"Barselona" "Real Madrid"ə minimal fərqlə qalib gəldi
Yoldaşlıq görüşündə "Barselona" "Real Madrid"lə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən qarşılaşmaya daha fəal başlayan "Barselona" hesabı 42-ci dəqiqədə açıb. Pau Viltor hədəfdən yayınmayıb - 1:0.

Fasilədən sonra hücumların kəsərini artıran "kataloniyalılar" yenidən fərqləniblər. Pau Viltor 54-cü dəqiqədə dublunu rəsmiləşdirib - 2:0.

"Real Madrid"in isə gücü yalnız təsəlli qoluna çatıb. Niko Pazın 82-ci dəqiqədə vurduğu qol görüşün yekun nəticəsini müəyyənləşdirib - 2:1.

Dünyapress TV

Xəbər lenti