Qarabağ” uduzdu - YENİLƏNİB
“Nant” ikinci qolu vurdu. Moses Simon, 90+4-cü dəqiqədə fərqləndi.
***
Filip Ozobiç 56-cı dəqiqədə hesabı bərabərləşdirdi.
***
"Nant" hesabı açdı. Ludovik Blas 17-ci dəqiqədə fərqləndi.
***
Fransada "Nant" və "Qarabağ" arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunu başlayıb.
Bakupost.az bildirir ki, "Bojuar" stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Görüşü danimarkalı FIFA referisi Yakob Kehlet idarə edir.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilmiş matç "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 

Dünyapress TV

Xəbər lenti