Fransa azərbaycanlıları “Qarabağ”ı Nant aeroportunda coşqu ilə qarşıladılar - FOTO/VİDEO
Oktyabrın 27-də Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransada “Nant”la qarşılaşacaq “Qarabağ”ı Bakıdan gətirən təyyarə Nantın Atlantik aeroportuna enib.

Sports.az xəbər verir ki, komandamızı Nantda yaşayan həmyerlilərimiz qarşılayıb.

Azərbaycan çempionunu coşqu ilə qarşılayan soydaşlarımız Avropa meydanlarındakı qürurumuz olan komandaya uğurlar arzulayıb.

Azarkeşlər oktyabrın 27-də tribunalardan lazımi dəstəyi verəcəklərini bildiriblər.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyun Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə bitib.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1666757066_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2022-10_1666757068_1.jpg

 

Dünyapress TV

Xəbər lenti