (İB) şikayətlənirlər. Vətəndaşlar xüsusilə, dekabr ayında aylıq sərfiyyatın çox yazılmasından narazıdırlar. Abonentlərdə belə bir rəy yaranıb ki, sözügedən qurumun sayğacları aylıq sərfiyyatı əvvəlki aylara nisbətən iki-üç dəfə çox hesablayıb. Sosial şəbəkələrdə sözügedən iddia ilə bağlı kifayət qədər şərhə rast gəlmək mümkündür.

Bizim.Media-nın əməkdaşı səslənən iddialarla bağlı qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin fikirlərini öyrənib:

O, iddiaları təkzib edib:

“Qətiyyən belə bir problem mümkün deyil. “Azəriqaz”da hər hansı bir şəxs qələmini və ya klaviaturasını götürüb, ağlına gələn rəqəmi yazaraq kiməsə göndərə bilməz. Aylıq sərfiyyatın bazada uçotu, rəqəmləri var. Bir neçə nəfər müraciət etmişdi.

Yönləndirdik, araşdırıldı, faktlarla izah etdik ki, ümumi sərfiyyatınız bu qədərdir, onlar da razılaşdı. Sosial şəbəkələrdə bir-iki nəfər var, populist çıxışlar edirlər, xal qazanırlar”.

Qeyd edək ki, oxşar problemlə bağlı Quba rayonundan da redaksiyamıza şikayət daxil olub. Nəticə etibarilə kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərik. Ancaq vətəndaşlar tərəfindən yazılan şikayətləri, bəzi müqayisəli qəbzləri sizə təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində baş verən yanğında mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

Yeniavaz.com xəbər verir ki, Perinatal Mərkəz son 2 ay ərzində avadanlıqların alınması və təmir ilə bağlı 3 tender müsabiqəsi keçirib.

– Tikili və avadanlıqların cari təmiri ilə bağlı 28 min 375 manat 46 qəpiklik tenderin qalibi “VK Group Construction” MMC (VÖEN – 2003732461) olub.

– Maşın və avadanlıqların satınalınması ilə bağlı 44 min 497 manat 80 qəpiklik tenderin qalibi “Profmaterials” MMC (VÖEN – 1405099031) olub.

– Maşın və avadanlıqların əsaslı təmiri ilə bağlı 74 min 211 manat 38 qəpiklik tenderin qalibi isə yenə də “VK Group Construction” MMC (VÖEN – 2003732461) olub.

Tender müsabiqələri ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu müsabiqələrin heç biri dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib. Yəni satınalmalar elektron formada keçirilməyib.
Ümumiyyətlə Perinatal Mərkəzin ötən il keçirdiyi 9 tender müsabiqəsinin heç biri dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib.

Qeyd edək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü üldən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev ötən gün – yanvarın 9-da jurnalistlərə verdiyi açıqlamada Respublika Perinatal Mərkəzində baş verən yanğının elektrik mənşəli olduğunu bildirmişdi.
Ardını oxu...
Daşınmaz əmlakların notarial alqı-satqısında 20 min manatdan artıq məbləğ üçün gəlir deklorasiyası tələbi ilə bağlı ajiotaj yaranıb. Guya əmlak alışı üçün ödənilən pulun rəsmi mənbəsi göstərilməlidir. Gəlir deklorasiyası təqdim edə bilmədikləri üçün notariusdan geri qayıtdıqlarını iddia edən alıcılar bununla bağlı əmlak eksperti Elnur Fərzəliyevə müraciət ediblər.

Bu barədə “Sherg.az”a açıqlama verən Elnur Fərzəliyev isə deyib ki, böyük məbləğlərin dövriyyəsi zamanı vətəndaşdan pulun mənbəyinin soruşulması qanunvericiliyin tələbinə uyğundur:
“ Bu bank sektorunda, əmlak alqı- satqılarında, o cümlədən də digər maliyyə mübadilələrində belədir.
Notarial alqı- satqı nəğd ödənişlə aparılırsa, bu zaman noratius əməkdaşları alıcılardan ödədikləri vəsaitin gəlir mənbəyini soruşur. Pul bank vasitəsilə köçürülür, yaxud da ipoteka kreditləri ilə ödəndikdə isə vətəndaşdan bu gəlirin mənbəyi soruşulmur. Qeyd edək ki, gəlirin mənbəyi ilə bağlı vətəndaşlardan məcburi məlumat və ya yazılı gəlir deklarasiyası tələb olunmur. Vətəndaş sadəcə əldə etdiyi gəlirin mənbəyini şifahi şəkildə izah etməlidir. Lakin əldə etdiyim məlumata görə, bəzi vətəndaşlarımız onlardan ödədiyi məbləğin mənbəyi soruşulan zaman bundan narahat olur və alqı- satqı prosesindən imtina edir. Bu da əmlak bazarında təşviş və neqativ məlumatların yayılmasına səbəb olur. Burada narahatlıq üçün əsas yoxdur. Alıcılar gəlirini rəsmi mənbə ilə göstərə bilmirsə, şifahi şəkildə deməkləri kifayət edir”.

Ekspert bildirib ki, ölkə əhalisinin 25 faizə qədəri Rusiyada yaşayır və işləyir:
"Digər ölkələrdə də 100 minlərlə vətəndaşlarımız yaşayır ki orada qazandıqları pulları ölkəmizin daşınmaz əmlak sahəsinə yatırım edirlər. Başqa bir tərəfdən də ölkə daxili kənd təsərrüfatı və digər sahələrdən qazanc əldə edən şəxslər arasında da vəsitlərini əmlaka yatıranlara rast gəlmək olur. Hətta şəhərin başqa bir ərazisindəki əmlakını satıb digər bir nöqtəsindən əmlak alan şəxslər də var".
 
Ardını oxu...
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” Publik Hüquqi Şəxsi Agentliyin fəaliyyət istiqamətləri üzrə digər informasiya sistemlərinin yaradılmasına dair işlərin satın alınması üzrə 02.10.2023-cü il tarixdə başladığı dəyəri 3,0 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan aşıq Tender müsabiqəsinə yekun vurub və “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyəti ilə 7.600.380 manat məbləğində satınalma müqaviləsi bağladığını 08.01.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında açıqlamışdır.

Tenderin şərtlərinə görə QSC müqavilənin bağlandığı tarixdən 40 təqvim günü ərzində AYNA-nın nəzarət funksiyalarını həyata keçirən əməkdaşları üçün “İnzibati xətalar” informasiya altsisteminin yaradılması, “Elektron rəy” informasiya sisteminin yaradılması, “Müntəzəm avtobus marşrutlarının monitorinqi (AVM)” sistemi”nin yaradılması,“Reysqabağı texniki yoxlama və tibbi müayinə” informasiya sisteminin yaradılması, “E-taksi” altsisteminin yaradılması xidmətlər göstərəcək.

Amma maraqlı hal orasındadı ki,başqalarına 40 günə informasiya sistemləri yaradan QSC özünə 8 ildə bir veb səhifə, bir portal belə yaradıb üzə çıxarmayaıb. Açıq mənbələrdə 8 milyon manat civarında dövlət sifarişi alan adı çəkilən Qapalı Səhmdar Cəmiyyəti barədə heç bir məlumat yoxdu. Maraqlıdır özünün sadə bir veb-səhifəsi belə olmayan QSC AYNA-nın informasiya sistemlərinin yaradılması işlərini necə həyata keçirəcək.

Dövlət Verği Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin 10.02.2016-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000.00 manat olan MMC-nin hüquqi ünvanı , BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, MƏRDANOV QARDAŞLARI, ev 117C, RİTZ PLAZA, m. 6-cı MƏRTƏBƏ, qanuni təmsilçisinin isə Hacıyev Oqtay Rafiq oğlu olduğu göstərilir.

“AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinin təsisçisi Həbibov Ədalət Nurəddin oğludur. Açıq internet mənbələrində onun da barəsində heç bir məlumat yoxdu. QSC-yə 31.10.22 – 12.06-23 -cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti – dəmir yolu ilə yükdaşımaların artırılması, xüsusilə də tranzit yüklərin cəlb olunması üçün ekspeditor və iri həcimli yük sahiblərinə onlayn xidmətlər təklif edən “ADY Ekspress” MMC-nin direktoru olmuş Vüqar Mirqasımov Kamil oğlu da rəhbərlik edib.

QSC haqqında məlumat bu qədər. Bir də Dövlət Verği Xidmətinin məlumatlarında göstərilir ki, “AZ SOFTVARE SYSTEM” Qapalı Səhmdar Cəmiyyətinə vergi bəyannamələrini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Dövlət Verği Xidmətinin məlumatlarında həmçinin göstərilir ki, “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisidir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin rəsmiləri 8 milyon manat civarında satınalma müqaviləsi bağlayında “AZ SOFTVARE SYSTEM ” QSC riskli vergi ödəyicisi olduğunu görməyiblərmi?

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir. O, buna qədər ləğv edilmiş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəis müavini işləyib.(aktualinfo.org)
Ardını oxu...
Ölkənin aparıcı tikinti şirkətlərindən olan “Şahinlər” MMC (VÖEN – 2000697101) “Nyu Sfera-İnşaat” MMC-nin (VÖEN – 1600378881) ona qoşulması nəticəsində yenidən təşkil olunur.

Yeniavaz.com xəbər verir ki, “Nyu Sfera-İnşaat” MMC ötən ilin dekabr ayında ləğv olunduğunu açıqlayıb.

Bildirilir ki, “Şahinlər” MMC-nin nizamnamə kapitalı təsisçilərdən Zeynalova Türkanə İman qızının əlavə 30 manat, Quliyev İman Nəsirulla oğlunun isə əlavə 420 manat pul şəklində pay qoyuluşu hesabına 500 manatdək artırılıb və hər biri 5 manat olan 100 paydan ibarət müəyyən edilib.

Məlumat üçün bildirək ki, 1994-cü ildə dövlət qeydiyyatına alınan “Şahinlər” MMC-nin hüquqi ünvanı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 22-də yerləşir. MMC-nin qanuni təmsilçisi Bayramov Elməddin Nəbi oğludur.
Ləğv olunaraq “Şahinlər” MMC-yə qoşulan “Nyu Sfera-İnşaat” MMC-nin Nizami rayonu, Bəhruz Nuriyev küçəsi 2382 ünvanında qeydiyyatda olan “Nyu Sfera Şirkətlər Qrupu”na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunub.

“Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə Azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.

“Nyu Sfera Şirkətlər Qrupu”nun Azərbaycanın biznes sahəsində 1992-ci ildən fəaliyyət göstərdiyi qeyd olunur. Şirkətlər qrupuna “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera-Turizm” MMC, “Nyu Sfera-Ticarət” MMC, “Nyu Sfera-Nəqliyyat” MMC, “A.R. Kommersiya” MMC və “Şahinlər” MMC daxil olub. Onun mülkiyyətində çoxmərtəbəli “Xalqlar Dostluğu” ticarət mərkəzi, Bakıda 3 şadlıq sarayı – “Romance Palace-1”, “Romance Palace-2”, “Şərq Saray” və “Yay” restoranı var. İsmayıllı rayonundakı “Green House” turizm mərkəzi də İman Quliyevə məxsusdur. “Nyu Sfera Şirkətlər Qrupu” Bakının Suraxanı rayonu ərazisində “Yeni Zığ Yaşayış Kompleksi”ni inşa edir.
Ardını oxu...
İman Quliyev

İman Quliyevin rəhbərlik etdiyi “Politon” MMC-nin isə Azərbaycanın ən böyük metaləritmə və metal məmulatı istehsalı müəssisəsi olan “Baku Steel Company” MMC-nin 50%-nə nəzarət etdiyi bildirilir.

Onu da bildirək ki, İman Quliyevin sahibi olduğu şirkətlərdən biri də “Real Təhlil və İnformasiya Mərkəzi” MMC-dir. Bu şirkət isə REAL TV-nin təsisçisidir.

Şirkətlər qrupunun rəsmi veb-saytı olan “nyusfera.com”, o cümlədən “Yeni Zığ Yaşayış Kompleksi”nə məxsus olan “yenizigh.com” və “Nyu Sfera-Turizm” MMC-yə məxsus olan “nyusferatravel.com” saytları artıq fəalyyət göstərmir.
Ardını oxu...
Səudiyyə Ərəbistanı bazarda tələbatın azalması fonunda fevral ayında neft tədarükünün qiymətlərini azaldacaq.

Belə ki, “Arab Light” brendi üçün neftin qiyməti hər barelinə görə 1,5-2 dollar ucuzlaşdırılıb.

Bəs bu hal Azərbaycan neftinin qiymətinə təsir edəcəkmi?

Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, artıq bir neçə ildir ki, Səudiyyə Ərəbistanı neft bazarının tənzimlənməsində öz maraqlarından çıxış edir:

“Bu ölkə bazara dörd markada neft ixrac edir və yüksək qiymətə satır. Hazırda da analoji addımları atırlar. Səudiyyə Ərəbistanı Şimali Amerika, Şimal-Qərbi Avropa, Aralıq dənizi, Asiya və Sakit okean ölkələrinə ixrac etdiyi neftin qiymətində mükafat tətbiq edir. Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı təxminən doqquz milyon bareldir. Onun təxminən 5,3 milyon bareli beynəlxalq bazarlara çıxarılır. Burada da itirəcəyi heç bir şey yoxdur. Bununla bağlı iki versiya var.

Bunlardan biri OPEC (The Organization of the Petroleum Exporting Countries) və müttəfiq dövlətlərin neft hasilatında artımın baş verməsi nəticəsində bazarı təsir altına almasıdır. Digər versiya isə Asiya və Sakit okean ölkələri bazarlarında neft emalı zavodlarının ildə bir dəfə texniki baxışa dayandırılmasıdır. Neft qiymətlərinin bu ilin ilk rübündə kəskin azalma ehtimalı yoxdur. Çünki bazarlar dəyişib, tədarük mənzili uzanıb, neftin axın xətlərində ciddi dəyişikliklər baş verib.
Eyni zamanda, Qırmızı dənizin şərq və qərbində neft balansının pozulması, HƏMAS-İsrail qarşıdurması və bu kimi digər gərginlik nəticəsində qiymətin azalma ehtimalı ləğv edilir. Dünyada mövcud neft emalı zavodlarının təmin edilməsində Yaxın Şərq ölkələrinin rolu danılmazdır. Bu ölkələrin ixrac qabiliyyəti geosiyasi fonda təhdid altına düşərsə, qısa zamanda neft məhsullarının balansı pozulacaq və xammalda güclü problem yaşanacaq. Nəticədə də qiymətlər sürətlə artacaq”.

Ekspert vurğulayıb ki, Azərbaycan nefti uzun illərdir ki, Aralıq və Qara dənizin enerji bazarlarında mükafatla satılır:

“İxrac etdiyimiz neft məhsullarının brend etalonu mükafatla satılır. Bizim neftin alıcı ölkələri sırasında Avropa nümayəndələri var. Bizim İsrailə, Hindistana, Çinə satdığımız neft az kükürdlüdür və emal xərci olduqca aşağıdır. Neftimiz bu il də mükafatla satılacaq. Bir məsələni qeyd edim ki, ötən il dünyanın avtomobil benzininə olan birgünlük tələbatı 26,7 milyon barel olub. Bu göstərici pandemiyadan əvvəlkindən də yüksəkdir.

Enerji keçidini müdafiə edən analitiklər bəyan edirdilər ki, pandemiyadan sonra benzinə olan tələbat azalacaq. Amma bazar bu proqnozları rədd etdi. Azərbaycan nefti də öz satış bazarını qoruyub-saxlayacaq. Liviyada neft hasilatının dayandırılması, tədarükündə problemlərin yaşanması bizim neftin satış bazarını daha da möhkəmləndirir. Yəni bu addımların Azərbaycan neftinə heç bir aidiyyəti yoxdur və ola da bilməz”.

İlhamə Əbülfət
 
Ardını oxu...
Ermənistan Gürcüstanın Poti limanından Rusiyanın Qafqaz limanına bərə daşımalarını bu marşrutun rentabelli olmaması səbəbindən dayandırıb.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan mətbuat konfransında bildirib.

“Bərə bir neçə ay işlədi. Qiymətləndirməmizə görə, o, ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq oyatmadı. Şirkətlər bərə daşımalarından yetərincə istifadə etmədilər”, – V.Kerobyan qeyd edib.

Bundan əvvəl Kerobyan deyib ki, yüklərin Potidən Qafqaz limanına daşınması Ermənistanın dəmir yolu sistemini Avrasiya İqtisadi İttifaqı ölkələrinin infrastrukturu ilə birləşdirməyə imkan verəcək, Ermənistan iqtisadiyyatının rəqabət qabiliyyətini artıracaq, həmçinin təkcə Rusiya ilə deyil, Belarus və Qazaxıstanla nəqliyyat əlaqələrini yaxşılaşdıracaq.
TASS
 
Ardını oxu...
YAP siyahısından mandat qazanan Elnur Allahverdiyevin daşıdığı mandat əslində qanunsuzdur. Vaxtlə Sloveniyanın fəxri konsulu olması hələ də rasmi cavablandırılmayan müəmmadır. Düzdür, MSK 27 yanvar 2020-ci il tarixində bununla bağlı Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin arayışına əsasən açıqlama vermişdi ki, Elnur Allahverdiyevin Sloveniyanın fəxri konsul vəzifəsinə 29 dekabr 2019-cu ildə xitam verilib. Amma cumhuriyyet.az olaraq bildirək ki, Sloveniyanın rəsmi qəzetinini (Uradni list Republike Slovenije) məlumatı namizədin parlament seçkilərində xarici ölkə qarşısında öhdəlik daşıyaraq qatıldığını sübut edir. Qəzetin 12 iyul 2020-ci il tarixli buraxılışında Sloveniyanın baş naziri Yanez Yanşanın Elnur Allahverdiyev fəxri konsul vəzifəsindən azad olunması ilə bağlı qərarı dərc olunub. Qərarın altındakı tarix 4 iyun 2020-ci il kimi qeyd olunub. Yəni belə çıxır ki, Elnur Allahverdiyevin seçkidən əvvəl fəxri konsulu vəzifəsinə xitam verilməsi ilə bağlı arayış saxta olub. Elnur Allahverdiyevin parlament seçkisindən düz 4 ay sonra, yəni mandatı bir neçə ay cibində daşıdıqları sonra Sloveniya dövləti qarşısında öhdəliyinə son verilib.

Digər bir iddiaya görə, deputatın atası, Marat Allahverdiyev vaxtilə Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı yayılan məlumatlara istinadən cumhuriyyet.az bildirir ki, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyektdə Marat Allahverdiyev və dostları gizlicə yığışıb müzakirə apararirmış. Bundan başqa Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib.

Elnur Allahverdiyevin sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil. Deputatın mağazalar şəbəkəsi ilə bağlı xeyli şikayətlər var. Bununla bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmaya görə xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır. Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir. Eyni zamanda “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur və vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma deməkdir.

 

Dünyapress TV

Xəbər lenti