Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin rəmzi komandası açıqlanıb.

"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı "11-lik"də bu raundun dörd iştirakçısının üçündən oyunçu yer alıb.

Rəmzi komandada ən çox futbolçu ilə İngiltərənin "Mançester Siti" klubu təmsil olunub - 6. Siyahıya İtaliya "İnter"indən 4, "Milan"dan isə bir oyunçu düşüb.

Qapıçı: Ederson ("Mançester Siti")
Müdafiəçilər: Kayl Uolker, Manuel Akanci (hər ikisi "Mançester Siti"), Françesko Açerbi, Federiko Dimarko (hər ikisi "İnter"), Malik Tşau ("Milan")
Yarımmüdafiəçilər: Kevin De Brüyne, Bernardu Silva (hər ikisi "Mançester Siti"), Hakan Çalhanoğlu ("İnter")
Hücumçular: Xulian Alvares ("Mançester Siti"), Lautaro Martines ("İnter").

Qeyd edək ki, Çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" klubları üz-üzə gələcəklər. Həlledici qarşılaşma iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Dünyapress TV

Xəbər lenti