MİNARƏ ƏNƏNƏSİ PEYĞƏMBƏRDƏNMİ GƏLİR? - İSLAM TARİXİNƏ DAİR YANLIŞLAR – 2
Ənənəvi olaraq İslam dünyasında ibadət yerləri olan məscidlər və camelər minarəsiz təsəvvür edilmir və əksəriyyətin düşüncəsində belə bir fikir formalaşıb ki, minarələr peyğəmbərin tövsiyəsi ilə azan oxunulması məqsədilə tikilib. Bu düşüncə kökündən yanlışdır.
İslam tarixində ilk minarə tikilişi Əməvi hökmdarı I Müaviyənın əmri ilə olub. Və ilk minarəli məscid onun paytaxt elan etdiyi Dəməşq (Şam) şəhərində olan Əməvi məscidi hesab olunur. Müaviyənin hakimiyyətindən daha öncəyə aid heç bir minarə nümunəsi yoxdur. İslam aləmində peyğəmbərin hicrəti illərində tikilmiş olan ilk iki məscid - Mədinədəki Quba məscidi (miladi 622-ci il) və Məscidün-Nəbi (miladi 624-625-ci illər) minarəsiz olmuşdur. Və peyğəmbərin minarə tikilməsi barədə göstəriş verməsi fikri yanlışdır.
Müaviyənin göstərişi ilə tikilən minarələrin məqsədi də azan səsini məsafədən yaymaq deyildi. Bildiyimiz kimi, Müaviyənin nəzarəti altında olan camelərdə və məscidlərdə Hz.Əliyə lənət oxunması vacib sayılırdı və bu səbəbdən həmin məscidlərə getməməyə qərar verən Hz.Əli sevdalılarını düşmən elan edərək hər yerdə təqib edirdilər. Ələ keçirilən əhli-beyt tərəfdarları hər kəsə ibrət olsun deyə ya həmin minarələrə çıxarılaraq ordan əli-qolu bağlı yerə atılmaqla öldürülürdü, yaxud da başı kəsilərək minarələrin divarında olan qarmaqlara keçirilirdi. Həmin dövrdə tikilmiş məscid minarələrinin bir çoxunun divarı boyunca indi oyuqlar müşahidə olunur ki, bu da həmin qarmaqların yeridir.
İslam dünyasında bu gün də məlumatsızlıqdan irəli gələrək, "maraqlı memarlıq üslubudur, qoy olsun" düşüncəsi ilə məscidlər və camelər minarələrlə tikilməkdədir. Azan zamanı səs diapazonunun geniş areala yayılmasına gəlincə, bilirik ki, müasir səsgücləndiricilərin olduğu bir dövrdə azanın səsinin yayılması kimi bir problem qalmayıb. Beləliklə, bu gün İslam dünyasında olan minarələrin İslamın peyğəmbəri və ilk dövrü ilə heç bir əlaqəsi yoxdur və İslam dünyasında sonradan peyda olmuşdur.
Ceyhun Bayramli
TEREF
 

Bölmənin digər xəbərləri

30 Aprel 2025 Şeyx Həcc kvotasını doldura bilmir: baha qiymət, yoxsa... - DİNİ TURİZM TƏNƏZZÜLDƏ?
30 Aprel 2025 Dövlət Baxçalı Celal Şengörə ağır sözlər dedi
28 Aprel 2025 Heydər məscidinə memarlıq abidəsi statusu verildi
27 Aprel 2025 Papanın dəfninə qatılan insanların SAYI
26 Aprel 2025 Roma Papası Fransisk bu gün dəfn olunur
22 Aprel 2025 16 milyon dollar sərvəti var imiş - Kimə qalacaq?
22 Aprel 2025 Fransisk öldü, 900 illik kəhanət gündəmdə: - Sonuncu Papadır?
21 Aprel 2025 Papa öldü- Vatikanın yeni lideri onlardan biri olacaq
21 Aprel 2025 Papa Fransiskin həyatı- Təmizlikçi, mühafizəçi kimi işləyib...
18 Aprel 2025 İlham Əliyev Azərbaycanın xristian icmasını TƏBRİK ETDİ
14 Aprel 2025 ABŞ tarixində ən böyük əməliyyat başlayır – 1 milyon nəfər…
02 Aprel 2025 Azərbaycanda 6 min ödəyib Həccə getmək istəyənlərin sayı niyə azalıb? - AÇIQLAMA
24 Mart 2025 Papa beş həftə sonra ilk dəfə ictimaiyyət qarşısına çıxdı
20 Mart 2025 "Bu kitab qadağan olunmalıdır!" - Samirə “Quran" təhqir edib?- ALTERNATİV FİKİRƏ HÜCUM...
11 Mart 2025 Şeyx Şamilin müəllimi olan Azərbaycanlı din xadimi-qaçaq Əhməd Şeyxzadə
08 Mart 2025 Elşad Miri "Qəbir əzabı yoxdur" dedi - QMİ-dən reaksiya
07 Mart 2025 Mehriban Əliyeva Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav kilsəsində olub
03 Mart 2025 Quranda nələr yoxdur?
02 Mart 2025 Roma Papasının vəziyyəti açıqlandı
28 Fevral 2025 AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçilər Çeçenistanın ali mükafatına təqdim olunublar

Dünyapress TV

Xəbər lenti