İtaliya A Seriyası: "Milan" - "Atalanta" matçının taleyini bir qol həll etdi
İtaliya A Seriyasında 33-cü turun "Milan" - "Atalanta" görüşü başa çatıb.

Oxu.Az xəbər verir ki, San Sirodakı matçda qonaqlar minimal hesablı qələbə qazanıblar - 0:1.

Matçın yeganə qolu 62-ci dəqiqədə vurulub. "Atalanta"nın braziliyalı yarımmüdafiəçisi Ederson fərqlənib.

Bu qələbədən sonra "Atalanta"nın aktivində 64 xal var. Qasperininin komandası İtaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir. "Milan" isə 33 oyundan sonra 51 xala malikdir və 9-cu yerdə qərarlaşıb.

Dünyapress TV

Xəbər lenti