Qadın müəllim tərəfindən döyülən direktor polisə şikayət etdi
Bərdə rayonunda məktəb direktorunu döyən ingilis dili müəllimi cərimələnib.

DİA.AZ-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 18 yanvar 2023-cü il tarixdə rayonun Nazırlı kənd 1 №-li tam orta məktəbinin direktoru Nəcəfov Yusif Şahlar oğlu məktəbin ingilis dili müəllimi Nuruyeva Aytən Mülkədar qızı tərəfindən döyülməsilə bağlı şikayət edib. İşə Bərdə Rayon Məhkəməsində baxılıb.

Aytən Nuriyeva məhkəmə ifadəsində özünü təqsirli bilməyərək deyib ki, direktor Yusif Nəcəfov ona məktəbdə qanunsuz işlər
görmək üçün əlbir olmağı təklif edib. Müəllim bildirib ki, direktorun təklifilə razılaşmayıb, bu zaman aralarında mübahisə yaranıb, onun qolundan tutmağa çalışıb, sonra isə onu çölə itələyib. Bundan sonra anasına zəng edərək, məktəbə çağırıb və bu barədə polisə məlumat verib. Məktəb direktorunu döyməyib, ona xəsarət yetirməyib.

Yusif Nəcəfov isə ifadəsində bildirib ki, 2015-ci ildən Bərdə rayonu Nazırlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışır. Direktor qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirməsi ilə bağlı Aytən Nuruyevadan narazılığı olub, bu vaxt aralarında mübahisə yaranıb. Mübahisə zamanı müəllim, həyat yoldaşı və anası onunla dalaşıb. Aytən Nuriyeva onu döyərək, xəsarət yetirib. Direktor müəllimlə barışmadığını və məhkəmə tərəfindən cəzalandırılmasını xahiş edib.

Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun sədrliyi ilə keçirilən prosesdə Nuruyeva Aytən Mülkədar qızı İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə təqsirli bilinib və 300 manat cərimə edilib.

Qadın müəllim tərəfindən döyülən direktor polisə şikayət etdi
Qadın müəllim tərəfindən döyülən direktor polisə şikayət etdi
 

Bölmənin digər xəbərləri

11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü

Dünyapress TV

Xəbər lenti