Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda məğlub oldu
Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları start götürüb.
Günün ilk matçında "Araz-Naxçıvan" "Qarabağ"ı qonaq edib.

Matç Naxçıvan təmsilçisinin 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Kuboku

Yarımfinal mərhələsi, ilk oyunlar

2 aprel

17:00 Araz-Naxçıvan – Qarabağ 1:0

Qol: Felipe Santos, 28 (pen.)

Baş hakim: Elçin Məsiyev

“Liv Bona Dea Arena”
 

Dünyapress TV

Xəbər lenti